Məhkəmə qərarları › İş №2(010)-1292/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1292/2021

31.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1292/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı əmlak tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı əmlak tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 54 ünvanında yerləşən evdən İddiaçı məxsus taxt (tumbaları ilə) - 320 manat, şifoner – 580 manat, termo-120 manat, servant-600 manat, kamod-180 manat, televizor altı -65 manat, jurnal stolu - 45 manat, sto l- 80 manat, 6 ədəd stul-150 manat, 1 ədəd künc divan -380 manat, 1 ədəd ütü stolu-25 manat, 1 ədəd divar saatı -18 manat, 4 ədəd pərdə -140 manat, 1 ədəd güldan -16 manat, 1 ədəd 2 nəfərlik yün döşək - 55 manat, 3 ədəd döşəkcə - 36 manat, 1 ədəd 2 nəfərlik yun yorğan - 45 manat, 2 ədəd 1 nəfərlik yun yorğan - 50 manat, 1 ədəd satafan yorğan -16 manat, 4 ədəd quş tükü yastıq - 88 manat, 2 ədəd satafan yastıq - 4 manat, 1 ədəd yun mütəkkə-16 manat, 2 ədəd taxt üstü yun adyal-90 manat, 4 ədəd süfrə-112 manat, 1 ədəd jurnal stolu üçün süfrə - 2 manat, 4 ədəd əl-üz məhraba - 32 manat, 4 ədəd məhraba hamam - 60 manat, 4 ədəd məhraba çay-20 manat, 1 ədəd pərdə - 45 manat, 2 ədəd pərdə -130 manat, 3 ədəd pərdə ağı - 18 manat, 3 ədəd palaz - 105 manat, 1 ədəd paltaryuyan 6 kq - 450 manat, 1 ədəd elektrik termosu - 45 manat, 1 ədəd blender - 22 manat, 1 ədəd çil-çıraq - 120 manat, 1 ədəd ütü - 35 manat, 2 ədəd qənd qabı rəngli şüşə - 36 manat, 1 ədəd xrustal qənd qabı - 22 manat, 1 ədəd qənd qabı xrustal - 22 manat, 1 ədəd xrustal meyvə qabı - 35 manat, 1 ədəd şirniyyat qabı - 14 manat, 1 dəst mürəbbə qabı sadə - 15 manat, 2 ədəd meyvə qabı xrustal - 30 manat, 6 ədəd xrustal bokal-96 manat, 6 ədəd 1/6 xrustal ayaqlı bokal -150 manat, 1 dəst bokal 1/6 - 12 manat, 1 dəst bokal 1/6 şüşə - 9 manat, 1 dəst kompot üçün dəst ¼-28 manat, 1 dəst çay dəsti 1/6 fincan–nəlbəki-22 manat, 1 dəst qrafin 6 ədəd bokal ilə - 28 manat, 1 ədəd qrafin şüşə-8 manat, 1 dəst çay stəkanı nəlbəkisi ilə xrustal 1/6-18 manat, 1 dəst çini boşqab 1/24-48 manat, 1 dəst 1x6 xrustal armudu stəkan nəlbəki-12 manat, 1 ədəd 1x6 qaşıq dəsti-16 manat, 1 dəst 1x6 paslanmayan bıçaq dəsti-12 manat, 2 dəst 1x6 bıçaq-12 manat, 2 ədəd bıçaq mətbəx üçün-16 manat, 2 ədəd çörək qabı plasmas - 30 manat, 2 ədəd salfet qabı plasmas - 24 manat, 2 ədəd pendir qabı şüşə - 16 manat, 2 ədəd dəm çayniki şüşə - 30 manat, 6 ədəd kasa - 90 manat, 1 ədəd tava - 16 manat, 1 ədəd qazan-18 manat, 1 ədəd taxta qaşıq - 8 manat, 1 ədəd mətbəx dəsti-8 manat, 1 ədəd çaydan - 25 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X6 ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-2640/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulmamışdan əvvəl onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 54 ünvanında yerləşən evdə yaşamışlar. Həmin evdə ona məxsus cehiz əşyaları qalmışdır. Cavabdeh onun əşyalarını könüllü vermək istəmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini yazılı şəkildə etiraf edərək İddiaçı tələb etdiyi əşyaların onda olduğunu və gəlib aparmasına heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2640/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X6 arasında xx.xx.2018-ci il tarixdə4 saylı Bakı “ASAN Xidmət” mərkəsi qeydiyyat şöbəsində bağlanmış 1617 aylı nikah pozulmuşdur. İşə əlavə edilmiş xx xxx 2019-cu il tarixli № 22 saylı AR “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən cehiz əşyalarının qiyməti iddiaçının iddia ərizəsində göstərdiyi kimi, cəmi 5354 manat təşkil edir. İddia tələbinə qiymət verərkən məhkəmə hesab edir ki, tələb edilən cehiz əşyaları ilə bağlı tərəflər arasında mübahisə yoxdur, ona görə də, iddia tələbi təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, cavabdeh X6 iddia ərizəsində göstərilən yuxarıda adları qeyd olunan cehiz əşyalarının onun yaşadığı evdə qalmasını etiraf etmiş və onun etirafı məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-nin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Qeyd olunan maddi və prosessual hüquq normalarına və işin araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 54 ünvanında yerləşən evdən İddiaçı məxsus taxt (tumbaları ilə) - 320 manat, şifoner – 580 manat, termo-120 manat, servant-600 manat, kamod-180 manat, televizor altı -65 manat, jurnal stolu - 45 manat, stol- 80 manat, 6 ədəd stul-150 manat, 1 ədəd künc divan -380 manat, 1 ədəd ütü stolu-25 manat, 1 ədəd divar saatı -18 manat, 4 ədəd pərdə -140 manat, 1 ədəd güldan - 16 manat, 1 ədəd 2 nəfərlik yün döşək - 55 manat, 3 ədəd döşəkcə - 36 manat, 1 ədəd 2 nəfərlik yun yorğan - 45 manat, 2 ədəd 1 nəfərlik yun yorğan - 50 manat, 1 ədəd satafan yorğan -16 manat, 4 ədəd quş tükü yastıq - 88 manat, 2 ədəd satafan yastıq - 4 manat, 1 ədəd yun mütəkkə-16 manat, 2 ədəd taxt üstü yun adyal-90 manat, 4 ədəd süfrə-112 manat, 1 ədəd jurnal stolu üçün süfrə - 2 manat, 4 ədəd əl-üz məhraba - 32 manat, 4 ədəd məhraba hamam - 60 manat, 4 ədəd məhraba çay-20 manat, 1 ədəd pərdə - 45 manat, 2 ədəd pərdə -130 manat, 3 ədəd pərdə ağı - 18 manat, 3 ədəd palaz - 105 manat, 1 ədəd paltaryuyan 6 kq - 450 manat, 1 ədəd elektrik termosu - 45 manat, 1 ədəd blender - 22 manat, 1 ədəd çil-çıraq - 120 manat, 1 ədəd ütü - 35 manat, 2 ədəd qənd qabı rəngli şüşə - 36 manat, 1 ədəd xrustal qənd qabı - 22 manat, 1 ədəd qənd qabı xrustal - 22 manat, 1 ədəd xrustal meyvə qabı - 35 manat, 1 ədəd şirniyyat qabı - 14 manat, 1 dəst mürəbbə qabı sadə - 15 manat, 2 ədəd meyvə qabı xrustal - 30 manat, 6 ədəd xrustal bokal-96 manat, 6 ədəd 1/6 xrustal ayaqlı bokal -150 manat, 1 dəst bokal 1/6 - 12 manat, 1 dəst bokal 1/6 şüşə - 9 manat, 1 dəst kompot üçün dəst 1/4-28 manat, 1 dəst çay dəsti 1/6 fincan–nəlbəki-22 manat, 1 dəst qrafin 6 ədəd bokal ilə - 28 manat, 1 ədəd qrafin şüşə-8 manat, 1 dəst çay stəkanı nəlbəkisi ilə xrustal 1/6-18 manat, 1 dəst çini boşqab 1/24-48 manat, 1 dəst 1x6 xrustal armudu stəkan nəlbəki-12 manat, 1 ədəd 1x6 qaşıq dəsti-16 manat, 1 dəst 1x6 paslanmayan bıçaq dəsti-12 manat, 2 dəst 1x6 bıçaq-12 manat, 2 ədəd bıçaq mətbəx üçün-16 manat, 2 ədəd çörək qabı plasmas - 30 manat, 2 ədəd salfet qabı plasmas - 24 manat, 2 ədəd pendir qabı şüşə - 16 manat, 2 ədəd dəm çayniki şüşə - 30 manat, 6 ədəd kasa - 90 manat, 1 ədəd tava - 16 manat, 1 ədəd qazan-18 manat, 1 ədəd taxta qaşıq - 8 manat, 1 ədəd mətbəx dəsti-8 manat, 1 ədəd çaydan - 25 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 54 ünvanında yerləşən evdən İddiaçı məxsus taxt (tumbaları ilə) - 320 manat, şifoner - 580 manat, termo - 120 manat, servant – 600 manat, kamod - 180 manat, televizor altı - 65 manat, jurnal stolu - 45 manat, stol – 80 manat, 6 ədəd stul - 150 manat, 1 ədəd künc divan - 380 manat, 1 ədəd ütü stolu - 25 manat, 1 ədəd divar saatı - 18 manat, 4 ədəd pərdə - 140 manat, 1 ədəd güldan - 16 manat, 1 ədəd 2 nəfərlik yün döşək - 55 manat, 3 ədəd döşəkcə - 36 manat, 1 ədəd 2 nəfərlik yun yorğan - 45 manat, 2 ədəd 1 nəfərlik yun yorğan - 50 manat, 1 ədəd satafan yorğan - 16 manat, 4 ədəd quş tükü yastıq - 88 manat, 2 ədəd satafan yastıq - 24 manat, 1 ədəd yun mütəkkə - 16 manat, 2 ədəd taxt üstü yun adyal – 90 manat, 4 ədəd süfrə - 112 manat, 1 ədəd jurnal stolu üçün süfrə - 12 manat, 4 ədəd əl-üz məhraba - 32 manat, 4 ədəd məhraba hamam – 60 manat, 4 ədəd məhraba çay - 20 manat, 1 ədəd pərdə - 45 manat, 2 ədəd pərdə - 130 manat, 3 ədəd pərdə ağı - 18 manat, 3 ədəd palaz - 105 manat, 1 ədəd paltaryuyan 6 kq - 450 manat, 1 ədəd elektrik termosu - 45 manat, 1 ədəd blender - 22 manat, 1 ədəd çil-çıraq - 120 manat, 1 ədəd ütü - 35 manat, 2 ədəd qənd qabı rəngli şüşə - 36 manat, 1 ədəd xrustal qənd qabı – 22 manat, 1 ədəd qənd qabı xrustal - 22 manat, 1 ədəd xrustal meyvə qabı - 35 manat, 1 ədəd şirniyyat qabı - 14 manat, 1 dəst mürəbbə qabı sadə - 15 manat, 2 ədəd meyvə qabı xrustal - 30 manat, 6 ədəd xrustal bokal - 96 manat, 6 ədəd 1/6 xrustal ayaqlı bokal - 150 manat, 1 dəst bokal 1/6 - 12 manat, 1 dəst bokal 1/6 şüşə - 9 manat, 1 dəst kompot üçün dəst 1/4 - 28 manat, 1 dəst çay dəsti 1/6 fincan - nəlbəki - 22 manat, 1 dəst qrafin 6 ədəd bokal ilə - 28 manat, 1 ədəd qrafin şüşə - 8 manat, 1 dəst çay stəkanı nəlbəkisi ilə xrustal 1/6 - 18 manat, 1 dəst çini boşqab 1/24 - 48 manat, 1 dəst 1x6 xrustal armudu stəkan nəlbəki - 12 manat, 1 ədəd 1x6 qaşıq dəsti - 16 manat, 1 dəst 1x6 paslanmayan bıçaq dəsti - 12 manat, 2 dəst 1x6 bıçaq - 12 manat, 2 ədəd bıçaq mətbəx üçün - 16 manat, 2 ədəd çörək qabı plasmas - 30 manat, 2 ədəd salfet qabı plasmas - 24 manat, 2 ədəd pendir qabı şüşə - 16 manat, 2 ədəd dəm çayniki şüşə - 30 manat, 6 ədəd kasa - 90 manat, 1 ədəd tava - 16 manat, 1 ədəd qazan - 18 manat, 1 ədəd taxta qaşıq - 8 manat, 1 ədəd mətbəx dəsti - 18 manat, 1 ədəd çaydan - 25 manat alınaraq İddiaçı verilsin. Cavabdehlər X2 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar