Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1366/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair məhkəməyə müraciət edərək, ona məxsus olan və valideynlərim tərəfindən cehiz olaraq mənə hədiyyə edilmiş . 2 ədəd . 2 ədəd döşək, 2 ədəd yaşdıq, 2 ədəd yaşdıq dəsti ( divan üçün), 1 ədəd yataq dəsti (divan üçün), 1 ədəd yataq dəsti pkrıval, 3 dəst yataq örtüyü ( prostina), 4 ədəd xalça ( zal. mətbəx, koridor və yataq otağı üçün), 3 ədəd süfrənin, İtaliya istehsalı olan 750 əyarlı qızıl sırğa 10 qram 600 manat dəyərində.. İtaliya istehsalı olan 750 əyarlı qızıl boyunbağı 30 qram 1800 manat dəyərində, İtalya istehsalı olan 750 əyarlı qızıl sırğa qolbağ - 12 qram 720 manat dəyərində qızıl zinət əşyalarının, qızıl zinət əşyaları satılmış və ya digər formada özgəninkiləşdirilmiş olduğu təqdirdə qızıl-zinət əşyalarının dəyəri olan 3120 ( üç min yüz iyirmi ) manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı yazılı ərizə təqdim edərək, cavabdehin qızıl-zinət əşyalarının özünə geri qaytardığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasına və işin baxılmamış saxlanılmasına dair ərizəsini verdiyinə görə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1366/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1366/2021
27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver