Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1153/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X2n 25.*0.202*-ci il tarixində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onun anası X9 25.*0.202*-ci il tarixdə ünvan 1 ünvanda yerləşən ona məxsus evdə beyninə qan sızmadan vəfat etmişdir. Anasının vəziyyəti qəflətən pisləşmiş və təcili tibbi yardım göstərilməsi üçün təcili tibbi yardıma müraciət etmişdir. X20 yardım gələnədək anası vəfat etmişdir. Təcili yardımın həkimi tərəfindən həkimə qədər ölüm halını təsdiq edən xəbərdarlıq vərəqəsi verilmişdir. O, həmin vərəqə ilə polikilinikadan ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün arayış ala bilməmişdir. Qeyd edilən tibbi arayışı təqdim edə bilmədiyindən Suraxanı rayon Qeydiyyat Şöbəsi ona anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X2 Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn etmişlər. O, Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsinə X2n ölümü barədə şəhadətnamə almaq məqsədi ilə ərizə ilə müraciət etmiş, lakin Suraxanı rayon Qeydiyyat şöbəsinin 2*.0*.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılarkən X5 ölümünün qeydə alınması müəyyən edilməmiş, eyni zamanda X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkündür. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməyi məsləhət bildirilmişdir. Hazırda anasının mülkiyyətində ev mövcud olduğundan və vərəsəlik şəhadətnaməsinin alınması üçün ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan anası- X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X** ifadəsində göstərmişdir ki, vəfat etmiş X9 onun həyat yoldaşının bibisi, Ərizəçi isə onun həyat yoldaşının bibisi qızıdır. X* uzun müddət səhhətində problemlər mövcud olmuşdur. Ərizəçi 25.*0.202*-ci il tarixdə ona zəng vuraraq anasının yuxudan ayılmadığını və vəfat etdiyini bildirmişdir. Həmin yas mərasimində o da iştirak etmiş və mərhum X6 isə Şəmkir rayonu, Zəyəm qəsəbə qəbrstanlığında dəfn etmişlər. Digər şahid X*7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, mərhum X9 onun bacısıdır, Ərizəçi isə onun bacısının qızıdır. Onun bacısı mərhum X9 uzun müddət xəstə olmuş və həmin müddətdə qızı Ərizəçi ona qulluq etmişdir. X4 25.*0.202*-ci il tarixdə vəfat etmiş və onu Şəmkir rayonu, Zəyəm qəsəbə qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı 2*.0*.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı, qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Təcili və X*0 Stansiyası tərəfindən verilmiş 25.*0.202*-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 adına 25.*0.202*-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 23.**.*966-cı il il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*966-ci ildə anadan olmuşdur. X3, anası X8r. İş materiallarına əlavə edilmiş Zəyəm qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş 0*.03.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum Zəyəm qəsəbə sakini X9 26.*0.202*-ci ildə Şəmkir rayon Zəyəm qəsəbə qəbrstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X9 həqiqətən 26.*0.202*-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 25.*0.202*-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25.06.*947-ci il təvəllüdlü X5 25.*0.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 25.06.*947-ci il təvəllüdlü X5 25.*0.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1153/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1153/2022
18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver