Məhkəmə qərarları › İş №2(010)-147/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-147/2023

28.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-147/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İkinci tələb üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi və ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış sahəsi, 13 M ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilii yaşayış binasının 2 ci blok, 7 ci mərtəbəsində yerləşən sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli 63 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus 274 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə onun arasında (İddiaçı) bağlanmış 28 dekabr 2009-cu il tarixli, 53 saylı müqaviləyə əsasən, o, Bakı şəhəri, X32, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 saylı mənzilin dəyərini təşkil edən 35.000 manat məbləğində pul vəsaitini Cavabdeh2 MTK-ya tam ödəyərək həmin mənzili almışdır. Həmin mənzilin alınmasına dair o, MTK-dan xx.xx.2009-cu il tarixli müqavilə və xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Həmin vaxt qeyd olunan yaşayış binasının inşası təzə başladığından, mənzilinin inşa edilərək ona təhvil verilməsini gözləmişdir. Artıq neçə illərdir ki, yuxarıda qeyd etdiyi, Bakı şəhəri, X32, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 saylı mənzilin inşa edilərək başa şatdırılmasma baxmayaraq, Cavabdeh2 MTK həmin mənzili ona təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh2 MTK həmin mənzilə dair iş üzrə digər Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə 63 saylı müqavilə bağlamışdır. Qeyd edir ki, həmin mənzilin boş olmasına baxmayaraq, Cavabdeh2 MTK Cavabdeh1 ilə bağladığı xx.xx.2014-cü il tarixdə 63 saylı müqaviləyə istinad edərək mənzilini ona təhvil verməkdən yayınır. Bildirir ki, o, qeyd olunan 274 saylı mənzili Cavabdeh1 5 il əvvəl almışdır. Cavabdeh2 MTK eyni mənzili ona satdığı halda həmin mənzilə dair digər şəxslə bağladığı müqavilə əhəmiyyətsiz əqddir. İkinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanda yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 108.5 kv. metr olan mənzil üzərində iddiaçının mülkiyyətinə qəsdə son qoyulması, həmin mənzildən Cavabdeh1 istifadəsinə cavabdeh və 3-cü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci tələb üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 53 saylı müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanda yerləşən binanın İV girişində 7ci mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 108.5 kv. metr mənzil 'üzərində iddiaçının mülkiyyətinə qəsdə son qoyulması, həmin mənzildən Cavabdeh1 istifadəsinə cavabdehlər və 3-cü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 63 saylı “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 108.5 kv. metr olan mənzil Cavabdeh1 mülkiyyətinə verilmişdir. 8 ildən artıq müddət ərzində Cavabdeh1 qanuni sahibliyində olmasına baxmayaraq, cavabdeh MTK iddiaçının həmin mənzildən istifadə etməsinə mane olur, hal-hazırda da mənzilin qapısı cavabdeh tərəfindən bağlı saxlanılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən birinci tələb üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək təmin edilməsini və ikinci iş üzrə tələbin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhəkəmənin xx.xx.2023-cü il tarixli iclasında ikinci tələb üzrə iddiaçı Cavabdeh1 özünün iddia tələbini müdafiə edərək, mənzilin ona məxsus olduğunu, İddiaçı həmin mənzillə bağlı müqaviləsinin 2009-cu ildə yox, onun müqaviləsindən sonra tərtib edildiyini, ona görə də, həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci iş üzrə iddia tələbi təmin edilməməli və ikinci iş üzrə iddia tələbi isə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 53 nömrəli "xxxx"nin təsdiq edilmiş surətindən görünür ki, İcraçı - Badu-Kubə MTK Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanında inşa ediləcək binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 108.5 kv. metr olan mənzili Payçı – İddiaçı təhvil verməyi və Payçı – İddiaçı isə mənzilin dəyəri olan 35.000 manat pul vəsaitini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 140 nömrəli “maliyyə arayışı”nın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi, 13M ünvanında yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 274 saylı, ümumi sahəsi 108.5 kv. metr olan mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun kooperativə borcu yoxdur. - İcraçı Badu-Kubə Mənzil Tikinti Kooperativi ilə payçı (zərərçəkmiş) Cavabdeh1 Məmməd oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 63 nömrəli “müqavilə”nin əslindən görünür ki, icraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X32, V yaşayış massivində, MTK-nın üzvləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əliyevin xx.xx.2012-ci il tarixli ərizəsinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin xx.xx.2014-cü il tarixli tövsiyyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-nə ödənilməyən, yaşayış və qeyri-yaşayış sahələrinin ləğvi hesabına zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilir. X11 imzası ilə xx.xx.2007-ci il tarixli Badu-Kubə MTK-nın saxta müqaviləsi əsasında Cavabdeh1 verilmiş mənzil, digər boşaldılmış mənzillə dəyəri ödənilmədən əvəzləşdirilir. X1 tərəfindən imzalanmasına baxmayaraq, mənzilin dəyəri Cavabdeh1 tərəfindən Zaur Cabbarova ödənilmişdir. (xx.xx.2007-ci il tarixli saxta müqavilə və Cavabdeh1 ərizəsinin surəti bu müqaviləyə əlavə edilir) - Həmin müqavilənin 1.2-ci bəndinə görə bu müqavilədən əvvəl Badu-Kubə MTK tərəfindən verilən hər hansı bir sənəd və yaxud surətləri aşkar olunarsa etibarsız hesab edilir. Birinci İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, etibarsız hesab edilməsini xahiş etdiyi xx.xx.2014-cü il tarixli, 63 nömrəli "xxxx"nin Badu-Kubə MTK tərəfindən təsdiq edilmiş surətindən görünür ki, İcraçı - Badu-Kubə MTK Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanında inşa ediləcək binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 108.5 kv. metr olan mənzili Payçı – Cavabdeh1 təhvil verməyi və Payçı – Cavabdeh1 isə mənzilin dəyəri olan 38.390 (otuz səkkiz min üç yüz doxsan) manat pul vəsaitini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi, Cavabdeh1 tərəf olduğu və etibarsız hesab edilməsini xahiş etdiyi xx.xx.2014-cü il tarixli, 63 nömrəli müqavilənin “Badu-Kubə MTK tərəfindən təsdiq edilmiş surəti ilə Cavabdeh1 məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 63 nömrəli müqavilənin əsli arasında uyğunsuzluq vardır. Əyər həmin müqavilənin İddiaçı tərəfindən təqdim edilmiş surətində sözügedən mənzilin 38390 manat ödənilməklə əldə edildiyi göstərilmişdirsə, müqavilənin Cavabdeh1 tərəfindən təqdim edilmiş əslində mənzilin icraçının qanunaidd hərəkətləri nəticəsində zərərçəkən olan Cavabdeh1 əvəzləşdirmə əsasında verildiyi qeyd edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 63 nömrəli müqavilənin əslini mötəbər sübut kimi qəbul edir, həmin müqavilənin təsdiq edilmiş surəti kimi verilmiş nüsxəsini isə mötəbər hesab etmir. İş materiallarında olan AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-423/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1207/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar X19 məxsus 242 saylı mənzilin, X20 məxsus 301 saylı mənzilin, X13 məxsus 172 saylı mənzilin, X14 məxsus 198 saylı mənzilin, X2 məxsus 231 saylı mənzilin, X5 məxsus 318 saylı mənzilin, X3 məxsus 294 saylı mənzilin, Cavabdeh1 məxsus 274 saylı mənzilin, X6 məxsus 152 saylı mənzilin, Mahir Yusif oğluna məxsus 302 saylı mənzilin və 253 saylı mənzilin, X7 məxsus 188 saylı mənzilin,X4 məxsus 303 saylı mənzilin, X21 məxsus 210 saylı mənzilin “Badu-Kubə MTK”-dan alınaraq "xxxx" MMC-yə təhvil verilməsinə dair xx.xx.2015-ci il tarixli aktın, həmçinin X3 məxsus sahəsi 73 kv.m, 294 saylı mənzil, Mahir Yusif oğluna məxsus sahəsi 68.6 kv.m olan 253 saylı mənzil, X7 məxsus sahəsi 68 kv.m olan 188 saylı mənzilin "xxxx" MMC-yə naturada təhvil verilməsinə dair 16 fevral 2016-cı il tarixli aktın təsdiq edilməsi ilə bağlı Suraxanı Rayon İcra şöbəsinin hərəkətləri qanunsuz hesab edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli aktlar üzrə “Badu-Kubə MTK” tərəfindən "xxxx" MMC-yə naturada təhvil verilməsi nəzərdə tutulan mənzillərin bir hissəsi hazırki iş üzrə iddiaçıların qanuni istifadə və sahibliklərində olduğundan, icra şöbəsi tərəfindən qeyd olunan xüsusatlar nəzərə alınmadan digər şəxslərə məxsus olan mənzillərin icra sənədi üzrə tələbkara təhvil verilməsinə dair xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli aktların təsdiq edilməsi qanunsuz olmuş və hazırki iş üzrə iddiaçıların qeyd edilən mənzillər üzərində əmlak hüquqları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1207/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7009/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı X8 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 5-ci mərtəbə, 1 otaqlı 71.6 kv.m sahəsi olan 260 saylı mənzilə, İddiaçı “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı 108.5 kv.m sahəsi olan 274 saylı mənzilə, iddiaçı X9 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 1 otaqlı 68.6 kv.m sahəsi olan 307 saylı mənzilə, iddiaçı X10 “Badu-Kubə MTK” tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış massivi 13M ünvanında inşa edilən binanın 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbə, 1 otaqlı 68.0 kv.m sahəsi olan 188 saylı mənzilə sahiblik və istifadə hüquqularının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərardadı ilə Maraqlarına toxunan şəxslər "xxxx" MMC, Cavabdeh1 və X24 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4610/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçılar X15, İddiaçı, X16 və X10 cavabdeh “Badu-Kubə MTK”-ya qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1643 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan “Cavabdeh2 MTK-nın Sədri” yazısından sonrakı imzadan başqa digər əlyazılan, tarix göstəricisi və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan “Cavabdeh2 MTK-nın Sədri” yazısından sonrakı imza ilə həmin müqavilədəki digər əlyazılan və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53 nömrəli müqavilədə olan möhür əkslərinin boyasının rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddir və rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər.Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadın “Birinci tələb üzrə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53 nömrəli müqavilədə əks olunan yazı nümunələri və möhür əksi bütün mümkün texniki və kimyəvi paramterləri nəzərə alınmaqla, 2009-cu il tarixində tərtib oluna bilərdimi?” və “Əgər həmin müqavilədə əks olunan yazı nümunəsi və möhür əksi 2009-cu il tarixdə tərtib oluna bilməzdisə, hansı tarixdə tərtib olunması daha uyğun gəlir? Sualları üzrə tədqiqat aparılmamışdır. Məhkəmə təqdim edilmiş ekspert rəyi ilə bağlı bildirir ki, ekspert məsələ üzrə ümumi rəy vermiş, lakin məhkəməni maraqlandıran əsas suala texniki imkanlar olmadığına görə cavab verilə bilmədiyindən hazırki rəy iş üzrə mühüm əhəmiyyət kəsb edən sübut qismində çıxış etmir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, birinci tələb üzrə İddiaçı mübahisə obyekti olan mənzillə bağlı onun müqaviləsinin daha əvvəl bağlandığına, Cavabdeh1 isə müqaviləsinin ondan sonra bağlandığına istinad edərək mənzillə bağlı onun hüquqlarının təsdiq edilməli olmasını bildirir. Digər müqavilənin isə tarix baxımından özünün tərəf olduğu müqavilədən sonra bağlandığına görə etibarsız hesab edilməsini xahiş edir. İkinci iddiaçı Cavabdeh1 öz iddiasını onunla əsaslandırır ki, İddiaçı mübahisəli mənzillə bağlı müqaviləni 2009-cu ildə bağlaya bilməzdi, çünki, o, Azərbaycan Respublikasında yaşamır, həmin dövrdə də, xarici ölkədə olmuşdur. Başqa sözlə, müqavilədə 2009-cu il qeyd edilsə də, əslində müqavilə həmin ilə aid deyil. Ona görə də, həmin müqavilə etibarsız hesab edilməli və özünün mənzilə hüquqları tanınmalıdır. Məhkəmə, 274 saylı mənzillə bağlı tərtib edilmiş, həm İddiaçı təfər olduğu xx.xx.2009-cu il tarixli, 53 saylı müqaviləni, həm də Cavabdeh1 Məmməd oğlunun tərəf olduğu xx.xx.2014-cü il tarixli, 63 saylı müqaviləni araşdırıb, xx.xx.2014-cü il tarixli, 63 saylı müqavilənin etibarlı, xx.xx.2009-cu il tarixli, 53 saylı müqavilənin isə etibarsız olması qənaətinə gələrkən, gəldiyi nəticəni onunla əsaslandırır ki, işdən göründüyü kimi, 274 saylı mübahisəli mənzillə bağlı əvvəl də məhkəmə işləri olmuş, həmin mənzilin kimə məxsus olması məhkəmələr tərəfindən araşdırılmış və məhkəmələr hesab etmişlər ki, 274 saylı mənzilin qanuni sahibi Cavabdeh1dır. Bu hal Cavabdeh1 tərəf olduğu xx.xx.2014-cü il tarixli, 63 saylı müqavilənin müddəalarında da öz təsdiqini tapır. Belə ki, həmin müqavilənin mətnindən aydın olur ki, Cavabdeh1 ilə Badu-Kubə MTK arasında daha əvvəl bağlanmış müqavilə saxta olduğuna görə (saxta olduğu qeyd edilən müqavilə xx.xx.2007ci ildə, İddiaçı müqaviləsindən də əvvəl bağlanmışdır) Cavabdeh1 istintaq orqanının tövsiyyə məktubu əsasında hazırda mübahisəsi gedən 274 saylı mənzil verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan məhkəmə qətnamələri əsasında Cavabdeh1 Məhəmmədəli oğlu Bakı şəhəri, X32, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.m dən ibarət 3 otaqlı 274 saylı mənzilin qanuni sahibi kimi qəbul edildiyindən, Cavabdeh1 və Cavabdeh2 MTK arasında bağlanan xx.xx.2014-cü il tarixli, 63 saylı müqavilə etibarsız hesab edilə bilməz. Çünki, tarix baxımından daha sonra gəldiyinə görə xx.xx.2014-cü il tarixli, 63 saylı müqavilənin etibarsız hesab edilməsi faktiki olaraq mənzillə bağlı əvvəl qəbul edilmiş məhkəmə aktlarının əsaslandıqları sübutun etibarsız hesab edilməsi anlamına gələr. Yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı tələbinin mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi hissəsi də, təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 qeyd olunan mənzilin qanuni sahibi kimi tanındığından mənzilinə münasibətdə digər hər hansı bir əqdin etibarsızlığını, eləcə də, həmin mənzildən istifadəyə yaradılan maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyini, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bunun davamı olaraq, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53 saylı müqavilə etibarsız hesab edilməlidir. Çünki, Cavabdeh1 məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanunazidddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53 saylı müqavilə mübahisə edilən əqd olmaqla, etibarsızdır. Birinci iddia tələbinin xx.xx.2014-cü il tarixli, 63 saylı müqavilənin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyinə görə, bu tələbin davamı olan Cavabdeh1 274 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi hissəsi də əsassızdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu birinci tələb üzrə İddiaçı özünə aid edilsin. İkinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53 saylı müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, X32, “V” yaşayış sahəsi, 13 M ünvanında yerləşən binanın İV girişində, 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 108.5 kv.m olan 274 saylı mənzil üzərində Cavabdeh1 hüquqlarına müdaxilə edilməsi qanunsuz hesab edilsin və həmin mənzildən Cavabdeh1 istifadəsinə cavabdehlər və 3-cü şəxslər tərəfindən maneənin yaradılması qadağan edilsin. İddianın qaldırılması ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumu birinci tələb üzrə İddiaçı tutularaq ikinci tələb üzrə iddiaçı Cavabdeh1 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri olan 80 manat pul vəsaiti birinci tələb üzrə İddiaçı tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar