Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1249/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində imzalanmış 06.11.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Ərizəçi 14.10.2008-ci il tarixində Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 1359 nömrəli qeyd ilə rəsmiləşdirilmiş nikahdan 16.03.2013-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Mediasiya prosesi nəticəsində tərəflər arasında imzalanmış 06.11.2021-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər, aralarında olan məsələlərin, o cümlədən nikahın pozulması, əmlak bölgüsü və s. qarşılıqlı həlli barədə razılığa gəlmişlər. Tərəflər arasında mediasiya prosesi nəticəsində imzalanmış barışıq sazişi əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-6488/2021 saylı, 28.12.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması”na dair iddiası təmin edilmiş, tərəflər arasında 14.10.2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 1359 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Belə ki, mediasiya prosesi nəticəsində tərəflər arasında imzalanmış 06.11.2021-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən tərəflər birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, H.B.Zərdabi prospektində yerləşən 92A saylı binanın 309 saylı mənzilinin Maraqlı şəxs mülkiyyətindən Ərizəçi mülkiyyətinə keçməsi barədə razılığa gəlmişlər. Bundan başqa, mediasiya prosesi nəticəsində tərəflər arasında imzalanmış barışıq sazişinin 2.5-ci bəndinə əsasən, tərəflər birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, H.B.Zərdabi prospektində yerləşən 204 A saylı binanın 4 saylı mənzili üzərində tərəflərin ümumi birgə mülkiyyət hüquqlarının yaranması barədə razılığa gəlmişlər. Ərizəçi barışıq sazişinin yuxarıda qeyd olunan şərtlərinin könüllü qaydada yerinə yetirilməsini Maraqlı şəxs dəfələrlə xahiş etsə də o, bu şərtləri yerinə yetirməmişdir. Bu səbəbdən də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək bildirdi ki, tərəflər arasında barışıq sazişi bağlanmasına baxmayaraq, maraqlı şəxs sazişin könüllü icrasından yayınır. Maraqlı şəxs uşağın ananın yanında qalmasına dair də sazişin şərtini pozub uşağı həftələrlə öz yanında saxlayır. Onlar bununla bağlı sahə müvəkkilinə müraciət etsələr də mübahisə ilə bağlı məhkəmə qərarı olmadığından sahə müvəkkili müraciətlərindən imtina etmişdir. Maraqlı şəxs əmlak bölgüsü ilə bağlı da sazişin şərtlərinə əməl etmir. Belə ki, o, tərəflər arasında əmlak bölgüsünün predmeti olan iki mənzil üzərində ərizəçinin hüquqlarının təsdiqi üçün daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılmasından imtina edir. Sazişdə ərizəçinin maraqlı şəxsə 7000 manat məbləğində pul ödəməli olduğu qeyd edilmişdir. Hansı ki, sazişə görə hər iki tərəfin birgə mülkiyyət hüququ tanınmış mənzil satılmalı, satışdan əldə edilən vəsait hesabına ərizəçi həmin pulu maraqlı şəxsə ödəməli idi. Mənzil satılarsa, ərizəçi bu pulu ödəməyə hazırdır. Lakin maraqlı şəxs barışıq sazişinin könüllü icrasından boyun qaçırır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış 06.11.2021-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “2.1. Aralarındakı nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulması ilə bağlı məhkəməyə müraciət edəcəklər; 2.2. Birgə nikahdan doğulmuş X3 tərəfin yanında qalır; 2.3. Tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhər, H.B.Zərdabi prospektində yerləşən 92a saylı binanın 309 saylı mənzili Maraqlı şəxs mülkiyyətindən Ərizəçi mülkiyyətinə keçir. 2.4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş “Toyota Prado” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Ceyranbatan qəsəbəsi, Yeni massivdə yerləşən 3 sot torpaq sahəsi və onun üzərində tikilmiş iki mərtəbəli ev Maraqlı şəxs mülkiyyətində saxlanılır. 2.5. Tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, H.B.Zərdabi prospektində yerləşən 204A saylı binanın 4 saylı mənzili üzərində hər iki tərəfin birgə mülkiyyət hüququ yaranır və həmin mənzil bazar qiyməti ilə satışa çıxarılır. 2.6. Tərəflər razılaşırlar ki, bu sazişin 2.3 və 2.4-cü maddəsində nəzərdə tutumuş bölgü nəticəsində Birinci tərəfin İkinci tərəfə 7000 (yeddi min) manat məbləğində borcu yaranır və bu borc bu Sazişin 2.5-ci bəndində nəzərdə tutulmuş mənzilin satışından əldə ediləcək vəsait hesabına Birinci tərəfdən İkinci tərəfə ödəniləcək. 2.7. İkinci tərəf onun təsis etdiyi və Birinci tərəfin hazırda rəhbər olduğu “X4” MMCnin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərdən Birinci tərəfin xeyrinə imtina edir. 2.8. Birinci tərəf bu sazişin 2.7-ci maddəsindəki əldə etdiyi gəlir müqabilində İkinci tərəfdən onların birgə nikahlarından doğulmuş Nəbili Reyhanın saxlanılması üçün aliment tələb etmir”. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli, e-2(010)- 6488/2021 saylı qətnaməsindən görünür ki, bu qətnamə ilə iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 14.10.2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 1359 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs 14.10.2008-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 16.03.2013-cü il təvəllüdlü X10 doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində 06.11.2021-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə nikahın pozulması, uşağın tərəflərdən hansının yanında qalması, aliment, birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həmçinin, müəyyən edilmişdir ki, birgə nikahdan doğulmuş uşaq anasının yanında qalacaq və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulmayacaq. Eyni zamanda, birgə nikah dövründə əldə edilmiş avtomobil, torpaq sahəsi, iki mənzil, təsis edilmiş MMC-nin fəaliyyətindən əldə edilmiş gəlirin tərəflər arasında onların qarşılıqlı razılığı əsasında bölünməsi təmin edilmişdir. Bundan sonra, bağlanmış sazişə uyğun olaraq, Ərizəçi Maraqlı şəxs ilə olan nikahının pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında 06.11.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, barışıq sazişinin ilk şərti “tərəflər arasında olan nikahın əlavə vaxt verilmədən pozulması üçün məhkəməyə müraciət etmək” olmuş, buna uyğun olaraq, tərəflərdən biri nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Bu səbəbdən məhkəmə sazişin bu şərtinə münasibət bildirmir. Sazişin qalan şərtləri isə tərəflərin birgə nikahından doğulmuş uşağın ərizəçinin yanında qalması, uşağın saxlanılması üçün maraqlı şəxsdən heç bir aliment tutulmaması, bunun qarşılığında maraqlı şəxs tərəfindən təsis edilmiş və ərizəçi tərəfindən idarə dilən MMC-nin gəlirindən maraqlı şəxsin imtina etməsi, birgə nikah dövründə əldə edilmiş avtomobil, torpaq sahəsi və üzərindəki ikimərtəbəli fərdi yaşayış evinin maraqlı şəxsin mülkiyyətində qalması, birgə nikah dövründə əldə edilmiş mənzillərdən birinin maraqlı şəxsdən alınaraq ərizəçinin mülkiyyətinə verilməsi, mənzillərdən biri üzərində tərəflərin birgə mülkiyyət hüququnun tanınması və bu mənzilin satışa çıxarılaraq ərizəçinin əldə etdiyi gəlirdən maraqlı şəxsə 7000 manat məbləğində pul ödənilməsi ilə bağlıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 06.11.2021-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görümək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 06.11.2021-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Tərəflərin birgə nikahından doğulmuş 16.03.2013-cü il təvəllüdlü X2 Aidə Sübhan qızının yanında qalır; Tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhər, H.B.Zərdabi prospektində yerləşən 92a saylı binanın 309 saylı mənzili Maraqlı şəxs mülkiyyətindən Ərizəçi mülkiyyətinə keçir; Tərəflərin birgə nikah dövründə əldə edilmiş “Toyota Prado” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Ceyranbatan qəsəbəsi, Yeni massivdə yerləşən 3 sot torpaq sahəsi və onun üzərində tikilmiş iki mərtəbəli ev Maraqlı şəxs mülkiyyətində saxlanılır; Tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, H.B.Zərdabi prospektində yerləşən 204A saylı binanın 4 saylı mənzili üzərində hər iki tərəfin birgə mülkiyyət hüququ yaranır və həmin mənzil bazar qiyməti ilə satışa çıxarılır; Bakı şəhəri, H.B.Zərdabi prospektində yerləşən 204A saylı binanın 4 saylı mənzili üzərində hər iki tərəfin birgə mülkiyyət hüququnun tanınması nəticəsində Ərizəçi Maraqlı şəxs 7000 (yeddi min) manat məbləğində borcu yaranır və bu borc həmin mənzilin satışından əldə ediləcək vəsait hesabına Ərizəçi tərəfindən Maraqlı şəxs ödənilir; Maraqlı şəxs təsis etdiyi və Ərizəçi rəhbəri olduğu “X4” MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərdən Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir; Ərizəçi “X4” MMC-nin fəaliyyəti nəticəsində əldə etdiyi gəlir müqabilində Maraqlı şəxs birgə nikahlarından doğulmuş 16.03.2013-cü il təvəllüdlü X1 üçün aliment tələb etmir”. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq, Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1249/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1249/2022
14.02.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver