Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1144/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020ci ildə Bakı şəhərində vəfat etmiş xx.xx.2019-cu il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, xx.xx.2019-cu il təvəllüdlü X8 onun oğludur. X8 xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı ünvan 1 mənzil 81 ünvanında qəflətən vəfat etmişdir. Oğlu vəfat edən zaman Təcili Tibbi yardım çağırmaq istəmiş, lakin telefona cavab verən olmamışdır. Bu səbəbdən uşağın ölümü ilə bağlı ona heç bir Tibbi arayış verilməyib. X2 xx xxxxxx 2020-ci tarixdə Ağcabədi rayonu, Hüsülü kənd qəbiristanlığında dəfn etmişlər. Oğlu üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. O iş yerindən uşağa görə müavinət almaq istəyir, lakin uşağın ölüm haqqında şəhadətnaməsi olmadığından həmin pulu ala bilmir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. X11, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Elüktroensefaloqrafiyanın rəyindən və tibbi sənədlərdən müəyyən olunur ki, X7 Aparıcı qabıq ritmkasında kobud asimmetriya, hemilateral epileptiform fəallıq diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hüsülü Kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci li tarixli məktubundan görünür ki, X8 xx.xx.2020-ci il tarixində Ağcabədi rayonu, Hüsülü kəndinə gətirilərək Ağcabədi rayon Hüsülü kənd Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 105 saylı MKİS-nin xx.xx.2020-ci li tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 9a, mənzil 81-də oğlu mərhum X8 ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş qəbrüstü abidənin fotoşəkilinin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2n ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X8 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. İş üzrə şahid X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun gəlinidir. xx.xx.2019-cu il təvəllüdlü X8 isə onun nəvəsidir. Uğur yeddi ildən sonra dünyaya gəlmiş və sonradan xəstələnmişdir, həkim müayinəsindən sonra ona Hemilaterial epileptiform diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onu Ağcabədi rayon Hüsülü kənd Qəbirstanlığında dəfn etmişlər. Digər şahid X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun həyat yoldaşının bacısının qızıdır. Ərizəçi iki övladı olmuşdur. Uğur xx.xx.2020-ci il tarixində əziyyət çəkdiyi xəstəlikdən vəfat edib. Onu Ağcabədi rayon Hüsülü kənd Qəbirstanlığında dəfn etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2019cu il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.2019-cu il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1144/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1144/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver