Məhkəmə qərarları › İş №2(010)-1575/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1575/2025

05.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1575/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarov Eltac Rauf oğlunun katibliyi ilə, Cavabdeh Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Bakı 12 saylı Mediasiya Təşkilatında 20 avqust 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin icraya yönəldilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən 20 avqust 2024-cü il tarixində Mediasiya haqqında qanunun 33-cü maddəsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında arasında barışıq sazşi imzalanmışdır. Hazırda Maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirmir və bu səbəbdən icrasından yayınır. Göstərilənləri nəzərə alaraq tərəflər arasında bağlanmış barışıq sazişini icraya yönəldilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında Ərizəçi iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs izahatında göstərdi ki, onunla Ərizəçi arasında Bakı 12 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlandıqdan sonra ərizəçinin xeyrinə ödəmələr edib, lakin buna baxmayaraq ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ödənişləri barışıq sazişində razılaşdıqları kimi ərizəçinin bank hesabına ödəmişdir. Ərizəçinin hazırki tələbi əsassızdır, belə ki, o, vaxtı-vaxtında uşaqlarının saxlanılması üçün aliment ödəyir. Lakin bununla belə, Maraqlı şəxs bildirdi ki, gələcəkdə uzun müddətli ölkə xaricinə gedib orada uzun müddət qalacağı ilə əlaqədar olaraq birbaşa şəkildə sazişi icra edə bilməyəcəyini güman edir. Məhkəmə Maraqlı şəxs izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00233 saylı barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən Tərəflər razılaşırlar ki, hazırki ailə mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll etmişlər. İkinci tərəf öhdəlik götürür ki, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayanlar xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa ayda 500 (beş yüz) olmaqla, ümumilikdə 1000 (bir min) manat aliment məbləğini Birinci tərəfə ödəyir. Ödəniş tarixi 01/05 oktyabr 2024-cü il tarixindən başlanaraq hər növbəti ayın 1-i tarixindən 5 tarixinədək müəyyən edilir. Aliment Birinci tərəfin təqdim etdiyi bank kartına ödəniləcəkdir. Tərəflər razılaşır ki, hər il yetkinlik yaşına çatmayanlarla bağlı yaşayış minimumu artdıqda bu saziş bağlandıqdan bir ildən tez olmayaraq aliment məbləği ilə bağlı məsələni öz aralarında qarşılqılı şəkildə həll edəcəklər. İş üzrə Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ödənişlər barədə qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdi 51 233 18 23 saylı abonent tərəfindən 55 633 85 20 saylı abonentin hesabına 1300.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə 55 633 85 20 saylı abonent tərəfindən 4098 58** *****0600 saylı abonentin hesabına 1000.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə 51 233 18 23 saylı abonent tərəfindən 55 633 85 20 saylı abonentin hesabına 1000.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə 55 633 85 20 saylı abonent tərəfindən 4098 58** *****0600 saylı abonentin hesabına 1000.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə 51 233 18 23 saylı abonent tərəfindən 4098 58** *****0600 saylı abonentin hesabına 1000.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə 51 *** ** ** saylı abonent tərəfindən 4098 58** *****0600 saylı abonentin hesabına 1000.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə 51 233 18 23 saylı abonent tərəfindən 4098 58** *****0600 saylı abonentin hesabına 1000.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə 51 *** ** ** saylı abonent tərəfindən 4098 58** *****0600 saylı abonentin hesabına 20.00 manat məbləğində ödəniş etmişdir. xx.xx.2024cü il tarixdə 51 233 18 23 saylı abonent tərəfindən 4098 58** *****0600 saylı abonentin hesabına 50.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00233 saylı barışıq sazişinə əsasən Tərəflər razılaşırlar ki, hazırki ailə mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll etmişlər. İkinci tərəf öhdəlik götürür ki, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayanlar xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa ayda 500 (beş yüz) olmaqla, ümumilikdə 1000 (bir min) manat aliment məbləğini Birinci tərəfə ödəyir. Ödəniş tarixi 01/05 oktyabr 2024-cü il tarixindən başlanaraq hər növbəti ayın 1-i tarixindən 5 tarixinədək müəyyən edilir. Aliment Birinci tərəfin təqdim etdiyi bank kartına ödəniləcəkdir. Tərəflər razılaşır ki, hər il yetkinlik yaşına çatmayanlarla bağlı yaşayış minimumu artdıqda bu saziş bağlandıqdan bir ildən tez olmayaraq aliment məbləği ilə bağlı məsələni öz aralarında qarşılqılı şəkildə həll edəcəklər. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Məhkəmə ərizəni və Maraqlı şəxs izahatını dinləyərək hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00233 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00233 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: "Tərəflər razılaşırlar ki, hazırki ailə mübahisəni aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll etmişlər. İkinci tərəf öhdəlik götürür ki, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayanlar xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa ayda 500 (beş yüz) olmaqla, ümumilikdə 1000 (bir min) manat aliment məbləğini Birinci tərəfə ödəyir. Ödəniş tarixi 01/05 oktyabr 2024-cü il tarixindən başlanaraq hər növbəti ayın 1-i tarixindən 5 tarixinədək müəyyən edilir. Aliment Birinci tərəfin təqdim etdiyi bank kartına ödəniləcəkdir. Tərəflər razılaşır ki, hər il yetkinlik yaşına çatmayanlarla bağlı yaşayış minimumu artdıqda bu saziş bağlandıqdan bir ildən tez olmayaraq aliment məbləği ilə bağlı məsələni öz aralarında qarşılqılı şəkildə həll edəcəklər." Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar