Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1585/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək anası 26.02.*939-cu il tarixdə Bakı şəhərində anadan olmuş X*3 qızının 06.07.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölümün qeydə alınması Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddia ərizəsinə əlavə verərək 26.02.*939-cu il tarixdə Bakı şəhərində anadan olmuş X4 06.07.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onun anası X9 26.02.*939-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası 06.07.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Maştağa qəsəbəsi Pirşəhid qəbrstanlığında dəfn edilmişdir. Bununla bağlı o, Sabunçu rayonu, Maştağa Bələdiyyəsindən *4.08.2020-ci il tarixdə arayış əldə etmiş və bu fakt təqdim etdiyi qəbrstanlıq arayışında öz əksini tapmışdır. X* adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Suraxanı rayon Qeydiyyat şöbəsinin 28.07.2020-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ölüm haqqında tibb şəhadətnaməsi olmadığına görə X5 aid ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməsini bildirmişlər. Hazırda ölüm haqqında şəhadətnamə olmadığından anasının pensiya kartını Sosial Müdafiə Fonduna qaytara bilməmiş, eyni zamanda anasının ölümü ilə bağlı müəyyən sənədləşmə məsələlərinin həllini tapmaq mümkün deyildir. O, X* ölümü barədə şəhadətnaməni başqa yolla əldə edə bilməmiş və buna görə də ərizə ilə məhkəməyə müraciət etmişir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır, vəfat etmiş X9 isə onun anası olub. Mərhum X* uzun müddət səhhətində problemlər mövcud olmuşdur. 06.07.2020-ci il tarixdə uşaqlar ona zəng vuraraq anasının vəziyyətinin pisləşdiyini və təcili tibbi yardım çağırdıqlarını bildirmişlər. Təcili tibbi yardım gəldikdə artıq anası ölmüşdür. Mərhum anası X6 Maştağa qəsəbəsi Pirşəhid qəbrstanlığında dəfn etmişlər. Digər şahid X*5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun xalasıdır, mərhum X9 isə onun nənəsi olub. Mərhum nənəsi uzun müddət idi ki, səhhətində olan problemlərlə bağlı xəstə idi. Həmin gün mərhum nənəsi gildə olmuş və xalası Ərizəçi isə işdə olmuşdur. Mərhum nənəsi nəfəs almaqda çətinlik çəkmişdir. Daha sonra bir müddət keçdikdən sonra mərhum nənəsinin nəfəs almadığını görmüş və dərhal təcili tibbi yardıma zəng vurmuşlar. Təcili Tibbi yardım gəldikdə artıq nənəsi ölmüşdür. Mərhum nənəsi X9 06.07.2020-ci il tarixdə vəfat etmiş və onu Maştağa qəsəbəsi Pirşəhid qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı 28.07.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı, qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Təcili və X*4 Stansiyası tərəfindən verilmiş 06.07.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X*3 qızının adına 06.07.2020-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 07.*0.*970-ci il il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.*970-ci ildə anadan olmuşdur. X2, anası X8r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 29.05.2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*7 ilə X7 arasında 29.05.2003-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş *4.08.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X9 TTTYS-nin ölüm haqqında təsdiq etdiyi xəbərdarlıq vərəqəsinə əsasən həqiqətən də 06.07.2020-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsində Pirşəhid qəbrstanlığında dəfn olunmuş və bələdiyyə tərəfindən ritual xidmət göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X9 həqiqətən 06.07.2020-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 06.07.2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 26.02.*939cu il təvəllüdlü X4 06.07.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 26.02.*939-cu il təvəllüdlü X4 06.07.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1585/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1585/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver