Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1452/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, oğlu 28.06.*989-cu il təvəllüdlü X6 *2.04.2004-cü ildə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, ərizəçinin oğlu X*5 28.06.*989-cu ildə doğulmuşdur. **.04.2004-cü ildə oğlu özünü pis hiss etdiyi üçün “X*6”nə (keçmiş Semaşko xəstəxanasına) aparılmış, həmin Mərkəzin Toksikologiya şöbəsinə “dərman zəhərlənməsi” diaqnozu ilə daxil olmuşdur. Orada aparılan müalicə nəticə verməmiş və *2.04.2004-cü ildə saat *3.25-də vəfat etmişdir. Vəfat etməsi serebral hemisferlərdə ödem nəticəsində baş vermişdir. Həmin dövrdə böyük stress keçirdikləri üçün ölüm haqqında şəhadətnamə ilə bağlı nə xəstəxanaya, nə də qeydiyyat şöbəsinə müraciət etməmişlər. Hal-hazırda ərizəçi oğlu X6 ölüm haqqında şəhadətnaməsini ala bimir. Belə ki, Suraxanı rayon Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnaməni verilməsindən imtina etmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmalıdır. “X*6”də də ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Hazırda ərizəçinin oğlu X6 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. ASAN xidmət tərəfindən verilən ailə tərkibi haqqında arayışda vəfat etmiş oğlu sağ ailə üzvü kimi görünür. Oğlu sağ olmadığı halda ailə üzvləri sırasından çıxarılması üçün ölüm haqqında şəhadətnaməni təqdim edə bilməmişdir. Habelə arayışı ərizəçinin kiçik oğlunun hərbi xidməti ilə bağlı təqdim etdikdə ərizəçidən bütün ailə üzvləri haqqında ətraflı məlumat tələb edilmişdir. Oğlu Ramin sağ olmadığı üçün onun haqqında hal-hazırda heç bir məlumatı təqdim edə bilməmişdir. Lakin hal-hazırda ərizəçinin həmin ölüm haqqında şəhadətnaməni əldə etmək hüququ pozulmuş və ölüm faktı müəyyən edilmədiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilmir. Ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün isə bu günə qədər dövlət tərəfindən verilən dəfn müavinətini də ala bilməmişdir. Belə ki, dəfn müavinətinin alınması üçün də ölüm haqqında şəhadətnamənin tələb olunması hamıya məlumdur. Oğlu Raminin ölüm haqqında şəhadətnaməni başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş,lakin *3.03.2024-cü il tarixdə mülki işdə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun atasıdır və vəfat etmiş 28.06.*989-cu ildə doğulmuş X*5 isə qardaşıdır. X2 **.04.2004-cü il tarixdə vəziyyəti pisləşmiş və onu təcili olaraq “X*6”nə (keçmiş Semaşko xəstəxanasına) aparılmışlar və X5 şöbəsində ona dərman zəhərlənməsi olduğunu bildirmişlər. Orada aparılan müalicə nəticə verməmiş və *2.04.2004-cü ildə qardaşı vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onu Füzuli rayonunda Əhmədbəyli kənd qəbiristanlığında dəfn edilmişlər. Digər şahid X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşı, vəfat edən X*5 isə həmin qardaşının oğludur. X9 “X*6”nə (keçmiş Semaşko xəstəxanasına) aparıldığını bildirmişlər və o, da dərhal xəstəxanaya getmişdir. X5 şöbəsində ona dərman zəhərlənməsi diaqnozu qoymuşlar. Orada aparılan müalicə nəticə verməmiş və *2.04.2004-cü ildə qardaşı oğlu vəfat etmişdir. Qardaşı oğlu X*5 vəfat etdikdən sonra onu Füzuli rayonunda Əhmədbəyli kənd qəbiristanlığında dəfn edilmişlər. İş materiallarına əlavə edilmiş “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “X*6” Publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 30.*2.2023-cü il tarixli məktubundan görünür ki, 28.06.*989-cu ildə anadan olmuş X*5 **.04.2004-cü il tarixdə saat **:00-da X*3 Toksikologiya şöbəsində “Dərman zəhərlənməsi” diaqnozu ilə daxil olmuşdur, *2.04.2004-cü il tarixdə saat *3:25-də vəfat etmişdir. Hadisə barəsində Suraxanı RPİ məlumat verilmişdir. Bu səbəbdən X*6 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş XV-ЖГ368522 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X*5 28.06.*989-cu il tarixdə doğulmuş və valideynləri qrafasında atası X*2 və anası X3r. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 09.0*.2024-cü il tarixdə 3-*6-5/7-24/2024-75 saylı məktublardan müəyyən olunur ki, **.04.2004-cü il tarixdə vəfat etmiş oğlu X6 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəyə baxılmışdır. X*5 barədə “Vətəndaşiıq vəziyyəti aktları” X* Sisteminə 09.0*.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında tibbi şəhadətnamə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etməyi bildirmişlər. İş materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi ünvanlanmış *7.0*.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, övladı X*5 *3.04.2004-cü il tarixdə Əhmədbəyli kənd qəbrstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, 24.0*.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan 28.06.*989-cu il tarixdə doğulmuş X*5 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş **.03.2004-cü il tarixli X4 tərəfindən verilmiş tibbi arayışdan görünür ki,X*0 Serebral Hemisferlərdə ödem diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, 28.06.*989-cu ildə anadan olmuş X*5 *3.03.2004-cü ildə dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X6 *2.04.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28.06.*989cu il təvəllüdlü X6 *2.04.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 28.06.*989-cu il təvəllüdlü X6 *2.04.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1452/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1452/2024
27.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver