Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1365/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 06.**.202*-ci ildə Bakı şəhərində anadan olmuş X8 *2.*2.202*-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X2 29.08.*994-cü il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. Oğlum 20.06.20*5-ci il tarixdə 04.0*.*995-ci ildə anadan olmuş X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından 06.**.202*-ci il tarixdə X*6 anadan olmuşdur. Uşaq anadan olarkən onun vəziyyəti qənaətbəxş olmadığı üçün o, X9 İnstitutuna köçürülmüş və orada “bağırsaq keçməməzliyi” diaqnozu qoyularaq əməliyyat olunmuşdur. 22.**.202*-ci il tarixdə nəvəm kafi vəziyyətdə evə buraxılmışdır. **.*2.202*-ci il tarixdə nəvəm göyərməyə, təngnəfəs olmağa başladı. Vəziyyəti pisləşdiyi üçün onu “Hemolab” klinikasına apardıq. Orada uşağı müayinələrdən keçirib, ona “kəskin leykoz oqanal vəziyyətdə diaqnozu” qoyuldu. Həkimlər bildirdilər ki, uşağı stasionar müalicəyə qoyaq, lakin uşağın sağ qalacağına ümid yoxdur. Biz uşağı evimizə gətirdik və həmin gecə uşaq öldü. Ölmüş nəvəmin meyitini Ağstafa rayonuna apararaq, *2.*2.202*-ci il tarixdə həmin rayonun Xətai kənd qəbirsitanlığında dəfn etdik. Ölüm haqqında şəhadətnamə almaq üçün 3*.0*.2022-ci il tarixdə yaşadığımız yerin poliklinikasına və Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etsəm də oradan imtina cavabı aldım. Bu səbəbdən də məhkəməyə müraciət edirəm”. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X*6 onun nəvəsi - oğlu X7 qızı idi. Uşaq 06.**.202*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdu. Anadan olandan “bağırsaq qapanması” xəstəliyi olmuşdur. Onlar uşağı xəstəxanaya aparanda orada müəyyən edilmişdir ki, uşaq anadangəlmə qan xərçəngi xəstəsidir. Uşağı bir müddət müalicə üçün xəstəxanaya aparsalar da onlara deyilmişdir ki, bu xəstəliyin müalicəsi yoxdur və uşaq yaşamayacaq. Uşaq doğulandan bir aydan bir qədər sonra – *2.*2.202*-ci il tarixdə vəfat etmişdir. Lakin həmin vaxt təcili yardım çağırmalı olduqlarını bilmədiklərindən çağırmamışlar. Bundan sonra uşağı Ağstafa rayonu, Xətai kəndinə apararaq orada dəfn etmişlər. Hazırda uşağa ölüm haqqında şəhadətnamə ala bilmirlər. Bunun üçün uşağın ölüm faktının məhkəmə tərəfindən təsdiqlənməsi zəruridir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X*6 (atası X*3, anası X3) 06.**.202*-il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23.**.202*-ci il tarixdə 5409 nömrəli qeyd edilmişdir. Həkim hematoloq X** tərəfindən **.0*.2022-ci ildə verilmiş çıxarış epikrizindən görünür ki, X*7 06 noyabr 202*-ci il təvəllüdlü “Hemolab” klinikasında **.*2.202*-ci il tarixində oldu. Aparılan müayinələrə əsasən “kəskin leykoz oqanal vəziyyətdə diaqnozu” qoyuldu. Ambulator kitabçadan çıxarışdan görünür ki, 06.**.202*-ci il tarixdə doğulmuş Heydərova – Alı qızı doğum evindən “bağırsaq keçməməzliyi” diaqnozu ilə ETPİ-na köçürülüb, müayinə olunub. Kliniki, anemnestik və radiolji müayinənin nəticələrinə əsasən diaqnoz təsdiqlənib (Uşaqda daxil olarkən nəsic ifrazının olmaması, ödlü qusma şikayətləri olmuşdur). Ağstafa rayonu Hakimiyyəti başçısının Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.0*.2022-ci il tarixli, *3*/7 nömrəli arayışdan görünür ki, X*6 (06.**.202*-ci il təvəllüdlü) *2 dekabr 202*-ci ildə vəfat edib və həmin tarixdə Xətai kənd qəbiristanlığında dəfn olunub. *5 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 0* fevral 2022-ci il tarixli 57 saylı məktubda qeyd edilir: “ünvan 1 ünvanında yaşamış 06.**.202*-ci il təvəllüdlü, ** dekabr 202*-ci il tarixdə vəfat etmiş mərhum X8 adına ölüm haqqında tibbi şəhadətnamə verilməməsinin səbəbi xəstəliyi barədə epikrizinin olmaması və mərhum üçün X4 Yardıma müraciət edilməməsidir”. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0*.02.2022-ci il tarixli, 8*-05/75 nömrəli məktubdan görünür ki, X8 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir. Bir ədəd fotoşəkildən görünür ki, yaşıl rəngli örtüklə örtülmüş bir qəbirin üzərində olan lövhədə “Elay Alı qızı. 06.**.202*-*2.*2.202*” yazılmışdır. Şahid ifadələri. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*4 bildirmişdir ki, Ərizəçi yoldaşıdır. X*6 isə 06.**.202*-ci ildə doğulmuş nəvəsi olmuşdur. Uşaq *2.*2.202*-ci il tarixdə ölmüşdür. Onda anadan gəlmə “bağırsaq keçməməzliyi” xəstəliyi olmuşdur. Onlar bununla bağlı həkimə müraciət etmiş, uşaq əməliyyat olunmuşdur. Sonra məlum olmuşdur ki, uşağın qanında xərçəng xəstəliyi var. Həmin vaxt o, rayonda olmuş, Bakıdan ona zəng gəlmişdir ki, uşağın vəziyyəti ölümcüldür. Yəni, onlar uşağın öləcəyini bilmişlər. O da bildirmişdir ki, uşağı gətirsinlər rayona, orada dəfn etsinlər. Uşaq *2.*2.202*-ci il tarixdə Ağstafa rayonu, Xətai kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X* bildirmişdir ki, Ərizəçi onun anasıdır. X*6 isə onun qardaşının qızı olmuşdur. Uşaq 06.**.202*-ci il tarixdə doğulmuş, *2.*2.202*ci il tarixdə isə ölmüşdür. Uşaqda anadan gəlmə bağırsaq xəstəliyi olmuş, bağırsağından əməliyyat olunmuşdur. Lakin xəstəxanadan evə gələndən sonra uşağın bədənində göyərtilər yaranmış, həkimə aparanda məlum olmuşdur ki, uşaq qan xərçəngindən əziyyət çəkir. Uşaq Astara rayonu, Xətai kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 bildirmişdir ki, Ərizəçi ilə həm qohum, həm də qonşudur. X*6 ərizəçinin nəvəsi olmuş, *2.*2.202*-ci ildə isə rəhmətə getmişdir. Uşaq həmin vaxt 36 günlük olmuşdur. Lakin o, ana bətnində olandan xəstə olmuş, “bağırsaq keçməməzliyi” olmuşdur. Sonra da qanında problemlər yaranmışdır. Uşağı Astara rayonu, Xətai kəndində dəfn etmişlər. İşin faktiki halları. Ərizəçi nəvəsi X*6 06.**.202*-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona doğulduğu gündən “bağırsaq keçməməzliyi” diaqnozu qoyulmuşdur. **.*2.202*-ci il tarixli müayinədən sonra uşağa “kəskin leykoz oqanal vəziyyətdə” diaqnozu qoyulmuşdur. Bundan bir gün sonra - *2.*2.202*-ci il tarixdə uşaq Bakı şəhərində ölmüş, Ağstafa rayonu, Xətai kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi: Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən nəvəsi X8 *2.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi nəvəsinin ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi uşağın ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər uşağın dəfn edildiyi qəbiristanlığın yerləşdiyi inzibati ərazi dairəsindən arayış, qəbirin fotoşəkli kimi sübutlarla da təsdiq edilmişdir. Göründüyü kimi, 06.**.202*-ci il təvəllüdlü X8 *2.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsi iş materialları və şahid ifadələri ilə sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06.**.202*-ci il tarixdə doğulmuş X8 *2.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 06.**.202*-ci il tarixdə doğulmuş X8 *2.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva