Məhkəmə qərarları › İş №2(010)-1374/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1374/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1374/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, babası Əliyev X2 08 aprel *938-ci ildə vəfat etməsinə dair ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçinin babası Əliyev Səlim (Məşədi) Qasım (Hacı) oğlu *5 mart *938-ci ildə Azərbaycan SSR XDİK-nin yanındakı Üçlüyün qərarı ilə güllələnməklə ölüm cəzasına məhkum olunmuşdur. Üçlüyün qərarı 08 aprel *938-ci ildə yerinə yetirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 3* oktyabr *958-ci il tarixli hökmü ilə Azərbaycan SSR XDİK-nin Üçlüyünün *5.03.*938-ci il tarixli Əliyev X2 haqqındakı qərar ləğv edilib, işin icraatına xitam verilib. 7-0/645/58 nömrəli iş Əliyev X5 ölümündən sonra bəraət qazanmışdır. Bu səbəbdən mərhum Əliyev X2 məzarı yoxdur. Müvafiq arxiv idarələrinə verdiyimiz sorğular heç bir nəticə verməmiş və babama məxsus ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Buna görə onun məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, babasının ölüm kağızı lazımdır, onun ölüm faktının müəyyən olunmasını istəyir. Repressiya dövründə ölmüşdü, ölüm kağızı verməmişdilər. Ərizənin təmin edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçinin babası onun əmisinin yoldaşının atası olub. Qeyd edir ki, ərizəçinin babasını xalq düşmanı kimi aparmışdılar. Bunu böyüklərdən eşitmişdir. Aparıb güllələyiblər. Həmişə əmisigil bu barədə danışırdı. Ölüm ilini və Reabilitasiya olub-olmadığını bilmir. Qəbri olmadı, bastırılması barədə məlumatı yoxdur. Anadan olduğu ili bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, ərizəçinin babası onun da babası olub, anasının atası olub. Anası X*r. Babasını *937-ci ildə aparıblar, *938-ci ildə güllələnib, sonra bəraət veriblər. Nə vaxt bəraət verildiyini bilmir, 90-cı illərdə olduğunu güman edir. İş materialları. Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.06.20*9-cu il tarixli AZ-İİ № 02*033 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X*0 20.09.*973-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.06.20*9cu il tarixdə 98 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.0*.2024-cü il tarixli AZ-İİ № 40264* nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X7 22.0*.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.0*.2024cü il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən X3 ünvanlanmış 30.0*.*992-ci il tarixli cavab məktubundan görünür ki, onun atası Əliyev X5 *878-ci ildə anadan olmuş, *6 fevral *938-ci ildə kolxoz və dövlət əleyhinə əksinqilab, böhtançı təbliğat aparmaq ittihamı təqdim etməklə həbs olunmuşdur. *5 mart *938-ci il tarixli Azərbaycan SSR XDİAK-ın yanındaki Üçlüyün qərarı ilə güllələnmək cəzasına məhkum olunmuşdur. Üçlüyün qərarı 08 aprel *938-ci ildə yerinə yetirilmişdir. Azərbaycan CCP Ali məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 3* oktyabr *958-ci il tarixli hökmü ilə Azərbaycan SSR XDİK-nin Üçlüyünün *5.03.*938-ci il tarixli Əliyev X2 haqqındakı qərar ləğv edilib, işin icraatına xitam verilib. 7-0/645/58 nömrəli iş Əliyev X5 ölümündən sonra bəraət qazanmışdır. Bəraət haqqında arayışın alınması üçün ona Ali Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən X3 ünvanlanmış 0-4*7/280 saylı 06.08.*99*ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan SSR NKVD Üçlüyünün *5 mart tarixli qərarı ilə Əliyev X5 antisovet təşviqatına və millətçi nifrətin yayılmasına görə o, ölüm cəzasına - edama məhkum edildi. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyanın 3* oktyabr *958-ci il tarixli qərardadı ilə Əliyev X5 barəsində qərar təqsiri sübuta yetirilmədiyinə görə ləğv edilmiş və onun barəsində icraata xitam verilmişdir. Əliyev X5 ölümündən sonra reabilitasiya olunmuşdur. Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış *7 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən *938-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu və Şüvəlan qəsəbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında Əliyev Səlim (Məşədi) Qasım (Hacı) oğlunun vəfatı haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən X3 ünvanlanmış *9.02.20*9-cu il tarixli cavab məktubundan görünür ki, ona Əliyev X2 Dövlət Təhlükəsizlik Xidmətində saxlanılan işindəki qərarların surətləri göndərilmiş, həmin qərarlarda Əliyev X2 ölüm cəzasına - edama məhkum edildiyi və ölümündən sonra reabilitasiya olunduğu məlum olmuşdur. İş materiallarında olan Xalq Komissarlığının (HKVD) Bakı şəhər İdarəsinin– birinci xüsusi şöbənin rəisi Savçenko tərəfindən tərtib olunmuş *5 mart *938-ci il tarixli protokoldan çıxarışdan görünür ki, *878-ci il təvəllüdlü Əliyev X5 güllələnməlidir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X6 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X4 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi babası Əliyev X2 08 aprel *938-ci il tarixdə ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, babasının vəfatı haqqında məlumat almaq üçün Milli Arxiv İdarəsinə müraciət etmiş, Milli Arxiv İdarəsi tərəfindən "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən *938-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu və Şüvəlan qəsəbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında Əliyev Səlim (Məşədi) Qasım (Hacı) oğlunun vəfatı haqqında heç bir məlumatın aşkarlanmadığı bildirilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum Əliyev X2 nəvəsidir. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Əliyev X2 ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməsi və məzarı yoxdur. Buna səbəb *938-ci il tarixdə mövcud olan şərait olmuşdur. Belə ki, iş materiallarında olan Milli Təhlükəsizlik Nazirliyi və Ali Məhkəmə tərəfindən ərizəçinin atası – mərhumun oğlu X3 ünvanlanmış cavab məktublarından görünür ki, Əliyev X5 *878-ci ildə anadan olmuş, *6 fevral *938-ci ildə kolxoz və dövlət əleyhinə əksinqilab, böhtançı təbliğat aparmaq ittihamı təqdim etməklə həbs olunmuşdur. *5 mart *938-ci il tarixli Azərbaycan SSR XDİAK-ın yanındaki Üçlüyün qərarı ilə Bakı şəhərində güllələnmək cəzasına məhkum olunmuşdur. Üçlüyün qərarı 08 aprel *938-ci ildə yerinə yetirilmişdir. Azərbaycan SSR Ali məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 3* oktyabr *958-ci il tarixli hökmü ilə Azərbaycan SSR XDİK-nin Üçlüyünün *5.03.*938-ci il tarixli Əliyev X2 haqqındakı qərar ləğv edilib, işin icraatına xitam verilib, Əliyev X5 ölümündən sonra bəraət qazanmışdır. Həmçinin, iş üzrə çağırılmış şahidlər Əliyev X2 güllələnməklə ölüm cəzasına məhkum olunduğunu və ölümündən sonra reabilitasiya olunduğunu təsdiqləmişdirlər. Ərizəçinin babası Əliyev X2 08 aprel *938-ci il tarixdə ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *878-ci il tarixdə anadan olmuş Əliyev X2 08 aprel *938-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. *878-ci il tarixdə anadan olmuş Əliyev X2 08 aprel *938-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar