Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1543/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə arasında bağlanılmış 13 avqust 2022-ci il tarixli podrat müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehə ödənilmiş 8000 manat və 2000 manat, cəmi 10000 manatın cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 avqust 2022-ci il tarixdə podrat müqaviləsi bağlanması və şərtləri barədə razılaşma əldə edilmişdir, həmin qarşılıqlı razlaşmaya əsasən cavabdeh hüquq müəyyənedici sənədlər əsasında Abşeron rayonu, quşçuluq sovxozunda 2 sot torpaq sahəsində cəmi 38.000 manat məbləğində 69 kv.m-dən ibarət təmirli evi tikib, 24 ay müddətində iddiaçıya təhvil verməli idi. Razılaşmaya əsasən, ilkin məbləğ olaraq cavabdehə 10000 manat ödənilməli idi. Cavabdehlə əldə edilmiş razılaşma şərtlərinə uyğun olaraq, 13 avqust 2022-ci il tarixdə aralarında rəsmən podrat müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquq müəyyənedici sənədlər əsasında yuxarıda qeyd edilən torpaq sahəsində sahəsi 69 kv.m.olan yaşayış evini inşa edib, tam təmirli qaydada iddiaçıya təhvil verməli, iddiaçı isə ilkin olaraq cavabdehə 10000 manat, qalan məbləği isə razılaşdırılmış qaydada hər ay ödəməli idi. Evin tikilməsi üçün torpaq sahəsnin ayrılmasına dair sənədin olubolmaması ilə bağlı məsələ ilə əlaqədar cavabdeh bildirmişdir ki, bu yaxın günlərdə torpaq sahəsinin ayrılmasına dair sənədi əldə edib, təqdim edəcəkdir. Yuxarıda qeyd edilən qarşılıqlı anlaşmalardan sonra iddiaçı tərəfindən podrat müqaviləsi bağlanan gün, yəni 13 avqust 2022-ci il tarixdə 8000 manat, 28 avqust 2022-ci il tarixdə isə 2000 manat, cəmi 10000 manat ödənilmişdir. Mütəmadi olaraq evin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin əldə edib-etməməsi ilə bağlı sorğulara hər dəfə yaxın günlərdə əldə edəcəyini bildirmişdir. Bununla bağlı iddiaçı araşdırma aparmış və ona məlum olmuşdur ki, cavabdeh tərəfindən inşa edilən heç bir evin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd (sərəncam) yoxdur. Bununla bağlı cavabdehə xəbərdarlıq etmiş, evin tikintisi üçün torpaq sahəsnin ayrılmasına dair müvafiq sənəd yoxdursa evin tikintisini dayandırmasını istəmişdir, bu tələbi onunla əsaslandırmış ki, inşa edilən ev özütikilidir, buna görə də həmin tikiləcək ev qanunsuz olduğundan iddiaçı tərəfindən qəbul edilməyəcəkdir və müqavilənin etibarsızlığı mübahisələndiriləcəkdir. Cavabdeh tikinti üçün torpağa dair qeyd edilən sənədi əldə etmək əvəzinə, xx.xx.2022-ci il tarixdə ünvanlamış bildirişdə podrat müqaviləsinin 7.3. bəndinə istinad edərək, müqavilə pozulduğu halda, ev satıldıqdan sonra, ödənilmiş məbləğdən 20.30% çıxıldıqdan sonra geri qaytarılacağını bildirmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında əlavə olunmuş 13 avqust 2022-ci il tarixli, 706408 nömrəli və 28 avqust 2022-ci il tarixli 706417 nömrəli mədaxil qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh (VÖEN:**********) 8000 manat və 2000 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış 13 avqust 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, şifarişçi Abşeron rayonu, Quşçuluq sovxozu ünvanda 0.02 ha torpaq sahəsində 69 kv təmirli evin tikintisini sifariş edir. “Podratçı” “şifarişçinin” sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, İddiaçı 800 manat məbləğində pul vəsaitini ilkin ödəniş kimi ödəmiş, qalan 30.000 manat məbləğində pul vəsaitini 700 manatdan az olmamaq şərti ilə ödəməyi öhdəsinə götürür. Kreditin müddəti 24 aydır. Evin ümumi qiyməti 38000 manatdır. “Aylıq ödəniş cədvəli” adlı sənəd boş olaraq, İddiaçı tərəfindən imzalanmış, Cavabdeh tərəfindən isə həm imzalanmış həm möhür vurulmuşdur. 30 sentyabr 2022-ci il tarixli müraciətin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin vəd verildiyi tarixdə təhvil verilmədiyini əsas gətirərək dayandırılmasını və ödənilmiş məbləğin tam olaraq ona geri qytarılmasını xahiş etmişdir. 30 sentyabr 2022-ci il tarixli müraciətə cavab olaraq cCavabdeh “Podrat” müqaviləsində təhvil verilmə müddətinin göstərilməməsini, ödənilmiş məbləğin geri qaytarılmasının müqavilənin 7.3. bəndinə əsasən həll oluna biləcəyini, evin təhvil verilməsi müqaviləyə əlavə olaraq razılaşma müqaviləsi əsasında həll oluna biləcəyini və ödəniş cədvəlində dəyişiklik edərək qalan məbləğin 24 ay ərzində tam bölünərək, yeni cədvəlin açılmasını təklif etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin Bakı şəhəri 13 saylı Vəkil Bürosunun müdiri Vəkil xx.xx.2023-cü il tarixli 210 saylı məktubuna xx.xx.2023-cü il tarixli, 5-20/2-941/2023 nömrəli cavab məktubundan görünür ki, Hövsan qəsəbəsi Suraxanı Rayonun İnzibati ərazisinin hüdudları daxilində yerləşir. Suraxanı Rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01/49 nömrəli cavab məktubundan görünür ki, vətəndaş Cavabdeh ilə Hövsan bələdiyyəsi arasında heç bir icarə müqaviləsi bağlanmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.... Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. .... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı ...339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur.... Maddə 355. Əqdlərdə razılıq anlayışı 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İddia tələbindən görünür ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirilmişdir. Lakin, iş materialları tədqiq edərkən, müəyyən edilir ki, cavabdehin həmin müqaviləni bağlamağa səlahiyyəti olmamışdır. Belə ki, Suraxanı rayonun Quşçuluq sovxozun torpaqları Suraxanı rayon bələdiyyəsinə aiddir. Bələdiyyə tərəfindən verilmiş arayışla müəyyən olunur ki, Cavabdeh ilə heç bir icarə müqaviləsi bağlanmamışdır. Bununla da, cavabdeh tərəfindən yaşayış sahəsinin tikintisi məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr alınmadan inşa edilmiş tikili özbaşına tikinti sayılmalıdır. Həmçinin, cavabdeh torpaq sahəsinə mülkiyyət hüququ əldə etməmiş, onun tikintiyə dair sərəncam vermək, tikinti ilə bağlı podrat müqaviləsi bağlamaq səlahiyyəti olmamışdır. Nəticədə cavabdehin iddiaçı ilə podrat müqaviləsi bağlaması qanunazid olmuşdur. Məhkəmə hesab edir ki, podrat müqaviləsi bağlanarkan iddiaçı aldadılmışdır. Mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış (səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış) əqd etibarsız hesab edilir. İddiaçı cavabdehə torpağa sənəd olmaması barədə irad bildirsə də, sonuncu heç bir hərəkət etməmişdir. Nəticədə, iddiaçı haqlı olaraq məhkəməyə müraciət edərək, əqdi mübahisələndirmişdir. Mülki qanunvericiliyin göstərilən müddəlarına əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Podrat müqaviləsi etibarsız olduğu üçün, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdırlar. Nəzərə alsaq ki, iş materiallarında yalnız cavabdeh tərəfindən alınmış məbləğlər üzrə qəbzlər vardır, iddiaçı isə podrat müqaviləsinin nəticəsini (evi) qəbul etməmişdir, cavabdeh alınmış pulunu iddiaçıya qaytarmalıdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız sayılmalı və cavabdehdən 8000 manat və 2000 manat, cəmi 10.000 manat alınaraq iddiaçıya qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2022-ci il tarixli podrat müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh ona ödənilmiş 8000 manat və 2000 manat olmaqla, cəmi 10000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında başlanmış 13 avqust 2022-ci il tarixli podrat müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh ona ödənilmiş 8000 manat və 2000 manat olmaqla, cəmi 10000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1543/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1543/2023
20.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver