Məhkəmə qərarları › İş №2(010)-1417/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1417/2021

11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1417/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 yeni yaşayış massivində ölməsinə dair faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına Ərizəçi gəlmiş olsa da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə barədə ərizəsinə dair 2(010)-1417/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iclası zamanı Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri,Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli Arayışından görünür ki, Ərizəçi Zabrat qəsəbəsi, Qurban Bayramov küçəsində özbaşına inşa edilmiş evdə yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, Ərizəçi olduğu yer Bakı şəhəri Sabunçu rayonunun ərazisində yerləşdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə Bakı şəhər Sabunçu rayon məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair 2(010)- 1417/2021 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar