Məhkəmə qərarları › İş №2(010)-1660/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1660/2023

07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1660/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *0.04.*982-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum əri *0.04.*982-ci il təvəllüdlü X5 ilə xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında rəsmi nikaha daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə X* pisləşdiyindən təclili yardıma müraciət etmiş, təcili yardım həkimi gələnədək, saat *6:00 radələrində əri vəfat etmişdir. Aidiyyəti üzrə *5 saylı Birləşmiş Şəhər Xəstəxanasına ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etsə də, X3 tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etməməsi səbəbindən ona ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamə almaq üçün müracət etmiş, Qeydiyyat Şöbəsi 2*.02.2023-cü il tarixli, 3-*6-5/7-20*/2023 nömrəli məktubu ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm akt qeydinin tərtib edilməsinin qeyri-mümkün olması səbəbindən ölüm haqqında şəhadətnamə” verilməsindən imtina edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum əri X5 xəstə olmuşdur. Belə ki, o, qida borusundan əməliyyat olunmuş, əməliyyatdan bir müddət sonra vəziyyəti yenidən pisləşmiş, təcili Sabunçu xəstəxanasına yerləşdirilmişdir. Lakin orada həkimlər xəstənin vəziyyətinin ümidsiz olduğunu bildirərək evə aparmalarını tövsiyə etmişlər. Bundan 2-3 saat sonra da rəhmətə getmişdir. Lakin həmin vaxt poliklinikada heç bir qeydiyyat aparılmamış, bu səbəbdən sonradan məhrum ərinin ölümünü təsdiq edən sənəd ala bilməmişdir. Hazırda isə ərinin ölümünü təsdiq edən sənəd əldə etməsi zəruridir. Belə ki, azyaşlı uşaqları ölkədən kənara çıxaran zaman atanın razılığı tələb olunur. Bu məsələləri həll etmək üçün ərinin ölümünü təsdiq edən şəhadətnaməni almaq onun üçün zəruridir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. *5 saylı Birləşmiş Şəhər Xəstəxanasının 2*.02.2023 -cü il tarixli, 232 nömrəli məktubundan görünür ki, *0.04.*982-ci il təvəllüdlü X5 tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etmədiyi üçün onun haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı qeyd edilmişdir.

6. Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2022-ci il tarixdə, saat *6:00-də çağırış üzrə ünvana çatmış, xəstə X3 həkimə qədər öldüyü müəyyən edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 2*.02.2023-cü il tarixli, 3-*6-5/7-20*/2023 nömrəli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydi tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti MKT departamentinin əhaliyə vətəndaşlıq xidməti tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Keşlə qəbiristanlığında dəfn edilmişdir. Onun qəbirüstü abidəsində bu sözlər yazılmışdır: X5, *0.04.*982 – xx.xx.2022.

9. Bakı şəhəri Səadət sarayı tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş nikah haqqında şəhadənamənin surətindən görünür ki, X5 və Ömərova Ceyhunə arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3**6 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədzadə soyadı verilmişdir.

Şahid ifadələri.

*0. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X6 bildirdi ki, Ərizəçi onun gəlini, mərhum X5 isə onun oğludur. Oğlu Rüfət xx.xx.2022-ci il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Belə ki, o, qida borusundan əməliyyat olunmuş, bir müddət sonra boğazında damar partlamış, onu Sabunçu xəstəxanasına yerləşdirmişlər. Sonradan xəstəxanadan onlara demişlər ki, xəstənin vəziyyəti pisdir və evə aparılmalıdır. Bundan 2-3 saat sonra oğlu rəhmətə getmişdir. **. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X8 bildirdi ki, Ərizəçi onun bacısının gəlini, mərhum X5 isə onun bacısının oğludur. Rüfət 2022-ci ilin ilin sentyabr ayının 26-sı vəfat etmişdir. O, vəfatından 2-3 ay əvvəl Sabunçu xəstəxanasında qida borusundan əməliyyat olunmuşdur. Lakin sonradan vəziyyəti pisləşmiş, bir həftə xəstəxanada yatdıqdan sonra xəstəni evə aparılmaları deyilmişdir. Evə gətirdikdən bir neçə saat sonra da vəfat etmişdir. Onu Keşlə qəbiristanlığında dəfn etmişlər.

İşin faktiki halları.

*2. Ərizəçi mərhum əri X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun ölümündən sonra ünvana çağırış üzrə gələn təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq, ərizəçinin ərinin ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ərinin ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişlər.

Tətbiq edilən hüquq.

*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*6. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən məhrum əri X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi ərinin ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi ərinin ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişlər. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X4 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun dəfn edildiyi qəbiristanlığa dair müvafiq arayışla təsdiq edilmişdir. *9. Göründüyü kimi ərizəçinin əri X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *0.04.*982-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. *0.04.*982-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar