Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1445/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X*5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları: *. Atası - X7 24.09.*955-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası bir müddət idi ki, xəstəlikdən (damarların trombu) əziyyət çəkmişdir. Məhz bu səbəbdən atası 06.0*.2023-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. O, sonradan atasının ölüm şəhadətnaməsini almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi 25-05/75 saylı *2.0*.2023-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri mümkündür. Əlavə olaraq, yazılı olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət edilməyi məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən, o, atasının ölümünü təsdiq edən tibbi şəhadətnaməni almaq üçün ərazi üzrə *5 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişdir. Lakin qeyd edilən tibb müəssisəsi 26 saylı *2.0*.2023-cü il tarixli cavabla bildirmişdir ki, xəstə poliklinikaya müraciət etmədiyindən şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnaməni vermək mümkün deyil. Məhz bu səbəbdən atasının 06.0*.2023-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. X3 06.0*.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı ona miras (vərəsəlik) məsələsi ilə bağlı lazımdır. Ərizəçinin tələbi.
2. 24.09.*955-ci il təvəllüdlü X3 06.0*.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəməyə məktubla müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** bildirmişdir ki, mərhum İskəndər Nəcəfov onun qayınatası olmuşdur, o, 06.0*.2023-cü il tarixdə vəfat etmişdir. Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimlərində iştirak etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, mərhum İskəndər Nəcəfov onun əri olmuşdur. o, 06.0*.2023-cü il tarixdə vəfat etmişdir. Xırdalanda dəfn edilmişdir. Yas mərasimlərində iştirak etmişdir.
7. AA4380727 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 24.09.*955-ci il tarixdə doğulmuşdur.
8. AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci il tarixdə doğulmuşdur.
9. Xİ-ЖГ seriyalı 2989*4 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*985-ci il tarixdə doğulmuşdur. Atası X7, anası X2r. *0. 06.0*.2023-cü il tarixli “Bakı şəhəri Təcili və X8 Stansiyası” PHŞ Sahə Həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi qrafasında “06.0*.2023-cü il”; xəstənin S.A.A qrafasında “X*4 Əli”; aparılmış müalicə tədbirləri qrafasında “kişi cinsli meyid, həkiməqədər ölüm” sözləri yazılmışdır. **. Abşeron rayonu X4 Xidməti şöbəsi tərəfindən verilən aktdan görünür ki, X7 06.0*.2023-cü il tarixdə Xırdalan qəbristanlığında dəfn olunmuşdur. Aktın bir nüsxəsi Ərizəçi təqdim edilmişdir. *2. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *2.0*.2023-cü il tarixli Ərizəçi ünvanlanan məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə *2.0*.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən tələb olunan sənədlər tam olmadığından ölümün qeydə alınmasının mümkün olmaması, qanunvericiliyə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edildiyi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixinin yazılmalı olduğu, ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmişdir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri mümkündür. *3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X*7 “Bakı Baş Səhiyyə Mərkəzi” X*7 *5 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının *2 yanvar 2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, X3 sahə həkiminə müraciəti olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil.
Tətbiq edilən hüquq.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307.2 və 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi.
*6. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *7. Belə ki, iş materiallarında olan 06.0*.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinən görünür ki, X7 06.0*.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, *4 iyul küçəsi ünvanına Təcili və X8 Stansiyasından həkim və tibb bacısı gələndə artıq ölmüşdür. Abşeron rayonu X4 Xidməti şöbəsinin aktından görünür ki, X7 06.0*.2023-cü il tarixdə Xırdalan qəbristanlığında dəfn olunmuşdur. *8. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. *9. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 24.09.*955-ci il təvəllüdlü X3 06.0*.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 2*. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 24.09.*955-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 06.0*.2023cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i:
Ərizə təmin edilsin. 24.09.*955-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 06.0*.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.