Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1247/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, *3.*2.2024-cü il tarixdə vəfat etmiş X* ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. Anası X4 0*.04.*944-cü il tarixdə anadan olmuşdur. Anası *3.*2.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı evdə ürək tutmasından qəflətən vəfat etmişdir. Anası vəfat edən zaman evdə tək olmuşdur. Həmin gün evə daxil olan zaman anasının vəfat etdiyini görüb Təcili Tibbi yardım çağırmışdır. Həkimlər anasının vəfat etməsini təsdiqləmişdir. Həmçinin anasının vəfat etməsi barədə digər aidiyyəti qurumları məlumatlandırmışdırlar. Anası X2 *3.*2.2024-cü il tarixdə Zığ qəsəbəsi Dədə Qorqud qəbristanlığında dəfn etmişdirlər. Ölüm faktını qohum və qonşular şahid kimi təsdiq edə bilərlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümyəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*975-ci il tarixdə anadan olmuşdur. X*7, anası X3r.
6. AA seriyalı, 65*2608 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 0*.04.*944-cü il tarixdə anadan olmuşdur.
7. Təcili və X8 Stansiyasının *3.*2.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, *3 dekabr 2024-cü il tarixdə saat 00.42-də X* həkimə qədər ölümü qeydə alınmışdır.
8. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 28.*2.2024-cü il tarixli arayışından görünür ki, X4 *3.*2.2024-cü il tarixdə vəfat etmiş və Zığ qəsəbəsi, Dədə Qorqud qəbristanlığında dəfn edilmişdir.
9. 23 nömrəli Şəhər Poliklinikasının 28.*2.2024-cü il tarixli məktubundan görünür ki, X4 *5 avqust 2024-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq 23 nömrəli Şəhər Poliklinikasına heç bir xəstəliklə müraciət etməmişdir. Xəstə haqqında heç bir məlumat olmadığı üçün Ölüm haqqında şəhadətnamə verilmir. *0. 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 26.*2.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il *45 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.*.,8.2. və 8.3.-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, ’’Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında anasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının imkan xaricində olduğu qeyd edilmişdir. **. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, ərizəçinin tanışıdır. Ərizəçinin anası Şəhla xanım 2024-cü ilin dekabr ayında vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 bildirdi ki, ərizəçinin X*5 vəfat edən zaman təcili tibbi yardımı o çağırmışdır. Onun dəfnində və yas mərasimində iştirak etmişdir.
İşin faktiki halları
*3. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin anası X4 *3.*2.2024-cü il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, ərizəçinin anası X* *3.*2.2024-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum anasının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.
Məhkəmənin gəldiyi nəticə
*9. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 0*.04.*944-cü il təvəllüdlü X* *3.*2.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. 0*.04.*944-cü il təvəllüdlü X* *3.*2.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.