Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1276/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, *2 aprel *959-cu il təvəllüdlü X2 30 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, *2 aprel *959-cu il təvəllüdlü X5 ərizəçinin qardaşıdır. Qardaşı Azərbaycan Respublikasının vətəndaşı olmuş, onunla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, döngə *0, ev 8 ünvanda yaşamışdır. Qardaşı evdə olan zaman 30.**.2023-cü il tarixdə qəfil halı pisləşmiş, təcili yardım çağırsalar da təcili yardım həkimləri gələnədək qardaşı yaşadıqları mənzildə vəfat etmişdir. Qardaşı Bülbülə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Bütün qohumları qardaşının yas mərasimində iştirak etmiş və həmin şəxslər də qardaşının ölməsi faktını təsdiq edə bilərlər. Lakin qardaşı öləndən sonra yas mərasimi ilə əlaqədar onun ölümü barədə şəhadətnamə almaq üçün vaxtında lazımi sənədləri toplayıb müvafiq orqanlara təqdim etməmişlər. Sonradan o, 24 saylı Şəhər Poliklinikasına müraciət edərək, *2 aprel *959-cu il təvəllüdlü X* 30 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair tibbi arayış (tibbi şəhadətnamə) verilməsini xahiş etmiş, lakin poliklinika ona tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Hətta o, Suraxanı rayon Qeydiyyat şöbəsinə gedərək, qardaşının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istədikdə Qeydiyyat Şöbəsindən qardaşı X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydinin tərtib etmək qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qardaşının 30.**.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ona qardaşının ölümü haqqında şəhadətnamə almaq üçün lazımdır. O, qardaşı X3 ölüm faktının müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq, *3.03.2024-cü il tarixdə keçiriləcək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şeyx-zadə Şəfiqə Arif qızı ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, qonşudurlar. Özü *989-cü ildən ev alıb və həmin vaxtdan Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, ev 89-da yaşayır. Ataxangil isə ondan əvvəldən orada yaşayırlar. O, Ataxanın böyük qardaşı Ələkpəri də tanıyırdı. Ələkpər xəstə idi, hər gün onun evinə gedib-gəlirdi. Səhv etmirsə qış aylarında Ələkpər vəfat etmişdir. Hər gün Ataxangilə zəng edib Ələkpərin vəziyyətiini soruşurdu, dedilər ki, Ələkpər vəfat edib. Sonra qonşularla birlikdə Ələkpərin yığışıb yas mərasiminə getmişlər. Ələkpər yaşadığı evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, qonşudurlar. Ataxanın böyük qardaşı Ələkpəri də tanıyırdı. Ələkpər xəstə idi, təxminən 3-4 ay olar ki, Ələkpər vəfat etmişdir. Ələkpər yaşadığı evdə vəfat etmişdir. Ələkpərin həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 28.02.20*6-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 *2 aprel *959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 27.*2.2023-cü il tarixli 3-*5-5/7- *543\2023-75 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, 30.**.2023-cü il tarixdə vəfat etmiş qardaşı X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Məhkəməyə müraciət etməci məsləhət görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı *2 aprel *959-cu il təvəllüdlü X6 30 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi qardaşı X2 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi qardaşı X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə miras əmlakla bağlı lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *2 aprel *959-cu il təvəllüdlü X2 30 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X2 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *2 aprel *959-cu il təvəllüdlü X2 30 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1276/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1276/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver