Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1415/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən övladı xx.xx.2021ci təvəllüdlü Jaber Alixan X1 üçün hər ay sabit pul məbləğində 220 manat məbləğində müəyyən edilmiş alimentin və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxs kimi çıxış edən Maraqlı şəxs məcburi qaydada tutulub ona verilməsi barədə xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmayıb və qeyri-rəsmi münasibətlərindən xx.xx.2021-ci təvəllüdlü Jaber X3 dünyaya gəlmişdir. Vaxt keçdikcə ailə münasibətlərinin pisləşməsi və birgə yaşamağın qeyri-mümkün olması səbəbindən 2023-cü il tarixdə yollarını ayırmaq qərarına gəlmişlər. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmişlər və tərəflər arasında barışıq sazişi bağlanmışdır. İlk aylar Maraqlı şəxs alimenti könüllü olaraq ödəsə də, sonradan iki-üç ay fasilələrlə qismən ödəmiş, xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə müəyyənləşdirilmiş üzərinə götürülmüş aliment öhdəliyini düzgün şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər:
1. Tərəflərin birgə münasibətindən anadan olmuş övladları xx.xx.2021-ci il təvəllüdlü Jaber X2 (Fin kod: 90KSJVQ) yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən etibarən İkinci tərəf X8, birinci tərəf Ərizəçi hər növbəti ayın 05-dək ümumilikdə 220 manat aliment ödəyəcəyinə dair öhdəlik götürür.
2. Birinci tərəf Ərizəçi ona hər ay aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və İkinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür.
3. Birgə münasibətdən anadan olan övladları xx.xx.2021-ci il təvəllüdlü Jaber X3 (Fin kod: 90KSJVQ) ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq həftədə 2 (iki) dəfə olmaqla 1 (bir) gün qabaqcadan xəbərdarlıq edilməklə ananın iştirakı olmadan gündəlik 5 (saat) olmaqla görüşməsi barədə razılığa gəldilər.
4. Tərəflər bu mübahisə ilə bağlı bir-birinə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan məlum olur ki, Ərizəçi ünvan 1 ünvanda 16 saylı mənzildə qeydiyyatsız yaşayır. 6 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Jaber X3 xx.xx.2021-ci il tarixdə doğulmuşdur, anası Ərizəçi, atası Maraqlı şəxsdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Qeyri-rəsmi münasibətdən xx.xx.2021-ci il Jaber X3 dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə Mediasiya Təkilatına müraciət etmişlər. Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər:
1. Tərəflərin birgə münasibətindən anadan olmuş övladları xx.xx.2021-ci il təvəllüdlü Jaber X2 (Fin kod: 90KSJVQ) yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən etibarən İkinci tərəf X8, birinci tərəf Ərizəçi hər növbəti ayın 05-dək ümumilikdə 220 manat aliment ödəməyi öz öhdəsinə götürür.
2. Birinci tərəf Ərizəçi ona hər ay aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və İkinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür.
3. Birgə münasibətdən anadan olan övladları xx.xx.2021-ci il təvəllüdlü Jaber X3 (Fin kod: 90KSJVQ) ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq həftədə iki dəfə olmaqla bir gün qabaqcadan xəbərdarlıq edilməklə ananın iştirakı olmadan gündəlik beş saat olmaqla görüşməsi barədə razılığa gəldilər.
4. Tərəflər bu mübahisə ilə bağlı bir-birinə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmdən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflərin birgə münasibətindən anadan olmuş övladları xx.xx.2021-ci il təvəllüdlü Jaber X2 (Fin kod: 90KSJVQ) yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən etibarən İkinci tərəf X8, birinci tərəf Ərizəçi hər növbəti ayın 05-dək ümumilikdə 220 manat aliment ödəyəcəyinə dair öhdəlik götürür.
2. Birinci tərəf Ərizəçi ona hər ay aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və İkinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür.
3. Birgə münasibətdən anadan olan övladları xx.xx.2021-ci il təvəllüdlü Jaber X3 (Fin kod: 90KSJVQ) ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq həftədə 2 (iki) dəfə olmaqla 1 (bir) gün qabaqcadan xəbərdarlıq edilməklə ananın iştirakı olmadan gündəlik 5 (saat) olmaqla görüşməsi barədə razılığa gəldilər.
4. Tərəflər bu mübahisə ilə bağlı bir-birinə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova