Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-123/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi» tələbi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlülzadə küçəsində yerləşən xx.xx.2021-ci il tarixli, ********** nömrə ilə Qeydiyyatı aparılmış Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.0875 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək hasara alınmış 75 kv.m torpaq sahəsini cavabdehin öz hesabına tikilmiş qanunsuz hasarın sökülərək boşaldılması və onun istifadəsinı verilməsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlülzadə küçəsində yerləşən 0.0875 ha torpaq sahəsini "xxxx" QSC-dən əldə etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2021 -ci il tarixli, ********** nömrə ilə Qeydiyyat aparılmış Çıxarış verilmişdir. Həmin torpaq sahəsi açıq sahədə yerləşdiyindən torpaq sahəsini hasara almaq istəmiş, lakin torpaq sahəsinin yanında olan qonşusu - cavabdeh tərəfindən torpaq sahəsinin 75 kv. metr sahəsi qanunsuz olaraq zəbt edilərək hasara alınmışdır. Bu səbəbdən torpaq sahəsinə ölçü və plan tərtib etmək mümkün olmamışdır. Cavabdeh zəbt etdiyi sahəni sənədlər əsasında istifadə etdiyini bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir. Bütün bunlar mülkiyyətçi kimi onun hüquqlarını pozduğuna görə məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahat verərərk bildirdi ki, iddiaçı tərəfindən müstəqil ekspertlərə müraciət edilmiş və həmin mütəxəssislərin iştirakı ilə mübahisəli torpaq əraziləri ölçülmüş və iddianın əsaslı olması öz əskini tapmışdır.Ona görədə iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 28 yanvar 2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, ümumi sahəsi 0.0875 ha torpaq sahəsi həmin tarixdə satıcı "xxxx" QSC tərəfindən 29000 manata alıcı İddiaçı satılmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmışdır. Həmin Müqavilənin 8-ci bəndindən görünür ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqularından azad mənzili verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, ümumi sahəsi 0.0875 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə 12 mart 2021-ci ildə İddiaçı adına xüsusi mülkiyyət kimi ********** № ilə hüquqi qeydiyyatdan keçirilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara məhkəmə iclasında toplanmış sübutlarla müəyyən olunan hallar ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, ümumi sahəsi 0.0875 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02 aprel 2021-ci il tarixli **********94 saylı cavab məktubundan görünür ki, qeyd edilən torpaq sahəsinin 750 kv. metr sahəsinin qonşu tərəfdən, bir hissəsinin isə yol kimi istifadə olunduğuna görə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin planölçüsünün tərtib olunması barədə müraciətinin həlli mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “X1” tərəfindən 29 iyul 2022-ci il tarixdə verilmiş rəydən görünür ki, Cavabdeh Nərimaan qızı tərəfindən hasar inşa edilməsi nəticəsində, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,0875 ha torpaq sahəsinin 65,14 hissəsinə (hüdudlarına) müdaxilə olunduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia edilən “torpaq sahəsinə hər hansı bir qeyri-qanuni müdaxilənin olub-olmaması (özbaşına tutulma/zəbt edilmə)” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız müvafiq mütəxəssislərin rəyləri əsasında mümkündür. Belə ki, ekspert və mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bunların rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert və mütəxəssis rəyləri iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı üçün işin obyektiv həll olunması üçün yeni fakt və dəlil ortaya qoyur. Belə ki, hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş mütəxəssis rəylərində müəyyən edilən halları təkzib edən və bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün həmin rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğu üçün təqdim olunmuş rəy hazırkı iş üzrə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə də, məhkəmə iclasında təqdiq edilməklə araşdırılmış sübutlarla, o cümlədən iş idiaçı tərəfindən təqdim olunmuş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahələri həmsərhəddirlər və Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,0875 ha torpaq sahəsinin 65,14 hissəsinə (hüdudlarına) müdaxilə olunmuşdur. Məhkəmə iddaçının iddia tələbini əsaslı hesab edir və qeyd edir ki, torpaq sahəsinin qaytarılması tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü bəndləri). Bununla belə məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tələbində cavabdeh tərəfindən 75 kv.m torpaq sahəsinin zəbt olunduğunu bildirsə də, təqdim olunmuş rəylə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən zəbt olunmuş sahənin ölçüsü 65,14 kv. metr təşkil edir. Odur ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlülzadə küçəsində yerləşən xx.xx.2021-ci il tarixli, ********** nömrə ilə Qeydiyyatı aparılmış Çıxarışa əsasən iddiaçı Əlı̇ yev Əlı̇ Məmməd oğlunun mülkiyyətində olan 0.0875 ha torpaq sahəsinin Cavabdeh Nərı̇ man qızı tərəfindən zəbt edilərək hasara alınmış 65.14 kv.m torpaq sahəsini cavabdehin öz hesabına tikilmiş qanunsuz hasar sökülərək boşaldılsın və iddiaçı Əlı̇ yev Əlı̇ Məmməd oğlunu istifadəsinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-123/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-123/2022
10.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver