Məhkəmə qərarları › İş №2(010)-1416/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1416/2021

09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1416/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı X6 vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 09 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n e t d i : Ərizəçi Bakı şəhər Maraqlı şəxsnə qarşı X6 vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, qaynanası X6 25 oktyabr 2008-ci il tarixində Bakı şəhəri, ünvan 2-da ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, X8 ilə 06 yanvar 2009-cu il tarixində birgə nikaha daxil olmuşdur. Birgə nikahdan 12 mart 2008-ci il tarixində oğlu X14, 11 iyul 2010-cu İl tarixində qızı X10 dünyaya gəlmişdir. O, hal-hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 42-də yerləşən 26 saylı mənzilə gəlin gəlmişdir. Gəlin gəldikdən sonra 25 oktyabr 2008-ci il tarixində qaynanası X11 (Babayeva Leyla) hal-hazırda yaşadığı evdə vəfat etmişdir. Belə ki, o, həmin evə gəlin gəldiyi zaman həmin mənzilə dair verilən order əsasında ev mərhum qaynanası X11 (Babayeva Leyla) adına rəsmiləşdirilmişdir. Onunla birgə nikahda olan həyat yoldaşı X8 23 iyul 2019-cu il tarixində ürək tutmasından vəfat etmişdir. Yuxarıda da qeyd etdiyi kimi hal-hazırda iki azyaşlı uşağı ilə yaşadığı ev 255727 saylı 16 iyun 1987-ci il tarixində verilmiş order əsasında mərhum qayınana X11 (Babayeva Leyla) adınadır. Tərəfindən Maraqlı şəxsnə müraciət edilərək, 25 oktyabr 2008- ci il tarixində vəfat etmiş qaynanası X6 (Babayeva Leyla) ölümü haqqında şəhadətnamənin verilməsi istənilmişdi. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən ona verilən 27 avqust 2020-ci il tarixli 509- 09/76 saylı cavabda X11 (Babayeva Leyla) barədə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 27 avqust 2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Həmçinin həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərar ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməli olduğu, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə edilməli və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixinin yazılmalı olduğu, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi qeyd olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edilə bilməməsi səbəbindən ölüm haqqında akt qeydinin tərtib etməyin qeyri-mümkün olduğu imtina ərizəsində bildirilmişdir. Mərhum qaynanası ev şəraitində vəfat etmiş və bundan sonra müvafiq qaydada Pirşağı qəbristanlığında dəfn edilmişdir. Mərhum qaynanası X6 milliyəti vətəndaşlıq pasportunda azərbaycanlı olaraq yazılmadığı və mərhum oğlu - həyat yoldaşı X8 tərəfindən maddi vəsaiti çatmadığı üçün mərhumənin dəfn edildiyi yerdə onun qəbir daşı indiyə qədər düzəldilməmiş qalmışdır. Bununla əlaqədar Ərizəçi qaynanası X6 25 oktyabr 2008-ci il tarixində Bakı şəhəri, ünvan 2-da ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 verdiyi izahatında o, 1991-ci il aprel ayından Yeni Günəşli qəsəbəsi AB massivi 42, mənzil 22-də yaşadığını, həmin vaxtdan Babayeva Lidiya “(Leyla kimi tanıyırdım)” ilə ailəvi gediş-gəliş münasibətində olmuşdur. Xanımı yaxından tanıdığını, son illərdə xəstəliyi ilə əlaqədar və mövcud vəziyyətlə əlaqədar heç yerə getmədiyini, onların evinə gəlib söhbətləşdiyini qeyd etmişdir. 2008-ci ilin payız aylarında rəhmətə getdiyini eşidib evlərinə getdiyini, mərhumənin meyitini gördüyünü, Pirşağı qəbiristanlığında həyat yoldaşı Kəmandirin və oğlu Əbləsənin yanında basdırıldığını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 verdiyi izahatında rəhmətə getmiş şəxs Leylanı (erməni olduğu üçün ona hamı Leyla dediyini, əsl adı Lidiya olduğunu) 14 ildir ki, tanıdığını, Lidiyanın ölümü ilə bağlı ona xəbər gəldikdə, evlərinə getdiyini, onun meyitini orada gördüyünü, sonradan qonşular tərəfindən Pirşağı qəbiristanlığında həyat yoldaşı Kəmandirin və oğlu Əbləsənin yanında basdırıldığını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X12 öz izahatına əsasən, o, Ərizəçi qonşusu olduğunu, Lidiya xanımın ölümünü 11 il bundan qabaq baş verdiyini, xəbəri eşidən kimi evlərinə gəldiyini, özünün vəfat etmiş halda gördüyünü, ölən şəxsi Pirşağa qəbiristanlığında həyat yoldaşı Kamalın yanında dəfn etdiklərini, dəfn mərasimində də özünün iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X15 öz izahatına əsasən, o, Ərizəçi qonşusu olduğunu, Leyla xanımı tanıdığını, Pirşağıda dəfn etdiklərini və dəfn mərasimində qonşuları ilə birlikdə iştirak etdiklərini bildirmişdir. Mülki işin materiallarına əlavə edilmiş 10 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X2 öz izahatına əsasən, Ərizəçi qonşusu olduğunu, Leyla xanımı yaxından tanıdığını, sağlığında gediş-gəlişlərinin olduğunu, 2008-ci ildə ağır yataq xəstəsi olduğunu və 2008-ci ilin oktyabr aylarında rəhmətə getdiyini, onun Pirşağı qəbiristanlığında basdırdıqlarını bildirmidir. Mülki işin materiallarına əlavə edilmiş 10 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X4 öz izahatına əsasən, Ərizəçi ilə qonşu olduğunu, ünvan 1 ünvanında yaşadığını və Xanımcanla 2007-ci ildən qonşu olduğunu bildirmişdir. Babayeva Lidiyannın 2008-ci ilin yanvar ayında insult keçirdiyini, 8 ay yataq xəstəsi olduğunu və 2008-ci il oktyabrın 25-də vəfat etdiyini məhkəmənin diqqətinə çatdırmış, vəfat etdiyi zaman təcili-tibbi yardım avtomobilinin gəldiyini və müsəlman adət-ənənəsi ilə Pirşağı qəbiristanlığında basdırıldığını bildirmişdir. Bakı şəhəri Nəsimi rayonu İcraiyyə Komitəsinin daxili işlər şöbəsi tərəfindən 31 yanvar 1979-cu il tarixdə verilmiş SSRİ vətəndaşının pasportuna əsasən X11, milliyətçə erməni, 22 dekabr 1933-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli 509 – 09/76 nömrəli məktubu ilə Maraqlı şəxsndə Ərizəçi 25.10.2008-ci il tarixdə vəfat etmiş qaynanası X6 (Babayeva Leyla) ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq bildirilmişdir ki, X11 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 27.08.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145. saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin izahatlarını dinləyərək, iş materiallararını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Ərizəçi qaynanası 22.12.1933-cü il təvəllüdlü X11 25.10.2008-ci il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanında vəfat etmiş və Pirşağı kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, 22.12.1933-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 25.10.2008-ci ildə dünyasını dəyişmiş və Pirşağı kənd qəbiristanlığında dəfn edilmiş X6 vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X6 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Məhkəmə hesab edir ki, Ərizəçi 22.12.1933-ci il təvəllüdlü qayınanası X6 25.10.2008-ci il tarixdə Bakı şəhəri, ünvan 2-da ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 22.12.1933-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş qaynanası X6 25.10.2008-ci il tarixdə Bakı şəhəri, ünvan 2-da ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar