Məhkəmə qərarları › İş №2(010)-1370/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1370/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1370/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X3 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Oğlu vəfat edən zaman təcili tibbi yardım çağırmışlar və onlar oğlunun vəfat etməsini təsdiqləmişlər. Oğlu X3i Suraxanı rayonu, Əmircan qəsəbə qəbiristanlığında dəfn etmişlər. Onun qəbrinin foto şəkillərini iş materiallarına əlavə etmişdir. Ölüm faktını qohum-qonşular şahid kimi təsdiq edə bilər. Oğlu üçün ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, oğlu vərəm xəstəsi olmuşdur. O, 2019-cu ilə qədər işləmişdir. Lakin, sonra soyuq olmuş, xəstəliyə tutulmuşdur. Vəfat etdiyi xx.xx.2021-ci il tarixdə isə özünü pis hiss etmiş, güclü öskürəyi olmuşdur. Bir müddət sonra yatacağını demişdir. Saat 12 olmasına baxmayaraq oyanmadığına görə ona yaxınlaşmış, oyatmaq istəmişdir. Lakin o, heç bir reaksiya verməmişdir. Sonradan qonşuları, təcili yardımı çağırmışdır. Oğlunun öldüyü müəyyən edildikdən sonra Əmircan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 42-05/75 nömrəli məktubdan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. BŞT və TTYS 11 saylı Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixli çağırış əsasında saat 14:23-də Mədən küçəsi, ev 196, mənzil 7 ünvanına çatmışlar və mənzildə X3 adlı şəxsin meyiti aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, Z.Əliyev küçəsi, ev 196, mənzil 7-də qeydiyyatda olmuş mərhum X3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Əmircan qəsəbəsində yerləşən rustatar qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş 116 saylı arayışdan görünür ki, X3 Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, ev 196, mənzil 7 ünvanında xx.xx.2021-ci il tarixədək yaşamışdır. Məhkəmə iclasında şahid kimi izahat vermiş X4 qeyd etmişdir ki, Ərizəçi onun qonşusudur. X6 isə onun oğludur. Onlar 1985-ci ildən qonşu olmuşdur. Ərizəçinin oğlu Aleksandr onun gözünün qarşısında ölmüşdür. Hadisə yanvar ayının 15-i, saat 12-13:00 radələrində baş vermişdir. Həmin gün o, evdə olmuş, Nataliya Vladimirovna onu çağırmış və bildirmişdir ki,oğlu yatıb lakin oyanmır.O, gəlib qapını döymüş, oğlana səslənmişdir. Onun səsi çıxmamış, yalnız xırıldamışdır. Bundan sonra, təcili yardımı çağırmışlar. Onlar isə komada olduğunu deyib iynə vurduqdan sonra vəziyyəti pisləşərsə yenə çağırmalarını bildirmiş, bundan sonra getmişlər. Bir az keçdikdən sonra nəfəsi xırıldamağa davam etmiş, o isə öz əlləri ilə gözlərini bağlamışdır. Bundan sonra təcili tibbi yardımı yenidən çağırmışlar. Təcili yardım gəldikdən sonra onun öldüyünü demişdir. Məhkəmə iclasında şahid kimi izahat vermiş X7 qeyd etmişdir ki, Ərizəçi onun qonşusu, ölən şəxs isə onun oğludur. Oğlu 7-8 ildir ki, tuberklouz xəstəsi olmuş, xəstəxanaya getməmişdir. O, eyni zamanda spirtli içki aludəçisi olmuş, işə getməmişdir. O, yaxşı usta olmuşdur. Yanvarın 15-i rəhmətə getdiyini bilmişdir. Dəfndə iştirak etmiş, başsağlığı vermişdir. Onu rus-tatar qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid kimi izahat vermiş X9 qeyd etmişdir ki, Ərizəçi onun qonşusu, ölən şəxs isə ərizəçinin oğludur. O, mərhumla 10 yaşından bəri dost olmuşdur. O, vərəm xəstəsi olmuşdur.xx.xx.2021-ci ildə anası zəng edib oğlunun öldüyünü demişdir. O, axşam işdən gəldikdən sonra meyiti, yuyub tabuta qoymuşlar. Dəfndə isə iştirak etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ərizəçi Xrisanova X1 Aleksandr Georgiyeviç vərəm xəstəsi olmuş, xx.xx.2021 il tarixdə Bakı şəhərində ölmüşdür. O, Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında dəfn edilmişdir. Bütün bu qeyd edilənlər məhkəmə iclasında izahat verən şahid ifadələri, qəbiristanlığın yerləşdiyi torpaq sahəsinin aid olduğu bələdiyyə tərəfindən verilmiş arayış, təcili tibbi yardım tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi və digər sübutlarla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən oğlu X2 xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarı) Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X2 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən də ərizəçi oğlunun ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar