Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1398/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi. *.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, anası *905-ci ildə Gürcüstan Respublikasında anadan olmuş X3 07 noyabr *990cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar. 2.Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X6 07 noyabr *990-cı ildə öz yaşadığı ünvan 1 ünvanında infakt olması səbəbindən vəfat etmişdir. O və qohumları anasını yaxınlıqdakı Yeni Suraxanı qəsəbə qəbristanlığında dəfn etmişlər. Həmin dövrdə anasının ölümü qeydiyyata alınmamışdır. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün anasının ölüm haqqında şəhadətnaməsi lazım olduğundan, bu məqsədlə o, Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “barəsində Bakı şəhəri, Suraxanı Rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir”. Ananın ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. 3.Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X* vətəndaşı olub və Azərbaycan Respublikasında yaşayan oğlu Musa gilə qonaq qismində gəlmişdir. X6 07 noyabr *990-cı il tarixdə Bakı şəhərində ölmüş və onu burada dəfn etmişlər, lakin ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Hal-hazırda onun oğlu X*5 da vəfat etmiş və Musanın adına olan ev miras əmlak kimi qəbul edilməlidir. Lakin onun anası X3 ölüm şəhadətnamə mövcud olmadığından bu mümkün olmamışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri
5.Şahid4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun baldızı və mərhum Tükəzban İbrahim qızı isə onun qaynanasıdır. Tükəzban İbrahim qızı qonaq qismində Gürcüstan Respublikasından oğlu Musa Sonayevin evinə gəlmiş və *990-cı ildə də vəfat etmişdir. Onu Suraxanı qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn etmişlər.
6. Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Çəmən xanım onun bibisi, Tükəzban xanım isə onun nənəsidir. Tükəzban İbrahim qızı qonaq qismində Gürcüstan Respublikasından oğlu Musa Sonayevin evinə gəlmiş və *990-cı ildə vəfat etmişdir. O, dəfndə iştirak etməmiş, yalnız 40 mərasiminə gəlmişdir. 7.Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Çəmən xanım onun bibisi, Tükəzban xanım isə nənəsidir. Tükəzban xanım *990-ci ildə vəfat etmişdir. O, Gürcüstan Respublikası vətəndaşı olmuş və Azərbaycan Respublikasına gələrək burada vəfat etmişdir. Onu Gürcüstan Respublikasına apararaq orada dəfn etmək çətin olduğundan Suraxanı qəsəbəsində yerləşən qəbstanlıqda dəfn etmişlər. O, dəfn mərasimində şəxsən iştirak etmişdir.
8. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Tükəzban İbrahim qızı onun ata nənəsidir. Tükəzban İbrahim qızı ahıl yaşda olduğundan onların evində qalmış və *990-cı ildə vəfat etmişdir. Tükəzban İbrahim qızı dəfn edilərkən orada iştirak etmişdir.
İş materialları.
9.İV-TИ420284 nömrəli doğum haqqında şəhadətnamənin Rus dilindən tərcümə olunmuş və təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.*973-cu il tarixdə doğulmuş və valideynləri qrafasında atası X5 və anası X9r. *0.Vİİİ-ТИ463892 nömrəli doğum haqqında şəhadətnamənin Rus dilindən tərcümə olunmuş təsdiq olunmuş surətindən görünür ki, X*3 xx.xx.*947-ci il tarixdə doğulmuş və valideynləri qrafasında atası Yunis Əli oğlu və anası Tükəzban İbrahim qızıdır. **. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.*2.2024-cü il tarixli 3003-05/70 saylı arayışdan müəyyən olur ki, X6 barəsində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. *2. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Yeni-Suraxanı Bələdiyyəsi tərəfindən verilmiş 02.*2.2024-cü il tarixli, *070 nömrəli arayışdan görünür ki, X8 anası X6 07.**.*990-cı il tarixdə vəfat etmiş və Yeni Suraxanı qəsəbə qəbirsanlığında dəfn edilmişdir. *3. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi 43 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış *0.0*.2025-ci il tarixli 04 nömrəli məktubdan müəyyən olunur ki, mərhum anası X6 barədə məlumatları olmadığı üçün, ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyildir. *4. İİ-ВЭ23*9*7 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 *0.04.*939-ci il tarixdə doğulmuş və valideynləri qrafasında atası Sonayev Yunus və anası Sonayeva Tükəzban qızıdır. *5. AZ-İİ 459*97 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*5 08.*0.2024-cü il tarixdə ölmüşdür.
İşin faktiki halları. *6. İşin faktiki hallarından müəyyən edilmişdir ki, ərizəçi Chaman X2 qızıdır. Tükəzban İbrahim qızı (bəzi sənədlərdə Sonayeva Tükəzban) Gürcüstan Respublikası vətəndaşı olmuş və Azərbaycan Respublikasına gələrək burada oğlu X** evində yaşamış və 07.**.*990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X2* qəsəbə qəbirsanlığında dəfn etmişlər və bununla bağlı ərizəçi fotoşəkilləri və dəfn olunma barədə arayışı məhkəməyə təqdim etmişdir. Hazırda ölüm haqqında şəhadətnamənin alınması miras payın müəyyən edilməsi üçün zəruridir.
Tətbiq edilən hüquq *7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.
4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*9. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi Chaman X2 qızıdır. Tükəzban İbrahim qızı (bəzi sənədlərdə Sonayeva Tükəzban) Gürcüstan Respublikası vətəndaşı olmuş və Azərbaycan Respublikasına gələrək burada oğlu X** evində yaşamış və 07.**.*990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X2* qəsəbə qəbirsanlığında dəfn etmişlər və bununla bağlı ərizəçi fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Hazırda ölüm haqqında şəhadətnamənin alınması miras payın müəyyən edilməsi üçün zəruridir.
Məhkəmə xərcləri.
2*. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Tükəzban İbrahim qızının (bəzi sənədlərdə Sonayeva Tükəzban) 07.**.*990-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin olunsun. Tükəzban İbrahim qızının 07.**.*990-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Leyla Talıbova