Məhkəmə qərarları › İş №2(010)-1518/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1518/2020

06.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1518/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "avtomobilin geri qaytarılması" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "avtomobilin geri qaytarılması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ban nömrəsi KMHLC41CBCU017618, 2012-ci il buraxılış ili olan, qara rəngli HYUNDAİ İ-40 markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilin alınıb ona qaytarılması, qaytarılmadığı halda həmin avtomobilin dəyəri olan 26000 (iyirmi altı min) ABŞ dollarının məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə Bakı şəhəri 9 saylı notariat kontorunda 7E/13897 reyestri üzrə Cavabdeh mülkiyyətində olan ban nömrəsi KMHLC41CBCU017618, 2012-ci il buraxılış ili olan,qara rəngli HYUNDAİ İ-40 markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobili (bundan sonra - avtomobil) mülkiyyətinə sərəncam vermək səlahiyyətli etibarnamə ilə vermiş, lakin etibarnamə verdikdən sonra aralarında bir çox problemli məsələlər yaranmışdır. Belə ki, həmin nəqliyyat vasitəsi formal olaraq adına rəsmiləşdirilmiş, nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Kreditor onun barəsində pul öhdəliyinin icrası ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsi çıxardığı qətnamə ilə pul tələbinin yuxarıda göstərilən avtomobilə yönəldilməsi və nəqliyyat vasitəsinin açıq hərracdan satılmasına dair qətnamə çıxarmışdır. Yuxarıda göstərilən etibarnamənin müddəti xx.xx.2018-ci ildə bitmişdir. Dəfələrlə cavabdehə avtomobilini qaytarması barədə müraciət etmiş olsa da ondan bir məlumat gəlməmişdir. Hesab edir ki, avtomobil daşınar əmlak olduğu üçün faktiki olaraq onun qanunsuz istifadəsindən dəyən zərər ödənilməlidir. Etibarnamənin müddəti bitdiyi üçün, artıq öz hüquqi əhəmiyyətini itirmişdir və onun ləğv olunması üçün notariat kontoruna müraciət etməyə ehtiyac yoxdur. Belə ki, avtomobilin yağ, təkər, avtomobilin qanunsuz istifadə vaxıtda xarab olan hissələrinin təmirinə ehtiyac olacaqdır. Avtomobilin xarici ölkə istehsalı olduğunu nəzərə alaraq həmin məbləğin təqribən 3500 (üç min beş yüz) manat civarında olacağı məlumdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən illik 18 faiz tətbiq edilməklə 60 ay müddətinə 25998 ABŞ dolları məbləğində kredit götürmüş və Kreditin təminatı kim HYUNDAİ İ-40 markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobili ipoteka müqaviləsi ilə yüklü etmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarxli 2(005)-3525/2019 saylı qətnaməsi ilə tutulacaq kredit məbləğini, kreditin təminatı kimi cavabdeh İddiaçı mülkiyyətində olan HYUNDAİ İ-40 markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilə yönəltmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-3525/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar “xxxxx” MMC tərəfindən həmin avtomobilin hərracda satılması ilə bağlı hərrac təşkil edilmişdir. Belə olan halda iddiaçı mübahisənin predmeti olan HYUNDAİ İ-40 markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilinə tutmanı yayındırmaq məqsədilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində, mübahisəli avtomobil formal olaraq Cavabdeh etibarnamə əsasında verilmiş olsa da, heç vaxt onun sahibliyi və istifadəsində olmamış və bu iş üzrə təqdim olunmuş sübutlarla tam təsdiq olunur. Belə olan halda iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz İddiaçı iddia tələbində qeyd edilən avtomobilin mövcud olduğunu və onun hazırda cavabdehdə olduğunu sübut etməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı qeyd olunan avomobilin cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübut kimi sonuncunun adına xx.xx.2015-ci il tarixdə verilmiş etibarnamənin kserosurətini iddia ərizəsinə əlavə etmişdir. Həmin etibarnamənin məzmunundan görünür ki, İddiaçı nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyi, sərəncam verməyi, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edilmiş səlahiyyəti başqa şəxsə etibar etmək şərti ilə Cavabdeh etibar etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi həmin etibarnamənin mövcüd olmasınə etiraf etsə də, həmin etibarnamə əsasında avtomobilin başqa şəxsə verildiyini bildirərək bunun sübutu kimi “Elektron notariat” X1 Çıxarışını məhkəməyə təqdim etmişdir. Beləliklə də, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Bunun qanuni əsaslarını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən “X4 edilməsi Agentliyi” MMC-nin cavabdeh İddiaçı qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddiası üzrə qəbul olunmuş Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarxli 2(005)- 3525/2019 saylı qətnaməsindən mübahisəli avtomobilin İddiaçı mülkiyyətində olması müəyyən olunsa da, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və mübahisəli avtomobilin cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "avtomobilin geri qaytarılması" tələbi əsassız olduğuna görə təmin edilməməıidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı "avtomobilin geri qaytarılması" tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar