Məhkəmə qərarları › İş №2(010)-1428/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1428/2022

08.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1428/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbi ilə məhkəməyə müraciət edərək ona məxsus olan komplekt ağ qızıl, brilyant (boyunbağı, bilərzik, sırğa və üzük) dəyəri 10000 (on min) manat, Nişan üzüyü brilyant qaşlı -dəyəri 1000 (bir min) manat, Qızıl sırğa - dəyəri 500 (beş yüz) manat, Boyunbağı klonu - dəyəri 400 (dörd yüz) manat, Qolbağ- dəyəri 500 (beş yüz) manat, Sırğa - dəyəri 300 (üç yüz) manat, Üzük dəyəri 200 (iki yüz) manat, Üzük -dəyəri 1000 (bir min) manat, uşaqlarıma məxsus olan - Sırğa- dəvəri 300 (üç yüz) manat, Bilərzik-dəyəri 100 (bir yüz) manat, Qolbaq və sırğa dəyəri 200 (iki yüz) manat, Boyunbağı (anası tərəfindən hədiyyə edilib) - dəyəri 200 (iki yüz) manat olan qızıl-zinət əşyalarının naturada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması, yaxud qətnamə icra edilərkən aşkar edilməyən əşyaların dəyərinin cavabdehlərdnən alınaraq önə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 Avdi oğlu ilə 08.11.2012ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan 2 övladları dünyaya gəlmişdir. Uşaqların hərr ikisi onun himayəsindədir.14.05.2016-cı il tarixdə qaynanası Cavabdeh2 ona bildirmişdir ki, sabah kəndə hüzur yerinə gedəcəklər, uşaqlar da həm nənə-babası ilə görüşər, həm də kənd havası alarlar. O, hazırlaşan zaman qaynanası onun hicab geyindiyi üçün qızıl taxmadığına görə həmin qızılları ondan saxlamaq üçün istəmişdir. O da həm özünə, həm də qızlarına məxsus olan qızılları saxlamaq üçün qaynanasına vermişdir. Onlar kəndə gəldikdən sonra qaynanası onu aldadaraq özləri ilə birlikdə Bakıya qaytarmamışdır. Beləliklə də. o vaxtdan ona və uşaqlarına məxsus qızılları cavabdehlərdə qalmışdır. Bundan sonra həmin ilin iyun ayının əvvəllərində qaynanası Diləfruz kəndə bacısı nəvəsinin toyuna gəlmiş, həmin vaxt ona məxsus yalnız komplektini gətirmişdir. Həmin komplekti ona vermiş və o komplekti taxıb toya getmişdir. Toydan gəldikdən sonra isə komplekti yenidən ondan almışdır. Qaynanası həmin vaxt yay olduğu üçün uşaqların kənddə qalın dincəlməsini istəmiş və yaydan sonra isə gəlib onları Bakıya qaytaracağını bildirmişdir. Lakin, yay qurtarsa da, cavabdehlər bir daha onu Bakıya qaytarmamışlar. Həmin vaxtdan uşaqları ilə birgə atasına məxsus evdə yaşayır. O, dəfələrlə eavabdehlərdən ona və qızlarına məxsus qızıl-zinət əşyalarının geri qaytarılmasını tələ etsə də, cavabdehlər onun tələblərini yerinə yetirməmişlər. Hazırda Cavabdeh1 ilə aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Avdi oğlu öz izahatında bildirdi ki, qaynatası ilə aralarında problem mövcud olsa da, İddiaçı ilə aralarında hər hansı bir problem yox idi. Nikah pozulduqdan sonra İddiaçı onun uşaqlarlara görüşməsinə imkan vermir. Cavabdeh qeyd edir ki, o, rayona gedən zaman bütün əşyalarını özü ilə aparmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşə əlavə edilmiş AZ İ 313014 nömrəli, 15.10.2019-cu il tarixli “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X5 arasında olan nikah ləğv edilmiş və qadına Cəbiyeva Soyadı verilmişdir. İş materiallarında olan AZ-T 015431 nömrəli “doğum haqqında şəhadətnamədən görünür ki, X1 04.08.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X3r. İş materiallarında olan AZ-T 015430 nömrəli “doğum haqqında şəhadətnamədən görünür ki, X2 08.08.2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X3r. İş materiallarında olan 14.01.2022-ci il tarixli “mediasiya arayışı”ndan görünür ki, tərəflər arasında mediasiya prosesi Cavabdeh1 həmin prosesdə iştirak etməməsi səbəbindən baş tutmamışdır. - İşə iddiaçı tərəfindən əlavə edilən fotoşəkillərdə tələb edilən və cavabdehdə olması iddia edilən qızıl-zinət əşyalarının fotoşəkilləri əks edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər arasında ailə münasibətləri mövcud olmuşdur. İddiaçı ilə Cavabdeh1 nikahı hazırda pozulmuş və onlar ayrı yaşayırlar. İddiaçı tələbini onunla əsaslandırır ki, nikaha girərkən ona hədiyyə kimi verilən qızıl-zinət əşyaları cavabdehlərə məxsus mənzildə qalmış və cavabdehlər bu əşyaları ona verməkdən imtina edirlər. Tələbin faktiki əsaslandırması ondan ibarətdir ki, onun boşanmaq fikiri olmamış, qaynanasının təkidi ilə rayona dincəlmək məqsədi ilə getmiş, sonradan isə cavabdehlər onunla ailə münasibətlərini kəsmişlər. Bu halın özü, onun mənzili tərk edərkən qızıl-zinət əşyalarını özü ilə götürməməsinin göstəricisidir. Cavabdehin tələbə etirazı ondan ibarətdir ki, iddia formal mülahizələrə əsaslanır, iddiaçının onlarda hər hansı bir əşyası qalmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi “X7rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X7rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilibedilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir Məhkəmə bildirir ki, hazırkı tələbin təmin edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda, tələb sübut edilmir və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? Qeyd olunan maddi hüquq normalarına və işin araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cəbı̇ yeva Şəfa Elxan qızının cavabdehlər Cavabdeh1 Avdi oğluna və Cəbı̇ yeva Dı̇ ləfruz Bayram qızına qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı ApellyasiBakı hkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar