Məhkəmə qərarları › İş №2(010)-1605/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1605/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1605/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi və onun vəkili X*8 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X*2 29.*2.*975-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əmisi X20 05.03.*955-ci ildə anadan olmuş və 29.*2.*975-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Onun qəbri Bakı şəhəri Əmircan qəbirstanlığında yerləşir. X5 2*.*2.2000-ci ildə vəfat etmişdir. X3 03.03.*978-ci ildə vəfat etmişdir. X7 04.0*.2007-ci ildə vəfat etmişdir. X*2 ölümündən sonra ölüm haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət edilmişdir. Müraciətə xx.xx.2023-cü il tarixində cavab olaraq bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi əsasında ölüm haqqında şəhadətnamə verilir. *3 saylı Şəhər Xəstəxanasına rəsmi verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, hazırda qeyd edilən şəxs barədə arayışın verilməsi mümkün deyildir. X*2 ölüm faktını bütün qohum, qonşu şahid kimi təsdiq edə bilərlər. Bundan başqa X39 tərəfindən akt tərtib edilmiş və Vidadinin ölümünü təsdiq etmişdirlər. Əlavə olaraq qeyd edilmişdir ki, əmisi X6 vəfat etmişdir. X2 ünvan 1 ünvanında yerləşən miras əmlak qalmışdır, onun vərəsəlik işinin açılması və vərəsəlik işinin aparılması üçün X*2 ölüm haqqında şəhadətnaməsinin notariat ofisinə təqdim edilməsi zərurəti yaranmışdır. Miras qalmış əmlakın sənədləşdirilməsi üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti vardır. Ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi və onun vəkili X29 ərizəni müdafiə edərək bildirdilər ki, X20 *975-ci ildə, 20 yaşında rəhmətə getmişdir. Hazırda miras qalmış əmlakın sənədləşdirilməsi üçün onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Ərizənin təmin olunmasını xahiş edirlər. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X*9 bildirmişdir ki, ərizəçinin xalasıdır. Kərimov Vidadini tanıdığını, onun *975-ci ilin dekabr ayında gənc yaşda xərçəng xəstəliyindən rəhmətə getdiyini bildirmişdir. Ərizəçiyə vərəsəliklə bağlı Kərimov Vidadinin ölüm haqqında şəhadətnaməsi lazımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ərizəçinin qohumu və eyni zamanda qonşusudur. Kərimov Vidadi 22 yaşında xərçəngdən vəfat etmişdir. Əmircanda 92 saylı məktəbin yanındakı qəbirstanlıqda dəfn olunmuşdur və onun dəfnində iştirak etmişdir. İş materialları. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, *9*-05/70 saylı cavab məktubdan görünür ki, X20 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığından və ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ərizənin təmin edilməsi mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Orconikidze Rayonu VVAQ Şöbəsi tərəfindən 3*.03.*955-ci il tarixdə verilmiş, İE seriyalı, 995552 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 (ata X8, ana X26) 05 mart *955-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3*.03.*955-ci il tarixdə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi “İmam Cümə” məscidi dini icması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0* nömrəli aktda qeyd olunur ki, həqiqətən Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 25 ünvanında qeydiyyatda olmuş 05.03.*953-cü il təvəllüdlü X20 29.*2.*975-ci il tarixdə vəfat etmişdir, Əmircan qəsəbəsi, Məktəbli küçəsindəki qəbirstanlıqda dəfn olunmuşdur. Akt icmanın sədri X*0, Kərimli H.İ. və Yusifov İ.Ə tərəfindən imzalanmışdır. Akta qəbrin foto şəkilləri əlavə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X46 “Bakı Baş Səhiyyə Mərkəzi” X46 *3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 6 saylı Vəkil bürosunun vəkili A.Tağıyevaya ünvanlanmış *0.02.2023-cü il tarixli, 44 saylı cavab məktubdan görünür ki, *955-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olmuş X*2 ölüm haqqında şəhadətnaməsi tibb müəssisəsində yoxdur. Bakı şəhəri Suraxanı Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 20.*2.2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 3*0*92 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2* 2* dekabr 2000-ci il tarixdə Bakı şəhərində ürəyin dayanması səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.0*.200*-ci il tarixdə *3 nömrəli ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.0*.2023-cü il tarixli, 209 nömrəli arayışdan görünür ki, Ərizəçi Cəfər Cabbarlı küçəsi ev 25 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0*.02.2023-cü il tarixli, *9*-05/70 nömrəli arayışdan görünür ki, X20 barəsində Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin akt qeydləri *975-*979-cu il üzrə və ölüm haqqında bərpa akt qeydləri *976-*994-cü il üzrə yoxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 2*.0*.2023-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 3*0226 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X** 03 mart *978-ci il tarixdə Bakı şəhərində ürək astması səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.04.*978-ci il tarixdə *85 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Orconikidze Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 09.0*.*956-cı il tarixdə verilmiş, İE seriyalı, 252844 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 və X22 arasında 04.05.*945-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 73 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayonu VVADQ Şöbəsi tərəfindən 26.0*.2007-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 234306 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 04 yanvar 2007-ci il tarixdə Bakı şəhərində kaxeksiya səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.0*.2007-ci il tarixdə **9 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 00*475 nömrəli qeydiyyat vəsiqəsinin sururətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsindəki 4 otaq 66.2 kv m yaşayış sahəsi, *48.2 ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi X2* adına bütün payda xüsusi mülkiyyət hüquqi qeydiyyatdan keçirilmiş və 09 saylı reyestr kitabında *0.06.*999-cu ildə 30/*03*0 nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri Orconikidze Rayonu VVAQ Şöbəsi tərəfindən 26.*2.*977-ci il tarixdə verilmiş, V-JQ seriyalı, 30*208 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (ata X25, ana X*6) xx xxxxxx *977-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26.*2.*977-ci il tarixdə *740 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 0*.06.2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 280695 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X30 09 may 2022-ci il tarixdə Bakı şəhərində durğunluq ürək çatmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 0*.06.2022-ci il tarixdə 934 nömrəli ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış *2.06.2023-cü il tarixli, *8/2-*9029/23 saylı cavab məktubdan görünür ki, 05.03.*955-ci il təvəllüdlü X*2 Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-38-33/2- 2*57/23 saylı cavab məktubdan görünür ki, 05.03.*955-ci il təvəllüdlü X*2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ...307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X*7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X*5 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi əmisi X*2 29.*2.*975-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, əmisinin ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Bakı şəhəri, Suraxanı Rayon Qeydiyyat Şöbəsi müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm qeydinin aparılması mümkün olmamışdır. İş materialları və şahid ifadələri ilə təsdiq olunur ki, mərhum X*2 yaxın qohumu (arvad-uşaq) yoxdur, və bu səbəbdən ərizəçini məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Ərizəçi mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirə bilmir. Belə ki, ərizəçi X2 ona miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakını rəsmiləşdirə bilmir. Həmçinin, şahid ifadələri ilə təsdiq olunur ki, X20 xərçəng xəstəliyindən cavan yaşında vəfat etmişdir. X4 onun dəfn mərasimində iştirak etmiş, onun *975-ci il dekabr ayında vəfat etməsini təsdiq etmişdir. Göründüyü kimi, ərizəçinin əmisi X*2 Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05 mart *955-ci il təvəllüdlü X*2 29 dekabr *975-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. X*2 29 dekabr *975-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar