Məhkəmə qərarları › İş №2(010)-1669/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1669/2023

10.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1669/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında ərizəçinin ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ərizəçi tərəfindən hazırki ərizə üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs) "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İş üzrə dövlət rüsümu olaraq ərizəçi tərəfindən ödənilmiş 50 (əlli) manat pul Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar