Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1237/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 İqnatyeviç, Cavabdeh2 Vasılyevna, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İqnatyeviç və Cavabdeh2 Vasılyevnaya qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İqnatyeviç və Cavabdeh2 Vasılyevnaya qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2900 manat məbləğində pulun, iddiaçının nəvəsinin əlilliyi ilə əlaqədar Cavabdeh1 İqnatyeviçin “Beynəlxalq Bank”-da olan hesab nömrəsinin bağlanması, hesaba köçürülən məbləğlər mənimsənilmişdirsə 2 qat ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödəmiş olduğu dövlət rüsumunun və digər xəsrclərin alınıb ona verilməsi barədə qətnsm çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 İqnatyeviç ilə “Azərneftyağ” İB-də bir yerdə işləmişdir. 2018-ci il iyun ayında təsadüfən çimərlikdə görüşmüş bundan sonra telefon əlaqəsi qurmuşlar. 2019-cu ilin əvvəllərində Rəşid ona zəng edərək bildirmişdir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində 2 mərtəbəli ev almışlar, başqa yerdə kirayədə yaşamamağı, gedib onlarla bir yerdə yaşamağı ona təklif etmişdir. Cavabdeh1 İqnatyeviçin arvadı digər Cavabdeh2 Vasılyevnayanın doğum günü münasibətilə onu evlərinə dəvət etmiş, elə həmin məclisdə demişlər ki, təqaüdçüdürlər, heç bir yerdə işləmirlər, evlərinin 1-ci mərtəbəsi boşdur, gəlib orada yaşasa, həm də onlara baxsa, bunun əvəzində evi onun nəvəsinin adına keçirərlər. O isə sadəcə maddi yardım etməyə razı olduğunu bildirdi. Rəşidin də köməyi ilə 2019-cu ilin iyun ayında kirayədə qaldığı evdəki əşyaları cavabdehlərin evinə daşımışlar. 8 aydan çox cavabdehlərə baxmış, hər ay təxminən cavabdehlərə 350-400 manatdan çox pul xərcləmiş, evə nə lazımdırsa hər şeyini o almış, əlavə olaraq 100 manat borc almışlar, 4 dəfə Lənkərana gedəndə onlara 140 manat vermişdir. 2020-ci ilin aprel ayında cavabdehlərdən evi nəvəsinin adına rəsmiləşdirməyi tələb etdikdə, onlar bundan boyun qaçırmış və bundan sonra onunla münasibətləri pozmağa başlamışlar. İddiaçı yatdığı zaman telefonunun səsini qısmışlar ki, eşitməsin yatıb qalsın nəticədə işə geciksin, xalçanın üzərinə qəsdən şüşə qırıntıları tökmüşlər ki ayağı yaralansın və.s. Samirə bildirmişdir ki, o, evdən çıxsın çünki hər ay kirayə üçün 350 manat verə biləcək yeni bir kirayənişin tapıb. O da cavabdehlərdən bu vaxt qədər onlara çəkdiyi 2000 manat xərci geri tələb etmişdir. Bununla bağlı xx xxxx 2020-ci ildə akt tərtib etmişlər,Cavabdeh1 imza atmamış, lakin Cavabdeh2 aktı imzalamış və pulu iyul ayının əvvəllərində ödəyəcəyini öhdəsinə götürmüşdür. Bir ay keçdikdən sonra Samirəyə zəng vurduqda sonra zəng vur danışaq deye cavab vermiş, lakin sonra başqa bir nömrədən ona zəng gəlmiş ki, Samirədən pul istəmə istiyirsən mənimlə görüşək. Beləlikdə Samirə ona başqası vasitəsilə hədə qorxu gəlmişdir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verib tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İqnatyeviç iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə bir yerdə işləmişlər, Balaxanıda ev aldıqdan sonra eşitişdir ki, İddiaçı 50 manata kirayədə qalır və ev sahibindən narazıdır. Onlarla bir yerdə yaşamağı iddiaçıya təklif etmiş və bir yerdə yaşamağa başlamışlar. Bir-birlərinə köməklik etmişlər, münasibətləri yaxşı olmuşdur. Xalçanın üzərinə şüşə qırıntıları tökməyi yalandır, əksinə o çox vaxt iddiaçının qaldığı otaqları təmizləmişdir. Münaisbətlərinin pisləşməsinə səbəb isə pandemiya dövründə iddiaçının evə dostlarını gətirməsi, içki məclisləri qurması olmuşdur. Ondan evə dostlarını gətirməməsini tələb etsə də, iddiaçı buna məhəl qoymamış hətta bəzən iddiaçının qonaqları evin onlar yaşayan hissəsinə yəni, 2-ci mərtəbəsinə qalxmışlar. Aylıq gəliri olmasa da onlar iddiaçıdan tam asılı olmamışlar, evə nəsə almaq lazım olduqda bir dəfə onlar alanda bir dəfə iddiaçı almışdır. İddiaçıya daim qayğı göstərmiş, xəstələndikdə ona baxmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Vasılyevna digər Cavabdeh1 İqnatyeviç ilə eyni məzmunlu izahat verərək, iddia tələbinə etiraz etdiyini bildirdi və tələbin təmin edilməməsini xahiş etdi. Həmçinin iddiaçının akt tərtib etdiyini, onun da imza etdiyini lakin oxuya bilmədiyi üçün nəyə imzaladığını bilmədiyini qeyd etdi. İddiaçıya kirayəçi kimi baxmamış, ona qardaşı kimi yanaşmış, evdə bir qazan qaynadığını və bir süfrədə yemək yediklərini bildirdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin əsaslılığına dəlalət edən sübutlar olmadığına görə iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iş materiallarına əlavə etdiyi xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktın kserosurətinə görə Temir-Bulaova Samirə Vasılyevna İddiaçı olan 2000 manat borcunu 8-10 aya ödəyəcəyinə, vaxtında verilməsə 2700 manat olacağına dair imza etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı cavabdehlərə məxsus evdə bir müddət əvəzsiz olaraq yaşamış, həmin müddət ərzində hər iki tərəf gündəlik xərcləri qarşılamışlar. İddiaçı cavabdehlərə məxsus evdə qalmasına görə kirayə haqqı ödəməmiş, tərəflərin izahatlarından görünür ki, belə bir anlaşma tərəflər arasında olmamışdır. Hazırda iddiaçının tələbinin əsasını cavabdehlərə məxsus evdə qaldığı dövrdə cari xərclərin tələb edilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir və formal mülahizələrə söykənir. Belə ki, iddiaçı həmin evdə razılıq əsasında kirayə pulu ödəmədən əvəzsiz olaraq qalmış, birgə təsərrüfat əsasında da müəyyən dolanacaq xərcləri çəkmişdir. Həmin xərclərin cavabdehlərdən istənilməsinin maddi hüquqi əsası iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin qalan hissələri ilə bağlı da bildirir ki, tələblər formal mülahizələrə əsaslanmışdır və maddi hüquq normaları baxımından heç bir əsası yoxdur. Sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İqnatyeviç və Cavabdeh2 Vasılyevnaya qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1237/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1237/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver