Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1535/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X10 ilə birgə nikahlarından x xxxxxx 1991-ci ildə doğulmuş oğlu X5 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən X10 ilə birgə nikahlarından xx xxxxxx 1991-ci ildə doğulmuş oğlu X5 xx.xx.1994-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı ildə Gürcüstan Respublikasının vətəndaşı X10 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından dörd uşaqları olmuşdur: X11, X21, X12, X14. Onlar 1991-ci ildə ünvan 1 ünvanında yaşamışlar. Bakı şəhərində yaşayarkən həyat yoldaşı X10 işləmək üçün Rusiya Federasiyasına getmiş, orada qalmış və bir daha onların yanına gəlməmişdir. 1994-cü ildə Nizami rayonu, Çobanzadə 73, mənzil 78 ünvanında yaşayarkən, xx.xx.1991-ci ildə anadan olmuş oğlu X14 vəfat etmişdir. Həmin vaxt onun ölümü haqqında şəhadətnamə almamışlar. Vəfat etmiş oğluna ölüm haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Qeydiyyat Şöbəsinə müraciət etsə də müraciətinə imtina cavabı verilmişdir. O səbəbdən ölüm faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmişdir. Belə ki, oğlu Gürcüstanda doğulduğundan, bu günə qədər də orada qeydiyyatda olduğundan, lakin ölüm haqqında şəhadətnaməsi olmadığından mövcud qanunvericiliklə nəzərdə tutulmuş müəyyən sosial məsələlərin həllində problemlər yaranır. Bu səbəbdən hesab edir ki, məhkəmə qaydasında ölüm faktının müəyyən edilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə müraciət edərək mülki işə Şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gürcüstan SSR Bolnisi rayonu Darvaz kənd soveti tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, İİİ-Tİ 413874 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 və X15 arasında xx.xx.1986-cı ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1986-cı ildə 33 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. Bolnisi rayonu Darvaz kənd soveti tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, İX-Tİ 405661 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 (atası X10, anası Ərizəçi) xx.xx.1991-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Darvaz kəndində doğulmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1991-ci ilin fevral ayının 12-də 19 nömrə ilə lazımı qeyd aparılmışdır. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-395-15 nömrəli məktubdan görünür ki, ölümün qeyddiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 33/2623 saylı sorğuya cavabdan görünür ki, X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 096-20551-1220 saylı sorğuya cavabdan görünür ki, X16 barəsində Bakı şəhəri Suraxanı rayon X8 məsələləri bölməsində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bayramov Teymur (Gürcüstan Respublikası vətəndaşıdır) bildirmişdir ki, Ərizəçi onun əmisi qızıdır. Onun ölən oğlunun adı isə Elçin olmuşdur. Uşaq əvvəldən xəstə olmuş, üç yaşında ölmüşdür. Belə ki, uşağın ayaqları işləmir, yeriyə bilmirdi. Öldükdən sonra 1994-cü ilin aprel ayında uşağı Bakıxanovda dəfn etmişlər. Hadisənin üstündən 25 ildən çox vaxt keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Ərizəçi onun həm Bakıda, həm də Gürcüstanda qonşusu olmuşdur. Onun oğlu Elçin 1994-cü il aprelin 12-də üç yaşında ölmüşdür. Öldüyü gün uşaq evə gətirdikdən sonra o da evdə olmuş, uşağın başında ağlamışdır. Sonra uşaq dəfn olunmuşdur. Digər şahid Teymuru da həmin gün orada görmüşdür. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Ərizəçi onun qardaşının arvadı, ölən uşaq isə qardaşının oğludur. O, 1991-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbəz kəndində doğulmuşdur. Qardaşı və onun ailəsi Bakıya köçəndən sonra Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yaşamağa başlamışdır. Ölən uşaq – xx.xx.1991-ci ildə doğulmuş X7r. O, 1994-cü ilin aprel ayında ölmüşdür. Onu Bakıxanovda basdırmış, həmin ərazini isə indi satmışlar. Uşağın qeydiyyatda olduğu ünvanda hazırda atası (şahidin atası) yaşayır. Orada onun torpağı var və ev tikdirmək istəyir. Lakin ölən uşaq həmin torpaqda qeydiyyatda olduğu üçün evi tikə bilmir, çünki uşağın razılığı olmalıdır. Bütün sənədlər qaydasındadır. Bircə ölüm kağızı yoxdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ərizəçi onun qaynının yoldaşıdır. Ölən uşaq X14 onun qaynının və Nailənin oğludur. O, 1991-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Darbəz kəndində 1991-ci ildə anadan olmuşdur. Onlar Bakıya köçəndən sonra Nizami rayonunun, Çobanzadə küçəsində yaşamağa başlamışlar. Nailəgilin beş uşağı olmuş, ikisi ölmüşdür. Onlardan biri Gürcüstanda vəfat etmiş, X14 isə 1994-cü ilin aprel ayında Bakıda ölmüşdür. Nailənin qayınatası kənddə yaşayır. Orada torpağı var və ev tikdirmək istəyir. Lakin ölən uşaq həmin torpaqda qeydiyyatda olduğu üçün evi tikə bilmir. Çünki uşağın razılığı olmalıdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X22 bildirmişdir ki, Ərizəçi onun dayısının arvadıdır. X14 isə onların övladları olub. Elçin 1994-cü ilin aprel ayının 12-də ölmüşdür. Dayısı oğlu öləndə onun 13-14 yaşı olardı. O, Bakıda ölüb. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi X10 ilə olan nikahından xx.xx.1991-ci ildə X14 doğulmuş, uşaq xx.xx.1994-cü ildə Bakı şəhərindı ölmüşdür. Lakin həmin vaxt uşağın ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Daha sonra, həmin sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət edilsə də ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Bundan sonra, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx xxxxxx 1991-ci ildə doğulmuş oğlu X5 xx.xx.1994-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən xx.xx.1991-ci il tarixdə doğulmuş oğlu X4 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X5 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından Ərizəçi sonradan oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. O da oğlunun ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmiş, Ərizəçi xx.xx.1991-ci ildə doğulmuş bir oğlu olduğunu, uşağın xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə məhkəmə hesab edir ki, X5 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1535/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1535/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver