Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-142/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiаçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adına **********32-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyatdan keçən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsi və **********11-05101-093006 reyestr nömrəli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan Dəmiryol stansiyası b.1, m.14 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan bir mərtəbəli fərdi yaşayış evinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin əmlakların qiymətləndirilərək satılması üçün hərraca çıxarılması və satışdan əldə edilmiş vəsaitin paylara uyğun bölünüb ona verilməsi, habelə ona gəlin köçən zaman hədiyyə edilmiş, bir ədəd dəyəri 4000 manat olan yataq dəsti, dəyəri 3500 manat olan mətbəx mebeli, hər birinin dəyəri 550 manat olan 2 ədəd uşaq çarpayısı dörd ədəd tumbası ilə birlikdə, dəyəri 2000 manat olan bir ədəd künc divanı, dəyəri 800 manat olan 1 ədəd jurnal stolu, hər birinin dəyəri 1500 və 2000 manat olan 2 ədəd televizor, dəyəri 800 manat olan bir ədəd televizor altlığı, dəyəri 750 manat olan səs kolonkaları, hər birinin dəyəri 350 və 500 manat olan 2 ədəd çilçıraq (lüstr); ümumi dəyəri 3500 manat olan 8 ədəd xalça, ümumi dəyəri 6500 manat olan məişət texnikaları: 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qabyuyan, 1 ədəd ütü, 1 ədəd ətçəkən, 1 ədəd sokçəkən, 1 ədəd mikser, 1 ədəd blender, 1 ədəd kokteyl düzəldən, 1 ədəd qarğıdalı partladan, 2 ədəd toster, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd qaz plitəsi, 1 ədəd duxovka, 1 ədəd tərəvəz doğrayan; ümumi dəyəri 4500 manat olan 2 ədəd çay dəsti, 2 ədəd kofe dəsti, 2 ədəd yemək dəsti, 1 ədəd bıçaq dəsti, 1 ədəd qaşıq dəsti, 1 ədəd çəngəl dəsti, 1 ədəd qazan dəsti, 1 ədəd tava dəsti; ümumi dəyəri 1800 manat olan 2 ədəd qonaq otağı üçün pərdə, 2 ədəd yataq otağı üçün pərdə; dəyəri 1500 manat olan mətbəx üçün stol-stul dəstinin və ya onların dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumun əvəzinin cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızı iddia tələbinin həcminin artırılmasına dair bir neçə dəfə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncu ərizədə məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 1) Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adına **********32-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyatdan keçən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.3 m2 olan yaşayış sahəsinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin mənzilə istifadə hüququ tanınmaqla köçürülməsi ve pasport qeydiyyatına alınması; 2) Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində cavabdehin adında **********11-05101-093006 reyestr nömrəli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan Dəmiryol stansiyası b.1, m.14 ünvanında yerləşən 0.118 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 34.9 m2 olan bir mərtəbəli fərdi yaşayış evinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi və həmin mənzilə istifadə hüququnun tanınması; 3) Cavabdehlə birgə nikah dövründə əldə edilmiş və onun adına qeydiyyatdan keçmiş “Mercedes BenzS500 minik” markalı, **-UP-*** qeydiyyat nişanlı avtomobilə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi və qiymətləndirilərək dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona verilməsi, 4) Cavabdehlə birgə nikah dövründə təsis edilmiş “X2” MMC-yə, həmin MMCnin aktivlərinə, gəlirlərinə, həmin MMC-nin adına qeydiyyatdan keçən "xxxx" ASC-nin Neftçilər filialında mövcud olan AZ62AZEN**********5840106001, AZ32AZE N********************, AZ59AZEN********************, "xxxx" ASC-nin Qara Qarayev filialında mövcud olan AZ61AİİB********************, AZ41AİİB401600978**********, AZ71AİİB******************** və "xxxx" ASC-də mövcud AZ65PAHA40060AZNHCQ200398523 və AZ21PAHA40060AZNHC********** nömrəli bank hesablarındakı bütün valyuta növlərində olan pul vəsaitlərinə, həmin MMC-nin adına qeydiyyatdan keçən “X5” markalı, **-PC-*** qeydiyyat nişanlı, “Maz5337 Ş-də KS35715- 01” Xüsusi Təyinat markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, “X3” minik markalı avtomobillərə və Cəmiyyətin balansında olan digər daşınar və daşınmaz əmlaklara münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin daşınar və daşınmaz əmlakların, həmçinin “X5” markalı, **-PC-*** qeydiyyat nişanlı, “Maz 5337 Ş-də KS35715- 01” Xüsusi Təyinat markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, “X3” Minik markalı və “Mercedes Benz S500 minik” markalı, **-UP-*** qeydiyyat nişanlı avtokran və avtomobillərin qiymətləndirilərək dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona verilməsi; 5) Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, dəyəri 4000 manat olan yataq dəsti, dəyəri 5500 manat olan qonaq dəsti, dəyəri 3500 manat olan mətbəx mebeli, hər birinin dəyəri 550 manat olan 2 ədəd uşaq çarpayısı dörd ədəd tumbası ilə birlikdə, dəyəri 2000 manat olan bir ədəd künc divanı, dəyəri 800 manat olan 1 ədəd jurnal stolu, hər birinin dəyəri 800 manat, 1500 manat və 2000 manat olan 3 ədəd televizor, dəyəri 800 manat olan bir ədəd televizor altlığı, dəyəri 750 manat olan səs kolonkaları, hər birinin dəyəri 350 və 500 manat olan 2 ədəd çilçıraq (lüstr), ümumi dəyəri 3500 manat olan 8 ədəd xalça; ümumi dəyəri 12500 manat olan məişət texnikaları: 1 ədəd “Bosch” markalı kondisioner, 1 ədəd “Elextrolux” markalı kondisioner, 1 ədəd “Bosch” markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd qabyuyan, 1 ədəd “Bosch” markalı ütü, 1 ədəd “Braun” markalı altlıqlı buxar ütüsü,1 ədəd ətçəkən, 1 ədəd sokçəkən, 1 ədəd mikser, 1 ədəd blender, 1 ədəd kokteyl düzəldən, 1 ədəd qarğıdalı partladan, 2 ədəd toster, 1 ədəd aspirator, 1 ədəd qaz sobası, 1 ədəd qaz plitəsi, 1 ədəd duxovka, 1 ədəd mikrodalğalı soba, 1 ədəd tərəvəz doğrayan; ümumi dəyəri 4500 manat olan 2 ədəd çay dəsti, 2 ədəd kofe dəsti, 2 ədəd yemək dəsti, 1 ədəd bıçaq dəsti, 1 ədəd qaşıq dəsti, 1 ədəd çəngəl dəsti, 1 ədəd qazan dəsti, 1 ədəd tava dəsti; ümumi dəyəri 1800 manat olan 2 ədəd qonaq otağı üçün pərdə, 2 ədəd yataq otağı üçün pərdə; dəyəri 1500 manat olan mətbəx üçün stol-stul dəstinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, həmin əmlakların qiymətləndirilməsi, satılması və əldə edilmiş vəsaitin dəyərinin 1/2 hissəsinin və ödənilmiş 30 manat dövlət rüsumun əvəzinin cavabdehdən alınıb ona verilməsi (ödənilməsi) haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızı iddianı müdafiə edərək bildirdi ki, pay tələb etdiyi bütün əmlaklar, eləcə də yaşadıqları mənzil birgə nikah dövründə əldə edilmiş, nikahda olduqları dövrdə tam təmir edilmişdir. Məişət əşyalarına və mebellərə gəldikdə isə bu əşyaları da birgə nikah dövründə əldə etmişlər və cavabdeh müqavilələri öz adına bağlamışdır. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən birgə nikah dövründə əldə edildiyi mübahisələndirilən mənzil sənədləşmə əsasında – icra hakimiyyəti orqanının sərəncamı ilə yenidən layihələşdirilərək bərpa olunmuşdur. Həmin sənədlərdən, eləcə də şahid ifadələrindən görünür ki, mənzil tərəflərin birgə nikahı dövründə sökülərək yenidən tikilmişdir. Bu səbəbdən hesab edir ki, bu mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş mənzil hesab olunaraq iddiaçının mənzil üzərində payı tanınmalıdır. Digər əmlaklarla bağlı isə sübutlar təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək bildirdi ki, tərəflərindən verilmiş ərizədə iddianı hansı hissədə qəbul etdikləri göstərilmişdir. Həmin hissələrdən başqa qalan hissələrdə isə iddia əsassızdır. Belə ki, 7 nömrəli mənzil tərəflərin birgə nikahı dövründə əldə olunmamışdır və bu, iş materiallarından görünür. "xxxx" MMC ilə bağlı hissədə isə iddia ümumiyyətlə əsassızdır. Çünki bu MMC müstəqil hüquqi şəxsdir və tərəflər arasındakı əmlak bölgüsünün bu MMCyə, yaxud onun əmlakına aidiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata “iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildə pasport qeydiyyatına alınması” hissəsində xitam verilməlidir. Belə ki, iddiaçının bu ünvanda yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq inzibati orqanın (Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsi) səlahiyyətindədir və ümumi məhkəmələrin inzibati orqanının üzərinə vəzifə qoymaq kimi bir səlahiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, iddiaçı bununla bağlı ilk növbədə, müvafiq inzibati orqana müraciət etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə, inzibati icraat qaydasında məhkəməyə müraciət etməli, yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb etməlidir. Belə olan halda işə bu hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata müvafiq hissədə xitam verilməli, iş üzrə icraata bu hissədə xitam verilməsinin səbəbi işin məhkəmə baxılmalı olmaması olduğundan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əvvəlcə müvafiq inzibati orqana (Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsi) müraciəti edilməli olduğu, bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələrin bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyini həmin orqanın üzərinə qoya bilməsi iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Kərimova (İsmayılova) Xəyalə Ələddin qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iş üzrə icraata “iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildə pasport qeydiyyatına alınması” hissəsində xitam verilsin. İddiaçıya izah edilsin ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün əvvəlcə müvafiq inzibati orqana (Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsi) müraciəti etməli, bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Tərəflərə izah edilsin ki, iş üzrə icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-142/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-142/2022
18.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver