Məhkəmə qərarları › İş №2(010)-139/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-139/2024

19.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-139/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlak və qızıl-zinət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 1, mənzil 46-da qalmış cehiz əmlakı və qızıl-zinət əşyalarının naturada qaytarılması, bu mümkün olmadıqda onların 16660 (on altı min altı yüz altmış) manat məbləğində pul ilə dəyərinin, 50 manat mediasiya xərcinin və 89,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2017-ci il tarixdə X2 adlı övladı anadan olmuşdur. Ailə həyatı qurarkən mehriban ailə münasibəti şəraitində yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da övladının anadan olmasından bir müddət sonra soyumağa başlamışdır. Dəfələrlə ailənin qorunub saxlanılması üçün cəhdlər etsə də nəticəsi olmamışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(010)-148/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılmış, xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cehiz əşyaları və qızılları birgə nikah dövründə əldə etdiyi ünvan 1, mənzil 46da qalmışdır. Aşağıda adları qeyd edilən əmlaklar hal-hazıradək cavabdehin qanunsuz istifadəsindədir. Dəfələrlə cehiz əmlakın və qızılların özünə qaytarılmasını tələb etsə də cavabdeh onları verməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Cehiz əmlaklar aşağıdakılardır:

1. mebel dəsti (taxt, şifoner, kamot, stol stul, mətbəx mebeli, televizor) - 4500 manat

2. taxt döşəyi 1 ədəd 100 manat

3. tək nəfərlik döşək 2 ədəd 100 manat

4. odeyal böyük 2 ədəd 200 manat

5. taxt yorğanı 1 ədəd 50 manat

6. tək nəfərlik yorğan 2 ədəd 50 manat

7. yastıq 4 ədəd 200 manat

8. mütəkkə 4 ədəd 40 manat

9. xalça böyük (3X5) 1 ədəd 300 manat

10. elektrik sobası 1 ədəd 150 manat

11. tozsoran 1 ədəd 150 manat

12. ütü 1 ədəd 100 manat

13. mikser 1 ədəd 100 manat

14. elektrik samovar 1 ədəd (Texnolux) 250 manat

15. mikrovalnovka 1 ədəd 200 manat

16. soyuducu (Midea) 1 ədəd 1000 manat

17. kondisioner (Evrolux) 1500 manat

18. paltaryuyan (Samsunq) 600 manat

19. uşaq yatağı 1 ədəd 200 manat

20. pərdə 150 manat

21. qab dəsti 300 manat

22. meyvə qabı 4 ədəd 80 manat

23. xrustal konfet qabı 2 ədəd 50 manat

24. xrustal güldan 2 ədəd 100 manat

25. konfet qabı böyük 4 ədəd 50 manat

26. 3 dəst sok stəkanı 100 manat

27. şirniyyat qabı 2 ədəd 20 manat

28. qızılı rəng konfet qabı 2 ədəd 50 manat

29. tort qabı dəsti 30 manat

30. rumka dəsti 20 manat

31. çay stəkanı 24 ədəd 150 manat

32. nəlbəki 24 ədəd 150 manat

33. çörək qabı 4 ədəd 30 manat

34. çərəz qabı 6 ədəd 30 manat

35. dekor qabları 4 ədəd 40 manat

36. tort qabı 1 ədəd 20 manat

37. 24 boşqab dəsti 100 manat

38. 24 qaşıq dəsti 50 manat

39. 3 qazan dəsti 350 manat

40. böyük qazan 1 ədəd 60 manat

41. çaydan 2 ədəd 50 manat

42. çaynik 2 ədəd 30 manat

43. işlək qablar 100 manat

44. 3 təzə pastel dəsti 150 manat

45. 3 işlənmiş pastel dəsti 150 manat

46. bir nəfərlik pastel dəsti 3 ədəd 90 manat

47. işlənmiş bir nəfərlik pastel dəsti 3 ədəd 90 manat

48. stol süfrəsi 4 ədəd 80 manat

49. əl və hamam dəsmalları 200 manat

50. uşaq geyimləri 200 manat

51. şəxsi geyim əşyaları 200 manat

Qızıl-zinət əşyaları: Komplekt (qızıl sep, qızıl üzük, qızıl qolbaq və qızıl sırğa – gəlin gələn vaxtı İddiaçı qaynanası tərəfindən hədiyyə edilmişdir) - 3000 manat, Qızıl sep (ad günündə, 10 yanvar 2019-cu il tarixdə cavabdeh tərəfindən İddiaçı hədiyyə edilmişdir) - 500 manat.

Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, tələb etdiyi əşyalardan qazan və xalçadan başqa digərlərinin cehiz gətirildiyini, bəzilərinin isə ümumiyyətlə mövcudluğunu məhkəmədə sübuta yetirə bilmədiyindən cavabdehin məhkəmədə mövcudluğunu etiraf etdiyi əşyaların birgə nikah dövründə alınmış əşya kimi bölünməsini və dəyərinin yarısının ona verilməsini istəyir. Məhkəmə iclasında cavabdeh qismində dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddia tələbi ilə razı deyil. Belə ki, iddia ərizəsində qeyd edilən əşyaların bir çoxu cehiz əşya kimi iddiaçı tərəfindən gətirilməyib və iddiaçının xəyalının məhsuludur, iddiaçı məhkəməyə yalan məlumat verməklə əmlak sahibi olmaq istəyir. İddiaçı ilə ailə həyatı qurduqdan sonra iddiaçı cehiz əşya gətirməmişdir. Bu onunla bağlı olmuşdur ki, iddiaçı tərəf onlara bildirmişdir ki, cehiz qızıl istəmir, buna imkanı yoxdur, o da cehiz əşyalar gətirməsin. Nəticə etibarilə onların bir-birinə verdiyi yeganə əşya nişan üzükləri və iddiaçının sonradan gətirdiyi 1 qazan dəstidir. İddia ərizəsində sadalanan əşyalara gəldikdə isə bildirir ki, qeyd edilən əşyaların bir çoxu birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. Həmin əşyalar aşağıdakılardır: Mebel dəsti (taxt, şifoner, kamod, stol, stul) özü tərəfindən birgə nikah dövründə alınıb və qiyməti 4500 manat deyil, 2450 manatdır. Taxt döşəyi, tək nəfərlik döşək, 2 ədəd odeyal, 1 ədəd taxt yorğanı 2 ədəd tək nəfərlik yorğan, 4 ədəd yasdıq birgə nikah dövründə mebel dəsti alındıqdan sonra özünün vəsaiti hesabına alınıb (siyahıda 2,3,4,5,6,7-ci əşyalar). 4 ədəd mütəkkə adlı cehiz əşya ümumiyyətlə gətirilməyib və alınmayıb. 1 ədəd xalça toydan sonra işlənmiş vəziyyətdə (təzə olmayan) anası tərəfindən pay olaraq verilib. 1 ədəd elektrik sobası adlı cehiz əşya ümumiyyətlə gətirilməyib və alınmayıb. 1 ədəd tozsoran birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 1 ədəd ütü birgə nikah dövründə özünun vəsaiti hesabına alınıb. 1 ədəd mikser ümumiyyətlə gətirilməyib və alınmayıb. Texnolux adlı 1 ədəd elektrik samovarı ümumiyyətlə gətirilməyib və alınmayıb. 1 ədəd mikrovolnovka birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 1 ədəd Midea markalı soyuducu birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 1 ədəd Evrolux markalı kondisioner birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. İddiaçı iddiasında bu əşyanın cehiz kimi gətirdiyini qeyd edir. Lakin nikahın pozulması tələbinə dair iddia ərizəsinin 5-ci səhifəsində televizor, kondisioner, sok çəkən maşının, mətbəx mebelinin birgə nikah dövründə əldə etdiyini qeyd etmişdir. Bununla da iddiaçının qeyd edilən əşyaların guya cehiz kimi gətirməyi ilə bağlı yalanı üzə çıxır. 1 ədəd Samsung markalı paltaryuyan birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 1 ədəd uşaq yatağı - övladı doğulduqdan sonra alınıb. Uşaq doğulmamışdan və ailə qurmamışdan öncə uşaq yatağının cehiz əşya kimi gətirilməyi gülməlidir. Pərdə birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. Siyahıda 21, 22, 23-cü əmlak olan qab dəşti, meyvə qabı, xrustal konfet qabı ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 24-cü əşya olan xrustal güldan birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 25-ci əşya olan konfet qabı - 2 ədəd birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 26-cı əşya olan 1 dəst sok stəkanı (3 dəst deyil) birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 27-ci əmlak olan şirniyyat qabı ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 28-ci əmlak olan qızıl rəngli konfet qabı ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 29-cu əmlak olan tort qabı ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 30-cu əmlak olan əşyalar ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 31-ci əmlak olan çay stəkanı (24 ədəd deyil, 1 dəst yəni 6 ədəd) birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 32-ci əmlak olan nəlbəki (24 ədəd deyil, 1 dəst yəni 6 ədəd) birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 33-cü əmlak olan çörəkqabı (4 ədəd deyil, 1 ədəd) birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 34-cü əmlak olan çərəzqabı ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 35-ci əmlak olan dekor qabları ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 36-cı əmlak olan tort qabı ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və mövcud deyil. 37-ci əmlak olan boşqab dəsti 24 ədəd deyil, 12 ədəddir və birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. 38-ci əmlak olan qaşıq dəsti 24 ədəd deyil, 12 ədəddir və birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. Siyahıda 39-cu əşya olan 3 qazan dəsti 1 qazan dəstidir və iddiaçı tərəfindən cehiz gətirilib. Siyahıda 40-cı əşya olan 1 ədəd böyük qazan birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. Siyahıda 41-ci əşya olan çaydan 2 ədəd deyil, 1 ədəddir və birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. Siyahıda 42-ci əşya olan çaynik 2 ədəd deyil, 1 ədəddir və birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. Siyahıda 43-cü əşyadan 47-ci əşyayadək olan əşyalar ümumiyyətlə cehiz əşya kimi gətirilməyib və ümumiyyətlə olmayıb. Siyahıda 48-ci əşya olan stol süfrəsi 4 ədəd deyil, 2 ədəddir, işlənmişdir və birgə nikah dövründə özünün vəsaiti hesabına alınıb. Siyahıda 49-cu əşya olan əl və hamam dəsmalları cehiz əşya kimi gətirilməyib və sonradan özünün vəsaiti hesabına alınıb. İşlənmiş vəziyyətdədir. Siyahıda 50-51-ci əşyalar olan uşaq geyimləri və iddiaçının şəxsi geyimləri isə yaşadığı mənzildədir. Komplekt qızıl-zinət əşyaları ilə bağlı bildirir ki, iddiaçı ümumiyyətlə onlardan qızıl-zinət əşyaları istəməmiş və iddia ərizəsində qeyd edilən qızıllar ümumiyyətlə mövcud deyil. Qeyd edilən qızıl-zinət əşyaları nə cehiz olaraq iddiaçıya verilib, nə birgə nikah dövründə alınıb. Yəni iddiaçı özündən xəyali olaraq qızıl-zinət əşyaları qeyd etmişdir. Necə ki, televizor, kondisioner, sok çəkən maşının, mətbəx mebelinin cehiz əşya olaraq qeyd etdiyi kimi. Ad günündə hədiyyə olaraq verilən qızıl sepə gəldikdə isə qadınların istifadəsi üçün nəzərdə tutulan həmin qızıl əşya onda deyil. Həmin qızıl əşya ümumiyyətlə, onda da olmayıb. Əksinə özünün nişan üzüyü halhazırda iddiaçıdadır və həmin üzüyü qanuna uyğun olaraq iddiaçıdan tələb edir. İddianın 1 qazan dəsti, 1 ədəd işlənmiş xalça, uşaq geyimləri və şəxsi geyim əşyaları hissəsində təmin edilməsini və qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir. O, iş üzrə verilmiş rəylə razı deyil, çünki rəydə qiymətlər şişirdilmiş formada yazılmışdır.

İş materialları Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixlə e-2(010)-148/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Şakır qızı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində aliment tutularaq İddiaçı Şakır qızına ödənilməsi, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, Cavabdeh, birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022-ci il tarixində 11.000 manata satılmış "Mercedes Benz E 240" markalı, 99-DS- 159 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı - 5500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Şakır qızına ödənilməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 55 manat, vəkil tərəfindən hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 300 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/11-2023-588 saylı «ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, İddiaçı cehiz əmlakı tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixli 12:00-da keçirilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. 380/E saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus olan, qiymətləndirilməsini siyahı ilə istədiyi cehiz əşyalarının ümumi bazar dəyəri 7365 (yeddi min üç yüz altımış beş) manat müəyyən edilmişdir.

İşin faktiki halları İddiaçı Cavabdeh 2016-cı ildə nikaha daxil olmuş, birgə nikahlarından Humay adlı qızları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğundan onların arasındakı nikaha 2023-cü ildə xitam verilmiş, Humayın anasının yanında qalması qət edilmişdir. Hazırda iddiaçı cehiz əşyalarının və qızıl-zinət əşyalarının ona qaytarılmasını istəyir, cavabdeh isə iddiaçının tələb etdiyi əşyalardan 39-cu yerdə qeyd edilən 3 qazan dəstindən 1-nin iddiaçı tərəfindən cehiz gətirildiyini, 9-cu yerdə qeyd edilən xalçanın iddiaçıya anası tərəfindən hədiyyə edildiyini etiraf edir, siyahıda 1-2, 4-7, 11-12, 15-20, 40, 48-49-cu yerdə qeyd edilən əşyaların birgə nikah dövründə cavabdehin şəxsi vəsaiti hesabına alındığını, 8, 10, 13, 14, 21, 22, 23, 27-30, 34-36, 43-47-ci yerdə qeyd edilən əşyaların mövcud olmadığını, 3-cü yerdə olan tək nəfərlik döşəkdən 1 ədədinin, 24-cü yerdə olan xrustal güldandan 1 ədədinin, 25-ci yerdə qeyd edilən konfet qabıdan 2 ədədin, 26-cı yerdə qeyd edilən 3 dəst sok stəkanından 1 dəstin, 31-ci yerdə qeyd edilən çay stəkanından 6 ədədinin, 32-ci yerdə qeyd edilən nəlbəkidən 6 ədədinin, 33-cü yerdə qeyd edilən çörək qabından 1 ədədinin, 37-ci yerdə qeyd edilən boşqab dəstindən 12 ədədinin, 38-ci yerdə qeyd edilən qaşıq dəstindən 12 ədədinin, 48-ci yerdə qeyd edilən stol süfrəsindən 2 ədədinin mövcud olduğunu və birgə nikah dövründə cavabdehin şəxsi vəsaiti hesabına alındığını, 50-51-ci yerdə qeyd edilən uşaq geyimlərinin və iddiaçının şəxsi geyimlərinin cavabdehdə olmadığını bildirir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 32.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1 Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1 Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 36.3 Mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4 Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Məhkəmənin mövqeyi İddiaçı Cavabdeh 2016-cı ildə nikaha daxil olmuş, birgə nikahlarından Humay adlı qızları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğundan onların arasındakı nikaha 2023-cü ildə xitam verilmiş, Humayın anasının yanında qalması qət edilmişdir. Hazırda iddiaçı cehiz əşyalarının və qızıl-zinət əşyalarının ona qaytarılmasını istəyir, cavabdeh isə iddiaçının tələb etdiyi əşyalardan 39-cu yerdə qeyd edilən 3 qazan dəstindən 1-nin iddiaçı tərəfindən cehiz gətirildiyini, 9-cu yerdə qeyd edilən xalçanın iddiaçıya anası tərəfindən hədiyyə edildiyini etiraf edir, siyahıda 1-2, 4-7, 11-12, 15-20, 40, 48-49-cu yerdə qeyd edilən əşyaların birgə nikah dövründə cavabdehin şəxsi vəsaiti hesabına alındığını, 8, 10, 13, 14, 21, 22, 23, 27-30, 34-36, 43-47-ci yerdə qeyd edilənlərin mövcud olmadığını, 3-cü yerdə olan tək nəfərlik döşəkdən 1 ədədinin, 24-cü yerdə olan xrustal güldandan 1 ədədin, 25-ci yerdə qeyd edilən konfet qabıdan 2 ədədin, 26-cı yerdə qeyd edilən 3 dəst sok stəkanından 1 dəstin, 31-ci yerdə qeyd edilən çay stəkanından 6 ədədinin, 32-ci yerdə qeyd edilən nəlbəkidən 6 ədədinin, 33-cü yerdə qeyd edilən çörək qabından 1 ədədinin, 37-ci yerdə qeyd edilən boşqab dəstindən 12 ədədinin, 38-ci yerdə qeyd edilən qaşıq dəstindən 12 ədədinin, 48-ci yerdə qeyd edilən stol süfrəsindən 2 ədədinin mövcud olduğunu və birgə nikah dövründə cavabdehin şəxsi vəsaiti hesabına alındığını, 50-51-ci yerdə qeyd edilən uşaq geyimlərinin və iddiaçının şəxsi geyimlərinin cavabdehdə olmadığını bildirir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi cehiz və qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünə məxsus olduğunun sübut edilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi siyahıda 8, 10, 13, 14, 21, 22, 23, 27-30, 34-36, 43-47-ci yerdə qeyd edilən əşyaların mövcudluğunu məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı həmçinin iddia tələbində irəli sürdüyü qızıl-zinət əşyası - komplektin (qızıl sep, qızıl üzük, qızıl qolbaq və qızıl sırğa) də mövcudluğunu sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia əzirəsində həmin qızılzinət əşyalarının qaynanası tərəfindən ona hədiyyə edildiyini bildirsə də, tələbi Cavabdeh qarşı irəli sürmüşdür. İddia tələbində qeyd edilən qızıl sepə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh həmin sepin mövcudluğunu etiraf etsə də, iddiaçı gündəlik istifadə üçün nəzərdə tutulan sepin cavabdehdə olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında izahatı dinlənilən cavabdeh bildirmişdir ki, iddiaçının öz cehizi kimi ondan tələb etdiyi əşyalardan siyahıda 1-2, 4-7, (televizor istisna olmaqla), 11-12, 15- 20, 40, 48-49-cu yerdə qeyd edilən əşyalar, 3-cü yerdə olan tək nəfərlik döşəkdən 1 ədədinin, 24-cü yerdə olan xrustal güldandan 1 ədədi, 25-ci yerdə qeyd edilən konfet qabıdan 2 ədədi, 26-cı yerdə qeyd edilən 3 dəst sok stəkanından 1 dəsti, 31-ci yerdə qeyd edilən çay stəkanından 6 ədədi, 32-ci yerdə qeyd edilən nəlbəkidən 6 ədədi, 33-cü yerdə qeyd edilən çörək qabından 1 ədədi, 37-ci yerdə qeyd edilən boşqab dəstindən 12 ədədi, 38-ci yerdə qeyd edilən qaşıq dəstindən 12 ədədi, 48-ci yerdə qeyd edilən stol süfrəsindən 2 ədədi onların birgə nikahı dövründə alınmışdır. Öz növbəsində iddiaçı da işin bu hallarını mübahisələndirməmiş, həmin əşyalar üzərində ½ hissədə payının tanınaraq dəyərinin yarısının ona verilməsini istəmişdir. Televizora münasibətdə isə, məhkəmə müəyyən edir ki, cavabdeh həmin televizorun mövcudluğunu etiraf etmiş, lakin ona dostu tərəfindən hədiyyə edildiyini bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Göründüyü kimi iddiaçı cavabdehin etirazını əsaslandırdığı yuxarıda qeyd edilmiş faktları (siyahıda 1-2, 4-7 (televizor istisna olmaqla), 11-12, 15-20, 40, 48-49-cu yerdə qeyd edilən əşyalar, 3-cü yerdə olan tək nəfərlik döşəkdən 1 ədədinin, 24-cü yerdə olan xrustal güldandan 1 ədədi, 25-ci yerdə qeyd edilən konfet qabıdan 2 ədədi, 26-cı yerdə qeyd edilən 3 dəst sok stəkanından 1 dəsti, 31-ci yerdə qeyd edilən çay stəkanından 6 ədədi, 32-ci yerdə qeyd edilən nəlbəkidən 6 ədədi, 33-cü yerdə qeyd edilən çörək qabından 1 ədədi, 37-ci yerdə qeyd edilən boşqab dəstindən 12 ədədi, 38-ci yerdə qeyd edilən qaşıq dəstindən 12 ədədi, 48-ci yerdə qeyd edilən stol süfrəsindən 2 ədədinin birgə nikah dövründə alınmış olması) etiraf etmişdir. Bu etiraf məhkəmə iclasının audio-video yazısı gedişində qeydə alınmışdır. Belə olan halda məhkəmə iddiaçının özünə məxsus cehiz əşyaları kimi cavabdehdən tələb etdiyi həmin əşyaların tərəflərin birgə nikahı dövründə əldə edilməsinin iddiaçının etirafı əsasında sübut edildiyi nəticəsinə gəlir. Məhkəmə iş üzrə alınmış qiymətləndirmə rəyinə mötəbər sübut kimi qiymət verərək müəyyən etmişdir ki, tələb edilən əşyaların dəyəri aşağıdakı kimidir:

1. Mebel dəsti (taxt, şifoner, kamod, stol, stul)- 3800 manat

2. mətbəx mebeli 300 manat;

3. 1 ədəd uşaq yatağı 100 manat olmaqla, mebellərin cəmi dəyəri 4200 manat;

4. Yumşaq inventarlar: 1 ədəd taxt döşəyi 50 manat; 1 ədəd tək nəfərlik döşək 50 manat; 2 ədəd adeyal 100 manat; 1 ədəd taxt yorğanı 30 manat; 2 ədəd tək nəfərlik yorğan 30 manat; 4 ədəd yastıq 150 manat; pərdə 100 manat; 2 ədəd stol süfrəsi 20 manat; əl-üz və hamam dəsmalları 30 manat;

5. 1 ədəd televizor 250 manat;

6. 1 ədəd tozsoran 70 manat;

7. 1 ədəd ütü 50 manat;

8. 1 ədəd mikro dalğalı soba (mikrovolnovka) 100 manat;

9. 1 ədəd “Midea” markalı soyuducu 600 manat;

10. 1 ədəd “Evrolux” markalı kondisioner 800 manat;

11. 1 ədəd “Samsung” markalı paltaryuyan 350 manat;

12. 1 ədəd xrustal güldan 30 manat;

13. 2 ədəd konfet qabı 30 manat;

14. 1 dəst stok stəkanı 25 manat;

15. 6 ədəd çay stəkanı 20 manat;

16. 6 ədəd nəlbəki 15 manat;

17. 1 ədəd çörəkqabı 10 manat;

18. 12 ədəd boşqab dəsti 60 manat;

19. 12 ədəd qaşıq dəsti 30 manat;

20. 1 ədəd qazan dəsti 100 manat;

21. 1 ədəd böyük qazan 40 manat;

22. 1 ədəd çaydan 15 manat;

23. 1 ədəd çaynik 10 manat. Rəydə həmçinin göstərilmişdir ki, cehiz əşyalarının yerləşdiyi ünvan 1, mənzil 46-ya baxış keçirdiyi zaman qiymətləndirilməsini siyahıda istədiyi əşyalardan bir neçəsi, o cümlədən bunlar mövcud olmamışdır: 1) mikro dalğalı soba, konfet qabı, xrustal güldan. Həmin əşyaların mövcud olmamasına baxmayaraq tərəflərin verdiyi məlumata və şəkillərə əsasən həmin əşların da qiymətləndirməsi aparılmışdır. Beləliklə, məhkəmə iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək müəyyən edir ki, iddiaçının tələb etdiyi siyahıda qeyd edilən əşyalardan mebel dəsti (taxt, şifoner, kamot, stol stul) - 3800 manat, mətbəx mebeli – 300 manat, 1 ədəd televizor - 250 manat, 1 ədəd taxt döşəyi - 50 manat, 1 ədəd tək nəfərlik döşək – 50 manat, 2 ədəd odeyal böyük - 100 manat, 1 ədəd taxt yorğanı - 30 manat, 2 ədəd tək nəfərlik yorğan - 30 manat, 4 ədəd yasdıq - 150 manat, 1 ədəd tozsoran - 70 manat, 1 ədəd ütü - 50 manat, 1 ədəd mikrovolnovka - 100 manat, 1 ədəd soyuducu (Midea) - 600 manat , 1 ədəd kondisioner (Evrolux) - 800 manat, 1 ədəd paltaryuyan (Samsung) - 350 manat, 1 ədəd uşaq yatağı - 100 manat, pərdə - 100 manat, 1 ədəd xrustal güldan - 30 manat, 2 ədəd konfet qabı böyük – 30 manat, böyük qazan 1 ədəd – 40 manat, əl və hamam dəsmalları – 30 manat, 1 dəst sok stəkanı – 25 manat, çay stəkanı 6 ədəd – 20 manat, nəlbəki 6 ədəd – 15 manat, çörək qabı 1 ədəd – 10 manat, boşqab dəsti 12 ədəd – 60 manat, qaşıq dəsti 12 ədəd – 30 manat, stol süfrəsi 2 ədəd – 20 manat birgə nikah dövrüdə əldə edilmiş əşyalar hesab edilərək tərəflərin həmin əşyalar üzərində ½ hissədə payı tanınmalı və həmin əşyaların dəyərinin yarısı iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh iddiaçının tələb etdiyi siyahıda 39cu yerdə qeyd edilən 3 qazan dəstindən 1-nin iddiaçı tərəfindən cehiz gətirildiyini, 9-cu yerdə qeyd edilən xalçanın iddiaçıya anası tərəfindən hədiyyə edildiyini etiraf edir və həmin əşyaların onda olduğunu qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, 1 dəst qazan - 100 manat və 1 ədəd xalça - 300 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, həmin əşyalar olmadıqda onların dəyəri iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiya xərci, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün isə 89,38 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 59,70 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, xidmət haqqı 300 manat məbləğində müəyyən edilmiş, bu xidmət haqqından 150 manat məbləği iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis xidməti haqqından 150 manat cavabdehdən tutularaq qiymətləndirməni həyata keçirən MMC-nin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1, mənzil 46da yerləşən mebel dəsti (taxt, şifoner, kamot, stol stul) - 3800 manat, mətbəx mebeli – 300 manat, 1 ədəd televizor - 250 manat, 1 ədəd taxt döşəyi - 50 manat, 2 ədəd tək nəfərlik döşək, 2 ədəd odeyal böyük - 100 manat, 1 ədəd taxt yorğanı - 30 manat, 2 ədəd tək nəfərlik yorğan - 30 manat, 4 ədəd yasdıq - 150 manat, 1 ədəd tozsoran - 70 manat, 1 ədəd ütü - 50 manat, 1 ədəd mikrovolnovka - 100 manat, 1 ədəd soyuducu (Midea) - 600 manat , 1 ədəd kondisioner (Evrolux) - 800 manat, 1 ədəd paltaryuyan (Samsung) - 350 manat, 1 ədəd uşaq yatağı - 100 manat, pərdə - 100 manat, 1 ədəd xrustal güldan - 30 manat, 2 ədəd konfet qabı böyük – 30 manat, böyük qazan 1 ədəd – 40 manat, əl və hamam dəsmalları – 30 manat, 1 dəst sok stəkanı - , çay stəkanı 6 ədəd – 20 manat, nəlbəki 6 ədəd – 15 manat, çörək qabı 1 ədəd – 10 manat, boşqab dəsti 12 ədəd – 60 manat, qaşıq dəsti 12 ədəd – 30 manat, stol süfrəsi 2 ədəd – 20 manat birgə nikah dövrüdə əldə edilmiş əşyalar hesab edilərək tərəflərin həmin əşyalar üzərində ½ hissədə payı tanınmalı və həmin əşyaların dəyərinin yarısı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. ünvan 1, mənzil 46-da yerləşən 1 dəst qazan - 100 manat və 1 ədəd xalça - 300 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, həmin əşyalar olmadıqda onların dəyəri Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. 50 manat məbləğində mediasiya xərci və 59,70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. 300 manat məbləğində mütəxəssis xidməti haqqından 150 manat Cavabdeh tutularaq qiymətləndirməni həyata keçirən MMC-nin hesabına ("Kapital Bank" Hesab № AZ84AİİB********************) ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ünvan 1, mənzil 46-da yerləşən mebel dəsti (taxt, şifoner, kamot, stol stul) - 3800 manat, mətbəx mebeli – 300 manat, 1 ədəd televizor - 250 manat, 1 ədəd taxt döşəyi - 50 manat, 2 ədəd tək nəfərlik döşək, 2 ədəd odeyal böyük - 100 manat, 1 ədəd taxt yorğanı - 30 manat, 2 ədəd tək nəfərlik yorğan - 30 manat, 4 ədəd yasdıq - 150 manat, 1 ədəd tozsoran - 70 manat, 1 ədəd ütü - 50 manat, 1 ədəd mikrovolnovka - 100 manat, 1 ədəd soyuducu (Midea) - 600 manat , 1 ədəd kondisioner (Evrolux) - 800 manat, 1 ədəd paltaryuyan (Samsung) - 350 manat, 1 ədəd uşaq yatağı - 100 manat, pərdə - 100 manat, 1 ədəd xrustal güldan - 30 manat, 2 ədəd konfet qabı böyük – 30 manat, böyük qazan 1 ədəd – 40 manat, əl və hamam dəsmalları – 30 manat, 1 dəst sok stəkanı - , çay stəkanı 6 ədəd – 20 manat, nəlbəki 6 ədəd – 15 manat, çörək qabı 1 ədəd – 10 manat, boşqab dəsti 12 ədəd – 60 manat, qaşıq dəsti 12 ədəd – 30 manat, stol süfrəsi 2 ədəd – 20 manat birgə nikah dövrüdə əldə edilmiş əşyalar hesab edilərək tərəflərin həmin əşyalar üzərində ½ hissədə payı tanınsın və həmin əşyaların dəyərinin yarısı Cavabdeh alınaraq İddiaçı ödənilsin. ünvan 1, mənzil 46-da yerləşən 1 dəst qazan - 100 manat və 1 ədəd xalça - 300 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, həmin əşyalar olmadıqda onların dəyəri Cavabdeh alınaraq İddiaçı ödənilsin. 50 manat məbləğində mediasiya xərci və 59,70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 300 manat məbləğində mütəxəssis xidməti haqqından 150 manat Cavabdeh tutularaq qiymətləndirməni həyata keçirən MMC-nin hesabına ("Kapital Bank" Hesab № AZ84AİİB********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar