Məhkəmə qərarları › İş №2(010)-121/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-121/2023

07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-121/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) X8 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **-CG-*** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli “Hyundai Accent” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **-CG-*** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli “Hyundai Accent” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlak olan “Hyundaı Accent” minik avtomobilinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh1 ilə xx.xx.2016-cı ildə nikaha daxil olmuş birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X21 dünyaya gəlmişdir. İddiaçı cavabdeh X10 ilə ailə münasibətləri tamamilə bitmişdir. Cavabdeh X3 Raidə İmran qızını zorakı şəkildə yaşadıqları ünvan 1 ünvanından şər-böhtan ataraq qovmuş və bununla bağlı aidiyyəti üzrə polis orqanına şikayət edilmiş, lakin cavabdehin böhtanları polis orqanları tərəfindən əsassız hesab edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə görə ** CG *** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli, “Hyundaı Accent” minik markalı avtomobil iddiaçının xəbəri olmadan Cavabdeh2 adına keçirilmişdir, cavabdeh Abbasov X15 Möhsünün yaxın qohumudur və birgə nikah dövründə əldə edilmiş ** CG *** dövlət nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli, “Hyundai Accent” minik markalı avtomobili formal olaraq Cavabdeh2 adına keçirilsə də, bu avtomobili Cavabdeh1 digər cavabdeh və qardaşı X11 etibarnamə vermişdir və həmin avtomobili X19 istifadə edir. Bundan sonra Cavabdeh2 ilə avtomobili Cavabdeh3 satmışdır. Sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlak olan “Hyundai Accent” minik avtomobilinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması mütləq və zəruridir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh1 etibarnaməsi və istəyi əsasında mübahisə predmeti olan avtomobili X12 11.500 manata sataraq, pul vəsaitini Cavabdeh1 vermişdir. Hansı ki, Möhsün daha bir hiyləyə əl ataraq avtomobilin satışından əldə edilən pul vəsaitini əldə edən kimi, İddiaçı döyərək evdən qovmuş və bununla bağlı Xəzər RPİ İŞ-də cinayət işinin araşdırılması aparılmışdır. Hal-hazırda Sabunçu rayon Məhkəməsi həmin avtomobil üzrə nəzərdə tutulan pul vəsaitinin ödənilməsi öhdəliyini İddiaçı üzərinə qoymuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Daha sonra Cavabdeh1 avtomobili Mehdiyev Nurlandan geri alaraq, ona verilmiş etibarnaməni ləğv etdirərək xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə görə 77 CG436 nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli, X27 markalı avtomobili iddiaçının xəbəri olmadan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bunu etməkdə tək məqsəd İddiaçı birgə nikah əmlakına dair hüquqlarını süni formada məhdudlaşdırmaq və həmin avtomobilin satılan X20 qarşısında İddiaçı öhdəlikdə qoymaq, qanunsuz formada həm avtomobilin X1 əldə edilmiş pul vəsaitini, həm də avtomobili mənimsəmək olmuşdur. Cavabdeh Abbasov X15 Möhsünün yaxın qohumudur və birgə nikah dövründə əldə edilmiş ** CG *** dövlət nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli, X27 markalı avtomobil formal olaraq Cavabdeh2 adına keçirilsə də, bu avtomobili Cavabdeh1 digər cavabdeh və qardaşı olan X11 etibarnamə vermişdir və həmin avtomobil X9 daimi istifadəsindədir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh1 izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, iddia əsassız və qanuna zidd olduğundan tam şəkildə rədd edilməlidir. İddiaçı anasının müalicəsi üçün kənar şəxslərdən xeyrli miqdarda borc pul almışdır. Belə ki, 2021-ci ilin iyun-iyul aylarında 4000 dollar Mehdi adlı şəxsdən, 1500 dollar Elnur adlı şəxsdən borc pul almışdır. 2021-ci ilin aprel ayının 21-də 3000 dollar, yenə də 2021-ci ilin mart ayında 1000 dollar da Türkiyə və Ukrayna Respublikasında olan tanışlarından aldığı borc məbləği “western union” pul köçürmə ilə birbaşa Bakı şəhərində iddiaçı özü qəbul etmişdir. İddiaçı ondan dərman satışı üçün biznes qurmaq üçün də pul istəyirdi. İddiaçı ona anasının müalicəsi üçün borc almasını özü xahiş etmişdir. 2021-ci ilin avqust ayında Bakı şəhərinə qayıdan zaman həyat yoldaşının ona xəyanət etdiyini öyrənmişdir. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən onun verdiyi etibarnamə əsasında onun icazəsi olmadan 2021-ci ilin may ayında müxtəlif şəxslərə satılmışdır. Sonradan o, bundan xəbər tutaraq nəqliyyat vasitəsini geri ala bilmişdir. Yuxanda qeyd edilən borcların qaytarılması üçün tanışı Cavabdeh2 10.000 manat məbləğində pul almışdır. Ona olan borcundan 4000 manat qaytarsa da 6000 manatını qaytarmağa pulu olmadı və bunun müqabilində o, nəqliyyat vasitəsini ona satmalı olmuşdur. O bildirdi ki, avtomobil nasaz vəziyyətdə olduğundan avtomobili Cavabdeh2 6000 manata satmışdır. Nəqliyyat vasitəsi Cavabdeh2 satıldıqdan sonra ona Cavabdeh2 tərəfindən heç bir etibarnamə verilməmişdir. Odur ki, iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 nümayəndəsi (vəkili) X8 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 əvvələr də tanıdığı dostu X9 qardaşı olan Cavabdeh1 ondan qaynanası və uşağının müalicəsi üçün başqa şəxslərdən aldığı borcun qaytarılması üçün bir ay müddətinə borc pul istəmiş və o, 2021-ci ilin avqust ayında Cavabdeh1 10.000 manat məbləğində borc pul vermişdir. Borc məbləğini alarkən Cavabdeh1 ona bildirdi ki, qısa zamanda borc məbləğini qaytaracaqdır. Borc məbləğindən 4000 manatı 2021-ci ilin sentyabr ayının ilk həftəsində Cavabdeh1 ona qaytarsa da, 6000 manat borc qalmışdır. Cavabdeh1 ondan borc almasını və 4000 manat məbləğində borcun qaytarılmasını İddiaçı, Cavabdeh1 digər ailə üzvləri və bir neçə yaxın adamlar da bilirdi. O, Cavabdeh1 borcunun qaytarılmasını dəfələrlə istəmiş və Cavabdeh1 ona ailəsində problemləri olduğunu və borcun qaytarılması üçün ona əlavə vaxt verməsini xahiş etmişdir. O da Cavabdeh1 çox gözləyə bilməyəcəyini, özünə də pul lazım olduğunu bildirmişdir. Cavabdeh1 da pulunun olmadığını bildirib borcunun müqabilində nəqliyyat vasitəsinin ona sata biləcəyini bildirmişdir. Cavabdeh1 qaynanasının Almaniya Respublikasında müalicəsi üçün ondan aldığı borcdan qalan 6000 manat məbləğinin müqabilində mübahisə predmeti olan nəqliyyat vasitəsini almışdır. Nəqliyyat vasitəsi ona satlılarkən elə də yaxşı vəziyyətdə deyildi və o, maşının təmiri üçün əlavə vəsait xərcləməyə məcbur olmuşdur. Bundan əlavə o, Cavabdeh1 yaxın qohumu deyil. Nəqliyyat vasitəsini aldıqdan sonra da Cavabdeh1 heç bir etibarnamə verməmişdir. Nəqliyyat vasitəsini aldıqdan 3 ay sonra, yəni xx.xx.2021-ci ildə nəqliyyat vasitəsini hərdən idarə olunması üçün dostu X.Məcnunova etibarnamə vermişdir. Xəzər onun dostudur, 3 kiçik uşaqları var. Bəzən onları harasa aparmaq üçün nəqliyyat vasitəsi lazım olurdu, dostu taksi ilə kiçik uşaqlarlarla əziyyət çəkməsin deyə nəqliyyat vasitəsi özünə lazım olmadıqda bir necə dəfə onun tərəfindən idarə olunub. Mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsi üçün onun X.Məcnunova verdiyi etibarnamənin müddəti bir illikdir. Məhkəmə gedişi zamanı mübahisələndirilən avtomobil Cavabdeh3 satılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, maşın barədə elanı “Turbo.az” saytında görmüş və avqust ayında maşını 13150 manat pul verərək almışdır. Onun əvvəllər Cavabdeh2 ilə tanışlığı olmamışdır. O, maşını şəxsən Cavabdeh2 almışdır. O, maşını alanda maşın normal vəziyyətdə olmuş, yalnız 300 manata qədər kosmetik xərci var idi. İş materiallarına əlavə edilmiş: Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh1 İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi- nikahın pozulması, əmlak bölgüsü, uşağın ananın himayəsində qalması üzrə xx.xx.2022-ci il saat 12:00-12:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş X30 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, X30 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu edilmiş “Hyundai Accent” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə kompüter çıxarışından görünür ki, “Hyundai Accent” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 “Hyundai Accent” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri, qeydiyyata salmaq, qeydiyyatdan çıxarrmaq, ərizə vermək hüquqlarını 7 ay 3 gün müddətinə vermiş və etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədədər. Xəzər rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X13 xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, 29 avqust 2021ci il tarixdə saat 15 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev döngə 3 ünvanında yerləşən evin həyətində İddiaçı mübahisə zəminində X7 baş-beynin silkələnməsi halında qapalı kəllə beyin travması, təpə nahiyəsinin hematoması, sol bazunun qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən- fakta görə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işi üzrə X6 və İddiaçı “zərər çəkmiş şəxs” statuslarına xitam verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş X30 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələri aşağıdakılardır: xx.xx.2020-ci il tarixli “Hyundai Accent” markalı, **-CG-*** (**-OV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X18 “Hyundai Accent” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 5000 manata satmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 “Hyundai Accent” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 5000 manata satmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasiəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 “Hyundai Accent” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh3 13150 manat satmışdır. İşin faktiki halları “Hyundai Accent” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınıb, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 avtomobili alqı-satqı müqaviləsi əsasında 6000 manata Cavabdeh2 adına keçirmiş, sonuncu isə xx.xx.2022-ci il tarixdə avtomobili alqı-satqı müqaviləsi əsasında 13150 manata Cavabdeh3 satmışdır. İddiaçı sözügedən avtomobillə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlak olan “Hyundaı Accent” minik avtomobilinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınmasını tələb edir. Cavabdeh Məcnunov Möhsun iddia tələbinə o əsasla etiraz edir ki, iddiaçı ona anasının müalicəsi üçün borc almasını istəmiş, o, qaynanasının müalicəsi üçün müxtəlif şəxslərdən borc almış, həmin borcların qaytarılması üçün tanışı olan digər cavadbeh Cavabdeh2 10.000 manat məbləğində pul almışdır. Ona olan borcundan biraz qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmamış və bunun müqabilində o, nəqliyyat vasitəsini ona satmalı olmuşdur. Cavabdeh2 iddia tələbinə o əsasla etiraz edir ki, cavabdeh Məcnunov Möhsun ondan 10.000 manat məbləğində borc pul almışdır. Borcundan 4000 manat qaytarsa da, 6000 manat borclu qalmış və bunun müqabilində Cavabdeh1 nəqliyyat vasitəsini ona satmışdır. Digər Cavabdeh3 isə iddia tələbinə o əsasla etiraz edir ki, o, maşın barədə elanı “Turbo.az” saytında görmüş və avqust ayında maşını 13150 manat pul verərək almışdır. Onun əvvəllər Cavabdeh2 ilə tanışlığı olmamışdır. O, maşını şəxsən Cavabdeh2 almışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, cavabdeh Məcnunov Möhsun iddiaçının anasının müalicəsi üçün tanışı olan digər cavadbeh Cavabdeh2 10.000 manat məbləğində pul aldığını, sonuncuya olan borcundan 4000 manat qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmadığından nəqliyyat vasitəsini ona satmalı olduğunu bildirsə də, iş materialları ilə cavabdeh Məcnunov Möhsunün digər cavadbeh Cavabdeh2 10.000 manat məbləğində pul alması öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə müəyyən edir ki, Cavabdeh3 2022-ci ilin avqust ayında maşını 13150 manata Cavabdeh2 almışdır. Cavabdeh1 avtomobili 2021-ci ilin sentyabr ayında Cavabdeh2 6000 manata satmasının səbəbi olaraq avtomobilin nasaz vəziyyətdə olmasını, Cavabdeh2 isə avtomobili alandan sonra ona əlavə vəsait sərf etdiyi və bu səbəbdən 13150 manata satdığını bildirsə də, hər iki cavabdeh qeyd edilən hallara dair hər hansı bir sübutu məhkəmə təqdim etməmişlər. Eləcə də, məhkəmə qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 tanışı olduğu işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh2 özü də Cavabdeh1 qardaşı ilə yaxın dost olduğunu və bu səbəbdən ona avtomobilin idarə edilməsi üçün etibarnamə verdiyini bildirmişdir. Belə olan halda məhkəmə vurğulayır ki, avtomobili əldə edərkən Cavabdeh2 həmin avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 nikahda olduğundan və mübahisəli avtomobilə mülkiyyətçinin arvadının iddiasının olmasından məlumatlı idi. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız əqddir, belə ki, alqı-satqı müqaviləsi formal olaraq yalnız görünüş yaratmaq məqsədini güdmüşdür. Digər tərəfdən avtomobil xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh3 satılmışdır. Məhkəmə sonuncu alıcı Cavabdeh3 vicdanlı əldə edən olub-olmaması ilə bağlı isə aşağıdakıları qeyd edir. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.” Göründüyü kimi, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əmlakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. Cavabdeh3 avtomobili əldə edərkən həmin avtomobilə başqa şəxslərin iddiasının olmasından məlumatlı olmadığından, göstərilən hallar müəyyən edilərək, vicdanlı əldə edən hesab edilir. Bu səbəbdən, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin də etibarsız hesab olunması barədə tələb təmin oluna bilməz. Lakin məhkəmə qeyd edir ki, avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız olduğu üçün həmin müqavilədə göstərilən avtomobilin dəyəri olaraq 6000 manat məbləğində pulun alıcı tərəfindən satıcıya verilməsi real olmamışdır, ona görə də avtomobilin real dəyəri Cavabdeh3 satılması barədə alqı-satqı müqaviləsində göstərilən 13150 manat qəbul edilməklə, həmin məbləğ iddiaçının payına uyğun olaraq bölünməlidir. Həmin avtomobil 2020-ci il tarixdə qeydiyyata alınmaqla, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur, ona görə də avtomobilin dəyəri olan 13150 manat məbləğində pul vəsaiti üzərində 1/2 hissədə İddiaçı payı müəyyən edilməli və həmin paya uyğun pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəqliyyat vasitəsinin satılması üzrə birgə mülkiyyət hüququna malik iddiaçıya məlumat vermədən və qanunvericiliklə birgə mülkiyyətin satışı üzrə prosedur qaydasına riayyət etmədiyindən, Cavabdeh1 iddiaçının xeyrinə sözügedən məbləğin tutulmasını qanuni hesab edir. Belə ki, iddiaçı birgə mülkiyyətə üstünlük hüququna malik olan şəxs kimi müəyyən edilən əmlak dəyərinə mütənasib olaraq az olmayan təminatda mülkiyyət hüququndan mərhum edilmişdir. Məhkəmənin gəldiyi nəticə İddia qismən təmin edilməlidir. 2008-ci il buraxılışlı, “Hyundai Accent” markalı, **- CG-*** (**-OV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Avtomobilin dəyəri 13150 manat müəyyən edilməklə, həmin məbləğ üzərində 1/2 hissədə İddiaçı payı müəyyən edilməlidir. Payına uyğun məbləğdə pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2008-ci il buraxılışlı, “Hyundai Accent” markalı, **-CG-*** (**-OV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Avtomobilin dəyəri 13150 manat müəyyən edilməklə, həmin məbləğ üzərində 1/2 hissədə İddiaçı payı müəyyən edilsin. Payına uyğun məbləğdə pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar