Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1480/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 28.*2.2024-cü il tarixdə vəfat etmiş X6 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X3 08.07.*977-ci il tarixdə anadan olmuşdur. Qardaşı 28.*2.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən yaşadığı evdə ürək tutmasından qəflətən vəfat etmişdir. Qardaşı vəfat edən zaman yaxınları yanında olmuş və dərhal Təcili Tibbi yardım çağırmışlar. Tibbi yardımın həkimləri onun vəfat etdiyini təsdiq etmişlər. Həmçinin onun qardaşının vəfat etməsi barədə digər aidiyyəti qurumlar da məlumatlandırılmış və X3 28.*2.2024-cü il tarixdə Kürdəxanı qəsəbəsi 3 saylı qəbiristanlıqda dəfn edilmişdir. İddiaçı tərəfindən onun qəbrinin foto şəkilləri iddia ərizəsinə əlavə edilmişdir. Ölüm faktı qohum və qonşular tərəfindən şahid kimi təsdiq edilə bilər. İddiaçı ölüm haqqında şəhadətnaməni almaq üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin ölüm haqqında şəhadətnaməni ala bilməmiş və bu səbəbdən Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, X*0 onun qardaşıdır. O, 08.07.*977-ci il tarixdə anadan olmuş, 28.*2.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən yaşadığı evdə ürək tutmasından qəflətən vəfat etmişdir. Onun qardaşı vəfat edən zaman yaxınları yanında olmuş və dərhal Təcili Tibbi yardım çağırmışlar. Tibbi yardımın həkimləri onun vəfat etdiyini təsdiq etmişlər. Ölüm haqqında şəhadətnamə, dəfn pulunu almaq üçün tələb olunur. X3 28.*2.2024-cü il tarixdə Kürdəxanı qəsəbəsi 3 saylı qəbiristanlıqda dəfn edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, mərhum X*0 onun həyat yoldaşı olub. O heç vaxt xəstələnməmiş, lakin bir müddət özünü yaxşı hiss etmirdi. Həyat yoldaşı 28.*2.2024-cü il tarixdə səhərə yaxın vəfat etmiş və bununla bağlı dərhal təcili yardım çağırmışlar. Lakin təcili yardım gəlincə o vəfat etmiş və həkimlərin dediyinə görə səbəbi infakt keçirməsi olmmuşdur. Digər Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi və onun X3 ilə Xətai rayonu ərazisində yerləşən evdə qonşu olmuşlar. Qış aylarında qonşuda səs-küy yaranmış və maraqlanandan sonra məlum olmuşdur ki, X*0 vəfat edib. O, özünü bir müddət yaxşı hiss etmirdi. O, Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Təcili və X5 Stansiyası tərəfindən verilmiş 28.*2.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X6 adına 28.*2.2024-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayonu, Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X*0 28.*2.2024-cü il tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbəsi Hikmət Əfəndiyev küçəsində yerləşən 3 saylı qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş 6 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 06.0*.2025-ci il tarixli 3-*6-5/8-*5-*8/2025 nömrəli Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, X6 ölümünün qeydə alınması ilə bağlı 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi 04.0*.2025-ci il tarixli müraciətə əsasən bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.*, 8.2 və 8.3-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edidikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasınn Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən iə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alınır.” Həmin qaydaların 85-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsini *94.2-ci maddəsinə uyğun olaraq “Elekton məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölüm haqqında tibbi şəhadətnmə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar əsasında ölümə dair məlumat aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs Zığ Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 29.*2.2024-cü il tarixli *8-*-*-45/2-22*/2024 nömrəli Bakı şəhər Xətai rayon Məhkəməsinə ünvanlanmış Forma *06 barədə məktubdan müəyyən olunur ki, X*0 şəxsiyyət vəsiqəsində ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X*4 küçəsi, ev 9-dur. Zığ Sağlamlıq Mərkəzinə hər hansı bir xəstəliklə müraciət etməmiş və heç bir zaman qeydiyyatda olmamışdır. Zığ Sağlamlıq Mərkəzi tərəfindən Forma *06 verilməsi imkan xaricindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon VVADQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.*98*-ci il tarixdə doğulmuş və atası X4, anası X*r. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*0 08.07.*977-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon VVAQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 08.07.*977-ci il tarixdə doğulmuş və atası X4, anası X2r. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9.-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, X6 28.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08.07.*977-ci il təvəllüdlü X6 28.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 08.07.*977-ci il təvəllüdlü X6 28.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1480/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1480/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver