Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1443/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 noyabr 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə edərək, X2 16 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdi və bildirdi ki, həyat yoldaşı X6 16 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şossesi, 76 ünvanında yerləşən qızına məxsus evdə ürək çatışmazlığından vəfat etmişdir. Həyat yoldaşı X4 yaşadıqları Əmircan qəsəbəsində, Tahir Bağır küçəsindəki qəbiristanlıqda dəfn etmişlər. X2 ölümünü qonşular da şahid kimi təsdiq edə bilərlər. Təcili yardımın həkimi xəbərdarlıq vərəqəsi vermişdir. Onlar bu vərəqə ilə polikilinikadan ölüm haqqında şəhadətnamənin verilməsi üçün arayış ala bilmirlər. Bundan sonra o, Maraqlı şəxsnə həyat yoldaşı X2 ölümü barədə şəhadətnamə almaq məqsədilə müraciət etmiş, lakin Maraqlı şəxs ona 16.12.2020-ci il tarixli imtina məktubu verərək bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemindəki məlumatlar yoxlanılarkən X2 ölümünün qeydə alınması müəyyən edilməmişdir, eyni zamanda X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyrimümkündür. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Firudin Cavadov onun atasıdır. Atası həqiqətən də 16 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şossesi, 76 ünvanında ürək çatışmazlığından vəfat etmiş və vəfat etdikdən sonra Əmircan qəsəbəsində, Tahir Bağır küçəsindəki qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Firudin Cavadov onun qaynatasıdır. Qaynatası 16 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və vəfat etdikdən sonra dəfn olunmuşdur. Gəlin kimi o da dəfndə yaxından iştirak etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı RPİ tərəfindən 11.10.2004-cü il tarixdə verilmiş AZE seriyalı 02434797 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 27.09.1948-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Təcili və X5 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16.11.2020-ci il tarixdə, saat 12:55-də Xəzər rayonu, Mərdəkan şosesi 76 ünvanına X6 adına çağırış olub. Çağırış yerinə gələn 10 saylı bölmənin həkimi kişi cinsli meyit aşkar etmişdir. Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi “İmam Cümə” məscidi dini icması tərəfindən 26.12.2020-ci il tarixdə verilmiş 03 №-li arayışdan görünür ki, X6 16 noyabr 2020-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbəsi, Tahir Bağır küçəsindəki qəbiristanlıqda dəfn olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 16.12.2020-ci il tarixli, 1255-05/75 №-li cavab məktubundan görünür ki, X6 barədə "Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 16.12.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası" - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X2 16 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 16 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1443/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1443/2021
03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver