Məhkəmə qərarları › İş №2(010)-1191/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1191/2025

12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1191/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X2 28.*0.2024-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X5 28.*0.2024-cü ildə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Bununla bağlı Təcili yardıma çağırış edilmiş, lakin yas mərasimlərinin olması ilə əlaqədar olaraq ölüm haqqında şəhadətnamənin verilməsinin vaxtı keçmiş, bununla bağlı cavabdehə müraciət etmişdir. X2 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi *3.**.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsini *94.2-ci maddəsinə uyğun olaraq “Elekton məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, 24.09.*958ci il təvəllüdlü X5 onun atasıdır və 28.*0.2024-cü il tarixdə vəfat etmişdir. Mərhum atası əmisi ilə birlikdə küçədə avtobus duracağında vəfat etmişdir. X8 hadisə yerinə gəldikdən sonra aparılan ilkin tibbi müayinə nəticəsində X2 artıq vəfat etdiyi müəyyən olunmuşdur. X* qəbiristanlığında dəfn olunmuşdur. Hazırda atasının işlədiyi iş yerindən ölüm haqqında şəhadətnamə tələb edilir, lakin həmin şəhadətnaməni başqa qaydada əldə etmək imkanı yoxdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 Saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi və mərhum X5 ilə qonşu olmuşlar. Mərhumun gəlini onun (şahidin) evində olduğu zaman ona telefon vasitəsilə X2 yıxılması barədə məlumat verilmiş və o dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və dərhal X8 çağırılmışdır. Lakin o gələndə artıq X5 vəfat etmiş və Bülbülə qəbiristanlığında dəfn edilmişdir. Digər Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi əmisidir. Bir gün əvvəl qardaşı X5 ona səhərisi gün yas mərasiminin olacağı barəsində mesaj yazmışdır. O, Ümrə Ziyarətindən gəldiyindən yorğun olmuş, lakin səhərisi gün telefonla əlaqə saxlayaraq yas mərasiminə gedəcəyini bildirmişdir. Hadisə baş verən gün “Tamsore”-nin yanında X5 ilə görüşmüşlər. X5 ilə avtobus dayanacağında dayanan zaman birdən onun yıxıldığını görmüşdür. Dərhal X8a zəng etmişlər, lakin X8 hadisə yerinə gəldikdən sonra aparılan ilkin tibbi müayinə nəticəsində şəxsin artıq vəfat etdiyi müəyyən olmuşdur. Onu Bülbülə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Təcili və X4 Stansiyası tərəfindən verilmiş 28.*0.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X2 adına 28.*0.2024-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 24.09.*958-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 24 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 24.*2.2024-cü il tarixli 422 nömrəli məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşamış 24.09.*958-ci il təvəllüdlü X5 24 nömrəli Şəhər Poliklikasınında şəkərli diabet 2-ci tip diaqnozu ilə dispanser qeydiyyatında olub. Vəfat edən yaxınları poliklinikaya vaxtında müraciət etmədiklərinə görə ölüm haqqında tibbi arayış (Forma*06) verilməmişdir. İş materiallarına əlavə edilmiş Bül-Bülə qəsəbəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. X* qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*987-ci il tarixdə doğulmuş və atası X5, anası X6r. . İş materiallarına əlavə edilmiş 4 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən *3.**.2024-cü il tarixli 3-*5-5/8-*5-**95/2024 nömrəli Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, X2 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi *3.**.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsini *94.2-ci maddəsinə uyğun olaraq “Elekton məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən ediləsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9.-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, X2 28.*0.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24.09.*958-ci il təvəllüdlü X2 28.*0.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 24.09.*958-ci il təvəllüdlü X2 28.*0.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar