Məhkəmə qərarları › İş №2(010)-1166/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1166/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1166/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi X** iştirakı ilə, Ərizəçi X** (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X*3 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 02.06.*957-ci il təvəllüdlü X6 07.**.202*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X*3 ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, 02.06.*957-ci ildə Gürcüstan SSR Tetriskaro rayonunda doğulmuş X9 onun atasıdır. Atası uzun müddət səhhətində olan xəstəlik səbəbindən əziyyət çəkirdi. Lakin xəstəliyi şiddətləndiyindən atası 07.**.202*-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Qohumların iştirakı ilə atası Xəzər rayonu ərazisindəki Türkan qəbiristanlığında dəfn edilmişdir. Sonradan atasının ölüm şəhadətnaməni almaq üçün Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin Suraxanı rayon Qeydiyyat şöbəsinin *0.**.202*-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri- mümkündür. Hazırda atasının ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Məhz bu səbəbdən atası- X6 07.**.202*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. X6 07.**.202*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı ona miras (vərəsəlik) məsələsi ilə bağlı lazımdır. Bu səbəbdən Suraxanı rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadəsində göstərmişdir ki, o, ərizəçi X*3 ilə orta məktəbdə birlikdə oxuyublar və hazırda qonşusudur. X3 isə ərizəçi Orxan Musaevin atası olub. X3 uzun müddət şəkər xəstəliyindən əziyyət çəkmişdir. Daha sonra səhhəti pisləşdiyindən ərizəçi Orxan Musaev atasını öz yaşadığı evinə gətirmişdir. Onun atası 07.**.202*-ci il tarixdə vəfat etmiş və onun iştirakı ilə mərhumu məscidə aparmışlar və sonra Hövsan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, ərizəçi X*3 ilə uzun müddətdir dostluq edir və hazırda qonşusudur. X3 ərizəçi Orxan Musaevin atası olub. X* uzun müddət səhhətində problemləri olmuşdur və o 07.**.202*-ci il tarixdə vəfat etmişdir. X2 Hövsan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş 27.**.*984-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X*3 xx.xx.*984-cü ildə anadan olmuşdur. X4, anası X*4 qızıdır. İş materiallarında olan *0.**.202*-ci il tarixli Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən X*2 ünvanlanmış məktubdan müəyyən olunur ki, X** 07.**.202*-ci il tarixdə vəfat etmiş X4nun ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *0.**.202*-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür. İş materiallarına əlavə edilmiş Əcnəbilərin və Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 8099580* nömrəli elektron bildirişdən görünür ki, Musaev Orkhan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “D” massivi, ev 2, mənzil * ünvanında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən verilmiş 07.**.202*-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X6 adına 07.**.202*-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon Hövsan Bələdiyyəsinin *7.0*.2022-ci li tarixli məktubundan görünür ki, mərhum X*0 07.**.202*-ci ildə vəfat etmiş və Hövsan qəsəbə Quşçuluq y/s sahəsi qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X6 07.**.202*-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02.06.*957-ci il təvəllüdlü X6 07.**.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 02.06.*957-ci il təvəllüdlü X6 07.**.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar