Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1208/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudova Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “ilkin iddia üzrə tələbin rədd edilməsi, yaşayış sahəsinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz əşyası olan 1 ədəd taxt, 1 ədəd tək çarpayı, 1 ədəd sandıq, 1 ədəd dolab və bəzi qab-qacaqları ona (iddiaçıya) məxsus ünvan 1 ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı ilkin iddia üzrə tələbin rədd edilməsi və yaşayış sahəsinə köçürülmə barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (Cavabdeh) ünvan 1 ünvandanda yerləşən mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddianı müdafiə edərək, qarşlıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun keçmiş gəlini olmuşdur. X1 ilə keçmiş gəlini Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Suraxanı rayon məhkəməsinin 2(010)-2164/2018 saylı qətnaməsi ilə X1 ilə keçmiş gəlini Cavabdeh arasında olan nikah pozulmuşdur. Nikahları rəsmi pozulmamışdan əvvəl Cavabdeh onun evində yaşamış, evdən getdikdə isə ona məxsus olan cehiz əşyaları 1 ədəd taxt, 1 ədəd tək çarpayı, 1 ədəd sandıq, 1 ədəd dolab və bəzi qab-qacaqları aparmamış və əşyaları ona məxsus olan evin bir otağında saxlamışdır. Həmin vaxtdan etibarən həmin otaq cavabdeh tərəfindən kilidlə kilidlənmişdir. Artıq illərdir ki, həmin otaqdan istifadə edə bilmir. Bu barədə dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu ona məxsus olan olan həmin əşyaları aparmaqdan imtina edir. Odur ki, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının oğlu, onun kemiş həyat yoldaşı X6 ilə o, 29 iyun 2004-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan 28.03.2006-cı il təvəllüdlü X10 və 22.10.2007-ci il təvəllüdlü X11 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozularaq, azyaşlı uşaqların onun yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin X2 tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment vaxtı-vaxtında ödənilmədiyindən hazırda 8000 manat aliment borcu yaranmışdır. İddiaçının qeyd etdiyi mənzil onun keçmiş həyat yoldaşı X6 ilə birgə nikah dövründə əldə etdikləri əmlakdır. Onun evdən çıxmasının səbəbi isə keçmiş həyat yoldaşı tərəfindən qovulması olmuşdur. İddiaçının onun cehiz əşyalarını çıxarmaq istədiyi evin sahibi X4r. Keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə tikdikləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 105 saylı ev birgə nikah dövründə əldə edilmiş əmlakdır və həmin ev uzun illərdir ki, onların faktiki mülkiyyətində olmuşdur. Sözügedən evin bütün kommunal xidmət haqqları keçmiş həyat yoldaşı tərəfindən onun öz adına ödənilmişdir. Odur ki, ilk iddia tələbi rədd edilməli və onun mübahisəli evə köçürülməsi ilə bağlı tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Balandin 42 ünvanında qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Şuşa rayonu, Sarıbaba ərazi dairəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.09.2019-cu il tarixli 11512 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki sahəsi 190 kv.m olan həyətyani torpaq sahəsində yerləşən, X3 istifadəsində olan fərdi yaşayış evinin inşa olunması üçün yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 18143,0 manat məbləğində olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-2164/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X5 qarşı nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında 29.06.2004-cü ildə bağlanmış nikahın pozulması, 28.03.2006-cı il təvəllüdlü X7 və 22.10.2007-ci il təvəllüdlü X8 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmaları müəyyən edilməsi və 28.03.2006-cı il təvəllüdlü X7 və 22.10.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay hər bir uşağa görə sabit pul məbləğində 154 manat aliment tutularaq Cavabdeh ödəniməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-1839/2019 saylı, 01.11.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X5 qarşı birgə nikah dövründə inşa olunmuş fərdi yaşayış evinə çəkilən xərcin yarı hissəsinin alınıb verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ”Bakı Torpaq” lahiyə Smeta Bürosu tərəfindən verilmiş 21.02.2017-ci il tarixdə verilmiş tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurguların lahiyələndirilməsinə dair sənəddən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, Sahil küçəsi yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. İş materiallarına əlavə olunmuş “Mülkiyyətçi MMC” tərəfindən 30.10.2012-ci il tarixdə verilmiş qiymətləndirmə rəyindən müəyyən olunur ki, Suraxanı rayonu, Hövsan qəsbəsi, Dəniz kənarı küçəsində yerləşən tikintinin sahibi X4r. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin maddənin 4-cü bəndinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.11.2018-ci il tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı keçmiş gəlini olmuş və cavabdehlə iddiaçının oğlu arasında bağlanmış olan nikah 2018-ci ildə rəsmi qaydada pozulmuşdur. 2018-ci ildən cavabdeh həmin mübahisəli ünvanda yaşamır və Cavabdeh özünə məxsus olan cehiz əşyalarını 1 ədəd taxt, 1 ədəd tək çarpayı, 1 ədəd sandıq, 1 ədəd dolab və bəzi qab-qacaqlarını aparmamış və əşyaları iddiaçının yaşadığı evin bir otağında saxlamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq Cavabdeh məxsus cehiz əşyaları – 1 ədəd taxt, 1 ədəd tək çarpayı, 1 ədəd sandıq, 1 ədəd dolab və bəzi qabqacaqları İddiaçı məxsus ünvan 1 nömrəli mənzildən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1839/2019 saylı 01.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, hazırkı işdə həm iddiaçı, həm də cavabdeh tərəfin izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli ev birgə nikah dövründə tikilsə də, tərəflərin birgə vəsaiti hesabına yox, üçüncü şəxsə məxsus mənzilin satışından əldə edilmiş vəsait hesabına tikilmişdir. Hazırkı mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Cavabdeh tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması, birgə vəsait hesabına tikilməsi barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Başqa sözlə, cavabdeh fərdi yaşayış evinə köçürülməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Belə olan halda, qarşılıqlı iddia tələbi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından əsaslı sayıla bilməz və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia ərizəsi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 105 saylı fərdi yaşayış evində yerləşən – 1 ədəd taxt, 1 ədəd tək çarpayı, 1 ədəd sandıq, 1 ədəd dolab və bəzi qab-qacaqlar evdən çıxarılaraq Cavabdeh təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “ilkin iddia üzrə tələbin rədd edilməsi, yaşayış sahəsinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1208/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1208/2022
11.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver