Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1141/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X** qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən 25 avqust 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 006974 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X* arasında *0 fevral *998-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *0 fevral *998-ci ildə 82 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir.
2. Bakı şəhər Təcili və X6 Stansiyasının 7 saylı KYS-nin *9.0*.2023-cü il tarixli arayışdan görünür ki, *9.0*.2023-cü il tarixdə, saat 2*:20-də X2 adına təcili tibbi yardım çağırışı daxil olmuşdur. Xəstəyə “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur.
3. 6 nömrəli şəhər poliknikası tərəfindən 23.0*.2023-cü il tarixdə verilmiş *5 №-li məktubdan görünür ki, X4 xəstəliklə əlaqədar poliknikaya müraciət etmədiyi üçün ölüm haqqında sənəd (f-a-*06) verilə bilmir.
4. “Rəhimə xanım ziyarətgahı” dini icması tərəfindən verilmiş 23.0*.2023-cü il tarixli arayışından görünür ki, X4 *9 yanvar 2023-cü ildə vəfat etmiş və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Nardaran qəbiristanlıqda dəfn edilmişdir.
5. 6 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 24.0*.2023-cü il tarixli 05/Q-*38/*5 №-li məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür.
İşin faktiki halları
6. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X4 *9 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Nardaran qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Ərizəçinin tələbi
7. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23.09.*977-ci il təvəllüdlü həyat yoldaşı X2 *9.0*.2023-cü il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan Ərizəçi ərizə təqdim edərək, X2 *9 yanvar 2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
9. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. *0. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, yoldaşı *9 yanvar 2023-cü ildə Bakı şəhərində vəfat etmiş və həmin zaman yanında anası və bacısı ollmuşdur. Onlar da şahid kimi gələrək ölüm faktının baş verdiyini təsdiq edə bilərlər. Yoldaşı Nardaran qəbistanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq mümkün olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. **. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, mərhum X4 onun qardaşıdır. Qardaşı ölən zaman onun evində olmuşdur. Belə ki, axşam yeməyindən bir müddət sonra qardaşı özünü pis hiss etdiyini bildirmiş, ürəyində stend olduğundan tez təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gələnə kimi qardaşının vəziyyəti daha da pisləşmiş və qıcolma keçirmişdir. Tibbi yardım gəldiyində artıq qardaşının nəbzi düşmüş və şok keçirmişdir. Tibbi yardımın köməyi ilə qardaşının nəbzini biraz qaldırsalar da yenə də heç bir köməyi olmamış və vəfat etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, o, mərhumun qardaşı arvadıdır. Hadisə baş verən günü onlar axşam yeməyinə hazırlaşırdılar. Həmin zaman telefon zəngi gəlmiş və Ceyhunun vəziyyətinin pisləşdiyi bildirilmişdir. Bundan sonra yoldaşı ilə birlikdə dərhal Sevincgilə getmiş və çatdıqlarında artıq Ceyhunun vəziyyəti pis idi. Dəfələrlə təcili tibbi yardıma zəng etsələr də gözləməli olduqlarını bildirdilər. * saatdan artıq vaxt keçməsinə baxmayaraq həkim briqadası çox gec gəldi. Onlar gəldiyində isə artıq Ceyhun can verirdi.
Tətbiq edilən hüquq
*3. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*6. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *7. Məhkəmə hesab edir ki, X2 *9 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri
*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *9. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 *9 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. X2 *9 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.