Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1203/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürmə, yaşayış sahəsindən istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və cavabdehə gələcəkdə belə maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürmə, yaşayış sahəsindən istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və cavabdehə gələcəkdə belə maneələrin yaradılmasının qadağan edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiklərinin nəzərə alınıb Cavabdeh yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən evin boşaldılması, kirayədə yaşayan şəxslərin həmin evdən çıxarılması və onların, yəni İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməsi; Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinə köçməyi, orada yaşamağı və həmin evdən istifadə etmələrinə gələcəkdə hər hansı bir şəkildə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının böyük qardaşıdır. Onların, yəni iddiaçının, Cavabdeh və anaları X1 xx.xx.2001-ci ilə kimi ünvan 1 ünvanında yerləşən mənzili olmuşdur. Həmin bu mənzili anaları Natalya Baladayevanın adına xx.xx.1998-ci ildə DƏDRX-də qeydiyyatdan keçməklə ona çıxarış verilmişdir. Bu mənzildə onların iki qardaş və anaları yaşayırdı. O, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası CMnin 177.3-cü maddəsi ilə 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunandan sonra anaları ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi ilə satmış və əldə olunan pulla ailəsi üçün, o cümlədən iddiaçının özü də nəzərə alınmaqla 55.000000 manata xx.xx.2001-ci ildə ünvan 2 ünvanında yerləşən 2(iki) otaq və sanitar qovşağından ibarət olan mənzili X3 adlı şəxsdən satın almışdır. Alınan mənzilin alqı-satqı müqaviləsi Cavabdehlə bağlansa da, həmin mənzil ailənin ümumi paylı mülkiyyəti kimi alınmışdır. O, ünvan 2 ünvanında yerləşən mənzildən “paya uyğun real bölgünün aparılıb həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə” cavabdehə qarşı Suraxanı rayon məhkəməsində iddia qaldırdı. Cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək qanunsuz olaraq öz adına ünvan 2-ə xx.xx.2008-ci ildə seriya MH ******* saylı çıxarış almışdır. İddiaçı bunu biləndən sonra verdiyi iddia ərizəsi qüvvədə qalmaqla məhkəməyə cavabdehin verilmiş çıxarışın ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən mənzilin onun payına düşən hissəsinə köçürülməyi barədə” iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etdi. Suraxanı rayon məhkəməsi (hakim Natavan Tağıyeva) verdiyi xx.xx.2009-cu il tarixli, 2(010)-027/2009 saylı qətnamə ilə iddia ərizəsi təmin edilmişdir. Eyni zamanda həmin bu qətnamə ilə sözügedən çıxarış ləğv edilmiş, mübahisəli mənzilin bölünməsi və iddiaçının həmin mənzilin onun payına düşən hissəsinə köçürülməyi qət edilmişdir. Cavabdeh Suraxanı rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)- 2560/2009 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ünvan 2-də “evə payın müəyyən edilərək bölünməsi və mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, həmin mənzilə köçürülmə tələbinin təmin edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli icra vərəqəsi əsasında onun ünvan 2-ə köçürülməyi təmin edilmiş, o, yenidən bu mənzildə yaşamağa başladı. Сavabdeh iddiaçını bu mənzilə yaşayış yeri üzrə qeydiyyata salınmasından imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1900/2010 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və onun həmin evə istifadə hüququ tanınmışdır. Suraxanı rayon məhkəməsinin həmin bu qətnaməsi əsasında o, ünvan 2-ə yaşayış yeri üzrə qeydiyyata alınmış və ona şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı ünvan 2-ə köçürüləndən sonra yaşadığı sahəni cavabdehin yaşadığı sahədən hasarla ayırmış, özünə qaz, işığa ayrıca sayğac qoydurmuş,digər kommunal xidmətlərini cavabdehdən ayırmış və yaşadığı 1 saylı mənzilin payına aid hissəsinin ayrıca giriş-çıxış qapısı olmuşdur. İddiaçı xx.xx.2011-ci ildə İddiaçı2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların nikahı Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixli,192 saylı qeydlə qeyd aparılmış və oradan onlara AZ-1- 652229 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Onlar ailə həyatı qurandan sonra ünvan 2-də mənzilin özünə aid olan hissəsində yaşamışdırlar. ünvan 2-də yaşayan zaman o, 11 noyabr 2022-ci ildə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutuldu. Barəsində həmin bu maddə ilə cinayət işi başlandı. 2 (iki) gün şübhəli şəxs kimi saxlandıqdan sonra müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında” iltizam qəti imkan tədbiri seçilməklə həbsdən azad edildi. Ondan sonra xx.xx.2023-cü ildə barəsində CM-nin 234.1 -ci maddəsi ilə hökm çıxarılana kimi yenə əvvəlki kimi onlar Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4,mənzil 1-də yaşamışdırlar. Suraxanı rayon məhkəməsinin (hakim Elnur Nuriyev) xx.xx.2023-cü il tarixli, 1(010)-418/2023-cü il saylı hökmü ilə 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olundu. Həmin gün barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edildi. Hökm çıxarılandan sonra o, yəni İddiaçı1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixinə kimi 17 saylı CÇM-də cəza çəkmişdir. Daha sonra Bakı şəhər Xəzər rayon məhkəməsinin (hakim Ramilə Xəzri) xx.xx.2023-cü il tarixli 7(003)-l989/2023 saylı qərarı ilə cəzamın çəkilməmiş qalan 1 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azad olunandan sonra həbs olunana kimi yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gəldi. Gələndə gördü ki, ailəyə məxsus 1 saylı mənzil yerli-dibli yoxdur, tamam sökülüb. Ondan sonra o, cavabdehlə əlaqə saxladı, onunla görüşdü və ondan mənzil barədə soruşdu. Məlum oldu ki, cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 6-cı Balandin döngəsi ev 4,mənzil 1-də yaşayış yeri üzrə qeydiyyatda olmağıma və istifadə hüququmun məhkəmə qaydasında tanınmasına baxmayaraq tamamilə saxta və qanunsuz yolla, onun xəbəri və razılığı olmadan xx.xx.2023-cü ilə kimi yaşadıqları 1 saylı mənzili 85000 manata X9 adlı şəxslə xx.xx.2023-cü ildə daşınmaz əmlakın alqı-satqısına dair AN-1-1141211 saylı müqavilə bağlamaqla satmışdır. Əldə olunan pulun 51000 manatına isə Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən 2(iki) otaq, zal və sanitar qovşağından ibarət fərdi yaşayış evini alıb. Ondan sonra o, cavabdehlə onun satın aldığı Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən evə gəldi. Gələndə məlum oldu ki, cavabdeh bu evdə tək yaşayır. Ev də təmirsiz və çox bərbad vəziyyətdədir. Bu vəziyyətə həmin evdə yaşamaq mümkün deyil. Evin vəziyyətini görəndən sonra cavabdehə dedi ki, 1 saylı evin satılmasından qalan puldan versin və o evi təmir edib bu evdə normal şərait yaradıb, köçüb bu evdə yaşasınlar. Ev təmir olunana kimi isə iddiaçılar kirayədə yaşayarlar. Cavabdeh də onunla razılaşmışdır. Ondan sonra o ailəsi ilə 4 (dörd) ay kirayədə yaşamalı oldu. Bu müddətdə o, dəfələrlə evin təmir edilməsi üçün cavabdehə müraciət etdi. O hər dəfə söz versə də, dediyinə əməl etməmişdi. Artıq maddi imkanı olmadığına görə o, kirayədə qala bilmirdi. 4 (dörd) aydan sonra o, cavabdehin yaşadığı Hövsan qəsəbəsi Bağça küçəsindəki evə gələndə gördü ki, bu evdə cavabdehdən başqa bir ailə də kirayənişin kimi yaşayır. O, vəziyyətini cavabdehə bildirdi və ondan xahiş etdi ki, evdə kirayədə yaşayanları evdən çıxartsın, o öz ailəsi ilə köçüb gəlsin bu evdə yaşasın. Cavabdeh kirayədə yaşayanları evdən çıxarmayacağını və onların gəlib bu evdə yaşamağına etiraz etdi. Aradan müəyyən müddət keçəndən sonra o yenidən cavabdehin yanına gəldi, kirayədə yaşayan şəəxsləri evdən çıxarılmasını və yaşadığı evə köçməyimizə və bu evdə yaşamağa imkan verməsini xahiş etdi. Cavabdeh onunla razılaşmadı və belə olan halda cavabdehlə aralarında mübahisə baş verdi. Mübahisə zamanı cavabdehlə evdə kirayədə yaşayanlar onu döydülər, ona xəsarətlər yetirdilər və onu evdən qovdular. Böyük qardaşı olduğuna görə və kirayədə yaşayanların körpə uşaqları olduğuna görə o, onları bağışlayıb heç yerə şikayət etmədi. Bu hadisədən sonra o, bir neçə dəfə cavabdehin yaşadığı evə köçüb orada yaşamağa icazə verməyi ondan xahiş etsə də, cavabdeh həmin evə köçüb orada yaşamağa onlara razılıq və imkan verməmişdir. Yaşamağa yeri olmadığına və çıxılmaz vəziyyətdə olduğuna görə o, məcbur olub cavabdehə, eyni zamanda 1 saylı mənzili almış X9, 4 saylı Bakı “Asan Xidmət Mərkəzində”notariat ofisi və 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsində iddia qaldırdı. İddia tələbinə Suraxanı rayon Məhkəməsində (hakim Tural Məmmədov) baxılmış və iş üzrə xx.xx.2024-cü il tarixli, 2(010)-276/2024 saylı qətnamə çıxarılmışdır. Həmin bu qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh X4 etdiyi qanunsuz hərəkətlərlə onların hüquqları və qanuni mənafeyini ciddi və kobud şəkildə pozur və pozmaqda davam edir. Qanunla onların Cavabdeh ünvan 4 ünvanında yerləşmiş mənzilin onlara aid hissəsini də qanunsuz və əsassız satılması hesabına əldə olunmuş pul vəsaiti hesabına Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində satın aldığı fərdi yaşayış evinə köçüb orada yaşamaq hüququ vardır. Cavabdeh isə buna könüllü olaraq razılıq və icazə vermir. Ona görə də onların başqa çıxış yolu olmadığına görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. ünvan 2 ünvanında yerləşən 2(iki) otaq və sanitar qovşağından ibarət olan mənzil ünvan 1 ünvanında yerləşən mənzilin satılmasından əldə olunmuş pul vəsaiti hesabına alınmışdır. 1 saylı mənzilin alqı-sqatqı müqaviləsi Cavabdehlə həmin mənzilin sahibi X3 adlı şəxs arasında bağlansa da, alınmış 1 saylı mənzil onların ailəsi üçün, o cümlədən onun özünü də nəzərə alınmaqla alınmışdır. Yəni paylı mülkiyyət kimi alınmışdır. Lakin cavabdeh sonradan qanunun tələblərini və eyni zamanda onun hüquqlarını və qanuni mənafeyini ciddi və kobud şəkildə pozaraq gizlindən alqı-satqı müqaviləsinin onunla bağlanmasından istifadə edərək DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək tam qanunsuz olaraq öz adına ünvan 2-ə xx.xx.2008-ci ildə seriya MH ******* saylı çıxarış almışdır. Hansı ki, 1 saylı mənzilə hər birinin ½ hissədə paylarına uyğun çıxarış alınmalı idi. Daha sonra cavabdeh onun 1 saylı mənzildə qeydiyyatda olmağına və həmin mənzilə məhkəmənin qətnamələri və qərarı ilə istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməyinə baxmayaraq, yenə də onun hüquqlarını və qanuni mənafeyini, həmçinin qanunun tələblərini ciddi və kobud şəkildə pozaraq, onun xəbəri və razılığı olmadan tamamilə saxta və qanunsuz yollarla 1 saylı mənzili 85000 manata sataraq əldə olunmuş pulun 51.000 manatına Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən fərdi yaşayış evini satın alımış və bununla onları evsiz və küçədə qoymuşdur. Bunlar azmış kimi cavabdehin onlara Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən fərdi yaşayış evinə köçüb orada yaşamağına imkan verməməsi də tamamilə qanunsuz və əsassızdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının yeganə yaşayış yeri olmuşdur. Həmin mənzil də analarına məxsus mənzilin satılması nəticəsində əldə olunmuş vəsait hesabına alınmışdır. Alqı-satqı müqaviləsi sadəcə cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin mənzilə 2008-ci ilə qədər çıxarış olmamışdır. Mənzil 2001-ci ildə alınmışdır. Həmin dövrdə iddiaçı həbsdə olub. Cəzasını bitirib çıxdıqdan sonra 2023-cü ilə qədər orada yaşayıblar. 2011-ci ildə Raisa xanımla ailə həyatı qurub. Payların müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edəndə evin çıxarışı olmadığı müəyyən olunub. Həmin ərəfədə cavabdeh öz adına çıxarış alıb. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək mənzilə istifadə hüququnun tanınması və ora köçürülməsini xahiş etmişdir və iddiası təmin olunmuşdur. xx.xx.2023-cü ildə iddiaçı ikinci dəfə həbsdə olanda cavabdeh həmin mənzili satmış və Hövsanda ev almışdır. Dekabrda iddiaçı azad olunduqdan sonra 6-cı Balandin döngəsi, ev 4, mənzil 1 ünvanında yerləşən mənzilin satıldığını öyrənmişdi. Hövsanda ev 51000 manata alınmışdır. İddiaçı cavabdehdən qalıq məbləği tələb etmiş, cavabdeh də verəcəyini demişdir. Lakin, həmin məbləği verməmişdi. 4 ay iddiaçı kirayədə qalıb. Buna görə aralarında mübahisə düşüb. Həmin evdə yaşamalarına da cavabdeh imkan vermir. Qalmağa yerləri də yoxdur. Məhkəmə iclasında İddiaçı1 bildirmişdir ki, cavabdeh 1963-cü il təvəllüdlüdür. Onun övladı yoxdur, yoldaşının övladı var, o ayrı qalır. Qardaşının uşağı yoxdur. Qeyd edir ki, pensiya almır. Məhkəmə iclasında İddiaçı2 bildirmişdir ki, o, 340 manat pensiya alır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42, inzibati binada xx.xx.2024-cü il tarixindən qeydiyyatdadır. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı2 ünvan 6 ünvanında xx.xx.2020-ci il tarixindən qeydiyyatdadır. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 652229 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 192 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-027/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı1 Babaəli oğlunun cavabdeh X7 öğluna qarşı “Azərbaycan Respublikası DƏDRXdən xx.xx.2008-ci il tarixdə seriya MH ******* saylı çıxarışın ləğv olunması və onun Bakı şəhəri, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi, ev 4 mənzil 1-ə onun payına düşən hissəyə köçürülməsi” barədə iddia ərizəsinin təmin edilməsi, X2 adma verilmiş Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2008-ci il tarixli seriya MH № ******* saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, 6-cı Balandin döngəsi, ev 4 mənzil 1 yaşayış və həyətyanı sahə aşağıdakı qaydada İddiaçı1 Babaəli oğlu və Cavabdehəli oğlu arasında bölünməsi: mübahisəli evin 2 və 3, 3 və 7 saylı otaqları arasında qapı boşluğu bağlanılsın. 2 saylı tikilidən 7 saylı tikiliyə qapı açılsın. Eyni zamanda 2 və 4 saylı otaqların arasında olan arakəsmə boyunça eyni xətt üzrə küçə ilə əhatə olunan sərhəd hasarına qədər əlavə hasarın hörülməsi, hasarın çəkilməsi xərclərinin bərabər bölünməklə tərəflərin vəsaiti hesabına həyata keçirilməsi, İddiaçı1 Babaəli oğlunun Bakı şəhəri, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi, ev 4 mənzil 1-ə onun payına düşən hissəyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2560/09 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, həmin iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 mart 2009-cu il tarixli qətnaməsinin 6-cı Balandin döngəsi, ev 4, mənzil idə evə payın müəyyən edilərək bölünməsi və mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, həmin mənzilə köçürülmə tələbinin təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2(102)-3257/09 saylı xx.xx.2009-cu il tarixli Qərarı ilə Baladayev Vldamir Babaəli oğlunun kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın həmin iş üzrə 21 iyul 2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında sənəddən, abonent saldosundan, “GASREP” çıxarışdan görünür ki, Bakı şəhəri, Əmircan qəs, 6-cı Balandin döngəsi, 4 saylı evin 1-ci mənzilində **********40001 saylı abunə kodu abonent İddiaçı1 Babaəli oğlunun adına açılmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-1900/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 Babaəli oğlunun Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi 4 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 1(010)-418/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-276/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh, X9, A saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisi və 1 saylı Bakı ərazi idarəsinə qarşı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.12 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsini alıcının, yəni X5 mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 85000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 13-cü bəndinə əsasən, satıcı Cavabdeh xx.xx.2023-cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin layihəsi sxemlərlə göstərilmişdir. Cavabdeh hüquqi subyekti kimi qeyd edilir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş Cavabdeh adına hər hansı əmlaka dair ev kitabı, çıxarış və texniki pasportun olması müəyyən edilmədi. Eyni zamanda bildirilmişdir ki, vətəndaşlara məxsus sənədlər və ya onların surətləri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində saxlanılmır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ...228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.... 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 255. Servitut anlayışı ...255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2001-ci ildə ünvan 8 ünvanında yerləşən evi mülkiyyətinə alqı-satqı müqaviləsi əsasında almışdır. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı1 Babaəli oğlu ünvan 8-ə köçürülmüş, digər məhkəmə qətnaməsi ilə İddiaçı1 Babaəli oğlunun həmin mənzilinə istifadə hüququ tanınmışdır. Sözügedən ev tam payda mülkiyyətçi olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nə əsasən satılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində yerləşən özbaşına tikili hesab edilən fərdi yaşayış evi əldə edilmişdir. Eyni zamanda, iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. Hazırda iddia tələbi Cavabdeh yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən evin boşaldılması, kirayədə yaşayan şəxslərin həmin evdən çıxarılması və iddiaçılarının həmin evə köçürülməsi, orada yaşaması və həmin evdən istifadə etmələrinə gələcəkdə hər hansı bir şəkildə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsindən ibarət olmuşdur. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddia tələbinin Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində yerləşən evə iddiaçılar İddiaçı1 və İddiaçı2 köçürülməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçılarının həmin evə köçürülməni tələb etməklə bağlı subyektiv hüququ olmamışdır. Belə ki, yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə və qanuni qüvvəyə minmiş qətnamələrə uyğun olaraq, İddiaçı1 istifadə hüququ ünvan 8 ünvanında yerləşən evə münasibətdə mövcud olmuşdur. Həmin ev mülkiyyətçi-cavabdeh tərəfindən satılmış, lakin, Mülki Məcəllənin 228.4-ci maddəsinin məzmununa görə, mülkiyyət hüququnun keçməsi evdən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. İddiaçı1 ünvan 8 ünvanında yerləşən evdən istifadə hüququ məhz həmin əmlakın üzərində qalaraq, Cavabdeh digər hər-hansı bir əmlaka keçməmişdir. Eyni zamanda, Mülki Məcəllənin 255.5-ci maddəsinin tələbləri baxımından, mülkiyyətçi – Cavabdeh istifadə hüququ ilə yüklü edilmiş və özgəninkiləşdirilmiş ev hesabına özünə mənsub digər daşınmaz əşyadan istifadə hüququnu (şəxsi servitutu) İddiaçı1 vermək hüququna malikdir. Lakin, həmin istifadə hüququnun verilməsi qanunvericiliyə əsasən – mülkiyyətçinin hüququ kimi təsbit edilmiş, qanunverici bunu mülkiyyətçinin üzərinə vəzifə (öhdəlik) kimi qoymamışdır. Həmçinin, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində yerləşən ev özbaşına tikilidir və ora köçürülməsi qanunda nəzərdə tutulmamışdır. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı1 istifadə hüququnun həyata keçirilməsini mümkünsüz edən bir əmlak hesabına digər əmlaka köçürülməsini (istifadəsini) tələb etmək hüququ yoxdur və buna görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Tələbin digər İddiaçı2 həmin evə köçürülməsi hissəsində məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı2 İddiaçı1 arvadıdır. İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində yerləşən evə köçürüldüyü təqdirdə, onun arvadı İddiaçı2 da həmin evə köçürülə bilərdi. Lakin, məhkəmə tərəfindən İddiaçı1 həmin evə köçürülməsi təmin edilmədikdən, hesab edilir ki, İddiaçı2 da bu evə köçürülməsini tələb etmək hüququnda deyil. Belə olan halda, iddia tələbi bu hissədə təmin edilmir. İddia tələbinin – İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində yerləşən fərdi yaşayış evindən istifadə etməsinə gələcəkdə hər hansı bir şəkildə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçıların həmin evdən istifadə hüququ müəyyən edilmədikdən və həmin evə köçürülmə ilə bağlı subyektiv hüquqları olmadığından, həmin evdən onların istifadəsinə cavabdeh tərəfindən maneələrin yaradılmasından söhbət gedə bilməz. Bu səbəbdən iddia tələbi bu hissədə əsassızdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində yerləşən fərdi yaşayış evinin boşaldılması və kirayədə yaşayan şəxslərin həmin evdən çıxarılması tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıların həmin evin mülkiyyətçisi və ya digər qanuni sahibi olmadıqları müəyyən edildikdən, hesab edilir ki, onların bu tələbləri irəli sürməklə bağlı subyektiv hüquqları olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 “Cavabdeh yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən evin boşaldılması, kirayədə yaşayan şəxslərin həmin evdən çıxarılması və onların, yəni İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməsi; Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinə köçməyi, orada yaşamağı və həmin evdən istifadə etmələrinə gələcəkdə hər hansı bir şəkildə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 “Cavabdeh yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən evin boşaldılması, kirayədə yaşayan şəxslərin həmin evdən çıxarılması və onların, yəni İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməsi; Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağça küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinə köçməyi, orada yaşamağı və həmin evdən istifadə etmələrinə gələcəkdə hər hansı bir şəkildə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva