Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1281/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı X2 vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 28 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n e t d i : Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı anası X2 vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 müəyyən edilməsi və X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, anası X4 10.02.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, vəfat etdikdən sonra səhlənkarlıq edərək onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Bu barədə Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi əsasında ölüm haqqında şəhadətnamə verilir. Həmin sənədi o, başqa formada ala bilmədiyinə görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 ölüm faktını bütün qohum, qonşu şahid kimi təsdiq edə bilərlər. Mirzəyeva Suğra Bakı şəhəri Bülbülə qəsəbəsi Bülbülə qəsəbə qəbristanlığında dəfn edilmişdir. Hal -hazırda onun qəbiri qeyd etdiyi qəbirstanlıqda yerləşir. Bu kimi iddia qaldırılmasına əsas atasından qalan ünvan 1 ünvanına dair mirasın qəbulu və vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciətin edilməsi və müvafiq sənədlərlə yanaşı Mirzəyeva Suğranın ölüm haqqında şəhadətnaməsinin də təqdim edilməsi zərurəti yaranmışdır. Həmin şəhadətnaməni başqa formada əldə edə bilməmişdir. Odur ki, Ərizəçi anası X2 müəyyən edilməsi və X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, iddia tələbinin azaldılmasına dair ərizə verərək, X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, 02.03.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X3 verdiyi izahatında, X2 qonşusu olduğunu, xəstəliyi ilə bağlı olaraq, 10 fevral 2006-cı il tarixli saat 19:00 və yaxud 20:00 radələrində rəhmətə getdiyini bildirmişdir. 02.03.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X1 verdiyi izahatında, X2 qonşusu olduğunu, uzun müddətdir ki onu tanıdını, xəstəliyi ilə bağlı olaraq, 10 fevral 2006-cı il tarixli saat 19:30 radələrində rəhmətə getdiyini bildirmişdir. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli 1281 nömrəli məktubu ilə Maraqlı şəxsndə Ərizəçi 10.02.2006-cı il tarixdə vəfat etmiş anası X2 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X4 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 25.12.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145. saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’- nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkün olduğu izah edilmişdir. Mülki iş materiallarında olan Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 08.12.2020-ci il tarixli 98 nömrəli arayışa əsasən, 07.12.2020-ci il tarixli, 955 saylı sorğuya cavab olaraq bildirir ki, 10.02.2006-cı ildə vəfat etmiş X2 qəbiri və qəbir üstü abidəsi həqiqətəndə Bülbülə qəsəbə qəbiristanlığında yerləşir. Mülki iş materiallarında olan Suraxanı rayon prokurorluğu tərəfindən Suraxanı rayon məhkəməsinin 04.03.2021-ci il tarixli 2(010)-1281/2021 saylı sorğuya cavab olaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Baş prokurorunun 25 iyun 2002-ci il tarixli, 08/61 №-li əmri ilə təsdiq edilmiş (08.01,2004-cü il tarixli, 08/2 №-li, 20.10.2006-cı il tarixli 09/75 №-li, 21.02.2011-ci il tarixli, 10/16 №-li və 13.03.2017-ci il tarixli 10/14 №-İi əmrləri ilə edilmiş dəyişikliklərlə) «Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında sənədlərin saxlanılmasına dair siyahı»ya əsasən Suraxanı rayon prokurorluğunun fəaliyyəti nəticəsində toplanmış sənədlər 30.08.2018-ci il tarixdə məhv edilmişdir. Odur ki, vətəndaş X2 10.02.2006-ci il tarixdə ölməsi faktı üzrə rayon prokurorluğunda hər hansı bir ilkin yoxlama materialı və ya cinayət işinin olub-olmaması barədə məlumat verilməsi mümkün deyildir. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallararını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Ərizəçi anası 15.08.1930-cu il təvəllüdlü X4 10.02.2006-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində vəfat etmiş və Bülbülə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Ölüm faktının müəyyən edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün və həmçinin ünvan 1 ünvanına dair mirasın qəbulu və vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciətin edilməsi və müvafiq sənədlərlə yanaşı Mirzəyeva Suğranın ölüm haqqında şəhadətnaməsinin də təqdim edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi 15.08.1930-cu il təvəllüdlü anası X2 10.02.2006-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 15.08.1930-cu il təvəllüdlü anası X2 10.02.2006-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1281/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1281/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver