Məhkəmə qərarları › İş №2(010)-1140/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1140/2023

24.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1140/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 9 saylı evin 124 saylı mənzilini birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, 1/2 hissədə iddiaçıya, 1/2 hissədə isə Cavabdeh məxsus olmasının müəyyən edilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından bir övladı - 11 mart 2015-ci il təvəllüdlü X2 adlı qızı doğulmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailəsi dağılmış, aralarında olan nikah formal xarakter almış və onlar ayrı-ayrı ünvanlara yaşamağa başlamışlar. O, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahı pozulmuşdur. Onlar birgə nikah dövründə cavabdehin adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 9 saylı evin 24 saylı mənzili almışdır. Onun hal-hazırda yaşamağa başqa yeri yoxdur. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 1 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2015-ci ildə doğulmuşdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 9, mənzil 124 Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Asan 4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş «yaşayış yeri üzrə qeydiyyat haqqında» ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 9 saylı evin 124 saylı mənzildə Cavabdeh, İddiaçı və X2 qeydiyyatdadırlar. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2364/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 05 may 2012-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 594 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 11 mart 2015-ci il təvəllüdlü X2 boşanmadan sonra anası Cavabdeh yanında qalması, İddiaçı 11 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı 5 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/5-03532 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı Cavabdeh təsvir etdiyi kimi “nikah dövründə əldə olunmuş birgə əmlakın bölgüsü” tələbinə dair xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin faktiki halları İddiaçı ilə Cavabdeh 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 2015-ci ildə Əzizə adlı bir qızı anadan olmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 9 saylı evdə yerləşən 124 saylı mənzil əldə etmişlər. Həmin mənzil 2021-ci ildə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Tərəflər arasında nikah 2022-ci ildə pozulmuşdur. İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evdə yerləşən 124 saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək üzərində 1/2 hissədə özünün payının müəyyən edilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Hər kəsin mülkiyyət hüququ vardır. (maddə 29) Azərbaycan Respublikasının Ailə Məcəlləsi Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. (maddə 31.1) Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. (maddə 31.2) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Digər əşyalarla yanaşı, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyaları da onların birgə mülkiyyətinə aid edir.(maddə 32.2.2) Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. (maddə 36.1) Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (maddə 36.3) Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (maddə 37.1) Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. (maddə 37.2) Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (maddə 157.1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2) Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. (Maddə 77.1) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Maddə 88) Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (Maddə 217.1) Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Maddə 217.3) Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 2015-ci ildə Əzizə adlı bir qızı anadan olmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 9 saylı evdə yerləşən 124 saylı mənzil əldə etmişlər. Həmin mənzil 2021-ci ildə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Tərəflər arasında nikah 2022-ci ildə pozulmuşdur. İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evdə yerləşən 124 saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək üzərində 1/2 hissədə özünün payının müəyyən edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı işdə tərəflər arasında nikah müqaviləsi olmadığı üçün, iddiaçı ilə cavabdehin əmlakının qanuni rejimi qüvvədədir və həmin əmlakla bağlı tərəflər arasındakı mübahisəyə qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş qaydalar tətbiq edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evdə yerləşən 124 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh payı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evdə yerləşən 124 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh payı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar