Məhkəmə qərarları › İş №2(010)-1417/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1417/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1417/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi) "ölüm faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi 3*.0*.*950-ci il təvəllüdlü X* 07 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçinin həyat yoldaşı X6 07.0*.2025-cı ildə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, ev 3*, mənzil *59 ünvanında vəfat etmişdir. Ərizəçi və qohumları həyat yoldaşı X2 yaxınlıqdakı Əmircan qəsəbə məzarlığında dəfn etmişlər. Arvadı ərazi üzrə poliklinikaya heç bir xəstəliklə bağlı müraciət etmədiyindən onun adına ölüm haqqında tibbi şəhadətnamə (forma *6) verilmədiyindən ona ölüm şəhadətnaməsi verilməsindən də imtina edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməyi məsləhət bildilər. Qohumları arvadının ölümünü təsdiq edə bilərlər. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi 0*.03.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi ilə eyni binada yaşayırlar. *989-cu ildən qonşudurlar. Ərizəçinin arvadı bu ilin əvvəllərində vəfat edib. Dəqiq hansı gün öldüyünü xatırlamır. Evdə xəstəlikdən vəfat edib. Əmircan qəsəbə qəbiristanlığında basdırılıb, özü də dəfn mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi rəhmətə gedən bacısının əridir. Bacısı bu ilin yanvar ayında rəhmətə gedib. Bacısı *950-ci il təvəllüdlü idi. Evdə xəstəlikdən ölüb. Əmircan qəsəbə qəbiristanlığında basdırılıb, özü də dəfn mərasimində iştirak edib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına әlavә edilmiş Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasınün ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 07 yanvar 2025-ci il tarixdə saat *4:30-da Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D Y/s, ev 3*, mənzil *59 ünvanına X* adına çağırış olmuş və çağırışa gələn həkim qadın cinsli meyid (həkiməqədər ölüm) aşkar etmişdir. 43 nömrəli şəhər Poliklinikasının 3*.0*.2025-ci il tarixli 05 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun 07.0*.2025-ci il tarixində vəfat etmiş həyat yoldaşı X3 tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə (forma *06) verilməsi mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsinin *0.0*.2025-ci il tarixli 3-*6-5/7-*0- 65/25 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, 07 yanvar 2025-ci ildə Bakı şəhərində vəfat edən arvadı - X* ölümünün qeydə alınması barədə müraciətinə əsasən bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il *45 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndlərinə əsasən ’’Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə olmadığından arvadı X* ölümünün qeydə alınması mümkün olmamışdır. *5.05.*975-ci il tarixli AZ №265600 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 arasında *5.05.*97*-ci il tarixdə *4*2 saylı qeydiyyat nömrəsi ilə nikah bağlanmışdır. Arvada Ağayeva soyadı verilmişdir. AZE 07846*69 №li şəxsiyyət vəsiqəsinin surətindən görünü ki, X6 3*.0*.*950-ci ildə Bakı şəhərində doğulmuşdur. Əmircan Bələdiyyəsinin *3.0*.2025-ci il tarixli arayışından görünür ki, mərhumə X6 07 yanvar 2025-ci il tarixində vəfat etmiş, Əmircan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi arvadı - 3*.0*.*950-ci il təvəllüdlü X6 07.0*.2025-ci il tarixində vəfat etmişdir. Ərizəçi arvadı X* ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin arvadı X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 3*.0*.*950-ci il təvəllüdlü X* 07.0*.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 3*.0*.*950-ci il təvəllüdlü X* 07.0*.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar