Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1373/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, ərizəçi X3, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçi X3 “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X8 “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X4 xx xxxxxxx 2020-ci il tarixdə “ölüm faktının" müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəyə dəqiqləşmə edərək, X4 xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1 mənzil 14 ünvanında ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında ərizəçi X8 ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdi və bildirdi ki, mərhum oğlu X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum oğlu, R.M.Nəcizadənin doğulması faktı AZ İV 509290 nömrəli doğum haqqında şəhadətnamə ilə təstiqini tapır. Övladı R.M.Nəcizadə doğularkən sağlam uşaq olsa da, doğulduqdan təxminən həftə sonra səhhətində bilmədikləri səbəblərdən ciddi problemlər yaranmış və tərəfindən dərhal K.Y.Fərəcova adına X1 aparıldı. Həkimlərin səylərinə baxmayaraq oğlunun səhhəti daha da pisləşdiyindən xx.xx.2020-ci il tarixdə həmin xəstəxanadan həkim ona bildirdi ki, övladı artıq ölümcül haldadır, səhhətində heç bir irəliləyiş yoxdur, onu xəstəxanadan evə aparmaq lazımdır. O, oğlunu xx.xx.2020-ci il tarixdə yaşadığı evə gətirmişdir. Övladı R.M.Nəcizadə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində yaşadıqları evdə vəfat etmişdir. O, dərhal TTYS-nə müraciət etmiş, həkim biriqadası evə gəlmiş, həkim oğlunu müayinə etdikdən sonra vəfat etdiyini bildirmişdir. Həmin gün günorta saatlarında övladını Suraxanı rayon, Qaraçuxur qəsəbəsində yerləşən qəbirstanlığda dəfn etmişlər. Övladı, R.M.Nəcizadə doğulduqdan təxminən 5 gün sonra səhhəti kəskin pisləşdiyindən, əsas vaxtları xəstəxanada keçdiyindən onu yeni doğulmuş uşaq kimi yaşayış yeri üzrə müvafiq poliklinikada qeydiyyata aldıra bilməmişlər. Övladının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, ölüm faktının müəyyən edilərək müvafiq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Belə ki, müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhər Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli imtina məktubunda qeyd olunur ki, təqdim etdikləri sənədlər arasında ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Övladının ölüm faktını şahidlər təsdiq edə bilər. Həmçinin, Bakı şəhəri, TTYSnin 22 saylı Bölməsinin müvafiq həkim arayışına əsasən övladı R.M.Nəcizadənin xx.xx.2020-ci il tarixdə vəfat etməsi öz təsdiqini tapır. Müvafiq elektron hökümət portalında mərhum övladı R.M.Nəcizadənin sağ olması, hazırda onun faktiki olaraq 1 övladının olmasına baxmayaraq, mərhum R.M.Nəcizadənin sağ olması, himayəsində 2 övladının olması göstərilir. Bu da ona əlavə hüquqi problemlər yaradır. Çünki, onun 2 yox, 1 övladı var. Lakin, mərhum R.M.Nəcizadənin ölüm haqqında şəhadətnaməsinin verilməməsi, himayəsində 2 övladının olmasını göstərir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdi və bildirdi ki, X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. R.M.Nəcizadə doğularkən sağlam uşaq olsa da, doğulduqdan təxminən həftə sonra səhhətində bilmədikləri səbəblərdən ciddi problemlər yaranmışdır. R.M.Nəcizadə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə vəfat etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, Müşviq Nəciyev onun qonşusudur. Müşviq Nəciyevin oğlu həqiqətən də vəfat etmiş və vəfat etdikdən sonra Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən qəbirstanlığda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, Müşviq Nəciyev onun qonşusudur. Müşviq Nəciyevin oğlu həqiqətən də vəfat etmiş və vəfat etdikdən sonra Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən qəbirstanlığda dəfn edilmişdir. O, həmçinin, bir qonşu kimi dəfn mərasimində də iştirak etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 509290 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə doğulmuşdur. Bakı şəhəri Təcili və X7 Stansiyasının 22 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 03:07-də Günəşli qəsəbəsi, Q massivi, ev 13, mənzil 14 ünvanına X11 adına çağırış olub. Çağırış yerinə gələn 22 saylı bölmənin həkimi kişi cinsli meyit aşkar etmişdir. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 168 №-li arayışdan görünür ki, X11 xx.xx.2020-ci il tarixdə Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs X5 ünvanladığı xx.xx.2020-ci il tarixli, 1256-05/75 №-li cavab məktubundan görünür ki, X10 barədə "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinətinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası" - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X6 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X6 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1373/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1373/2021
04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver