Məhkəmə qərarları › İş №2(010)-1403/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1403/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1403/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" ərizəsi ilə məhkəməyə müraciət edərək, 0*.04.*973-cü ildə Ağdam rayonun Mərzili kəndində anadan olmuş X3nın 22.0*.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və bu barədə müvafiq ölüm haqqında şəhadətnamənin Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X2 22.0*.2023-cii il tarixdə faktiki yaşadığı ünvan 1 ünvanda yerləşən həyət evində vəfat etmişdir. Bu fakt BŞT və TTYS-nin 22 saylı KYSnın təcili yardım briqadasının təqdim etdiyi 22.0*.2023-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə təsdiqlənir. X2 23.0*.2023-cü il tarixində Ağcabədi rayonu, Kürdlər kənd qəbristanlığında dəfn olunmuş və bu fakt Ağcabədi RİHB-nın Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 25 saylı 0*.02.2023-cü il tarixli arayışla təsdiqlənir. Hazırda vərəsəlik və digər mülki hüquqların həyata keçirilməsi ilə bağlı X2nın ölüm faktının qeyd edilməsi zəruridir. Buna görə də, mərhum S.Sərdarovanın ölümü barədə müvafiq şəhadətnamənin təqdim edilməsi üçün Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etdim və həmin şöbə 3-6- 5/7-M-**0/2023 saylı 3*.0*.2023-cü il tarixli məktubu ilə xahişini təmin etmədi. Bildirir ki, X2nın ölümünün qeydə alınması barədə şəhadətnaməni başqa qaydada ala bilmir və onun əldə edilməsi başqa qaydada qeyri-mümkündür. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi *8.04.2023-cü il tarixli məktubunu məhkəməyə ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, Ərizəçi qardaşıdır, X3 onun bacısıdır. Mərhum bacısı ərizəçi olan qardaşı Ərizəçi evində yaşayırdı və həmin ünvanda da vəfat etmişdir. Bacısı 22.0*.2023-cü ildə xəstəlikdən vəfat etdi və Ağcabədi rayonunun Kürdlər kənd qəbirstanlığında dəfn etmişlər. Bacısı vəfat edən zaman orada ailə üzvləri və qohumları da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur və eyni kənddəndirlər. X3 ərizəçinin bacısıdır və o, qardaşının evində yaşayırdı və həmin ünvanda da vəfat etmişdir. X7 22.0*.2023-cü ildə xəstəlikdən vəfat etdi və Ağcabədi rayonunun Kürdlər kəndində dəfn etmişlər. X6 beyinlə əlaqəli xəstəlik var idi. Həmin xəstəlikdən ərizəçinin böyük bacısı da vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının ölüm haqqında xəbərdarlıq məktubundan görünür ki, 22.0*.2023-cü il tarixdə saat *4:26 dəqiqədə Y.Günəşli, S.Cəfərov 20 ünvanına çağırış olmuş, aparılmış müalicə tədbirləri «həkimə qədər ölüm, qadın cinsli meyid» göstərilmişdir. Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 3*.0*.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə 3*.0*.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Ağcabədi RİHB-nın Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 0*.02.2023-cü il tarixdə verilmiş arayışından görünür ki, Ərizəçi bacısı *973-cü il təvəllüdlü X7 22 yanvar 2023-cü ildə vəfat edib və 23 yanvar 2023-cü ildə Ağcabədi rayon Kürdlər kənd Qəbirstanlığında dəfn olunub. Vəsiqədən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi bacısı – 0*.04.*973-cü il təvəllüdlü X7 22.0*.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi bacısının ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi bacısı barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə vərəsəlik üçün sənədləşmə prosesinə lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 0*.04.*973-cü il təvəllüdlü X5 22.0*.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X5 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.04.*973-cü il təvəllüdlü X5 22.0*.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X5 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar