Məhkəmə qərarları › İş №2(010)-1193/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1193/2022

04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1193/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək atası 02.08.*960-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 27.*0.202*-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi, onun adına ölüm haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasını Bakı şəhəri Suraxanı rayonu X2 Dövlət Qeydiyyat İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddia ərizəsinə əlavə verərək X3 ölüm faktının və vaxtının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onun atası X7 02.08.*960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası 27.*0.202*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron rayonu Fatmayı kənd qəbrstanlığında dəfn edilmişdir. Bununla bağlı o, Abşeron rayonu, Fatmayı Bələdiyyəsindən 2*.*2.202*-ci il tarixdə arayış əldə etmiş və bu fakt təqdim etdiyi qəbrstanlıq arayışında öz əksini tapmışdır. Atası X3 adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Suraxanı rayon Qeydiyyat şöbəsinin 24.*2.202*-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ölüm haqqında tibb şəhadətnaməsi olmadığına görə X5 aid ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməsini tövsiyyə etmişlər. Hal-hazırda vərəsəliyin müəyyən edilməsi və miras əmlakının bölünməsi zərurəti yaranmışdır. O, atası X3 ölümü barədə şəhadətnaməni başqa yolla əldə edə bilmədiyindən ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur, vəfat etmiş X7 isə Ərizəçi atası olub. Mərhum Rəşidov X* problemlər olmuş və 27.*0.202*-ci il tarixdə o, ürək tutmasından dünyasını dəyişmişdir. Mərhum X3 yas mərasimində iştirak etmiş və onu Abşeron rayonu Fatmayı kənd qəbrstanlığında dəfn etmişlər. Digər şahid X*0 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun sinif yoldaşıdır, mərhum X7 isə Faiqin atası olub. Ərizəçi atası mərhum X7 27.*0.202*-ci il tarixdə ürək tutmasından vəfat etmişdir. Həmin vaxt dəfn mərasimində iştirak edə bilməsə də, onların evlərində yas mərasimində iştirak etmişdir. Mərhum X6 Abşeron rayonu Fatmayı kənd qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı 24.*2.202*-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı, qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X8 Stansiyası” X2* tərəfindən verilmiş 06.04.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X3 adına 27.*0.202*-ci il tarixində çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 30.03.*990-cı il il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*990-cı ildə anadan olmuşdur. Atası X7, anası X4r. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş 2*.*2.202*-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X7 həqiqətən 27.*0.202*-ci il tarixdə Fatmayı kənd qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 həqiqətən 27.*0.202*ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 27.*0.202*-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 27.*0.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 27.*0.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar