Məhkəmə qərarları › İş №2(010)-1673/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1673/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1673/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 04.08.*954-cü il təvəllüdlü X5 *9.*2.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. Atası 04.08.*954-cü il təvəllüdlü X8 *9.*2.2024-cü ildə Bakı şəhəri, Sabunçu rayon Maştağa qəsəbəsi İİ Albalılıq bağ sahəsindəki həyət evində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Maştağa xəstəxanasına müraciət edib. Lakin, atasının ambulator və dispanser qeydiyyatının olmaması səbəbindən xəstəxana onlara tibbi şəhadətnamə verməkdən imtina etdi.

Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*987-ci il tarixdə anadan olmuşdur. X2, anası X*r.

6. AZE seriyalı, 03430237 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 04.08.*954-cü il tarixdə anadan olmuşdur.

7. Təcili və X6 Stansiyasının *9.*2.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, *9 dekabr 2024-cü il tarixdə saat 04.30-də X5 həkimə qədər ölümü qeydə alınmışdır.

8. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 0*.04.2025-ci il tarixli arayışından görünür ki, X8 *9.*2.2025-ci il tarixdə vəfat etmiş və Xəzər rayonu, Buzovna qəbristanlığında dəfn edilmişdir.

9. X*2 X*3 Maştağa Xəstəxanası tərəfidən verilmiş 28.0*.2025-ci il tarixli məktubundan görünür ki, 04.08.*954-cü il təvəllüdlü X8 *9.*2.2025-ci il tarixdə vəfat etmiş, Ölüm haqqında şəhadətnamə (Forma AZS*06) verilməsi üçün poliklinikaya müraciət etmişlər, lakin müəssisədə ambulator və dispanser qeydiyyatında olmadığı üçün Forma AZS*06 yazılması səlahiyyətləri xaricində olmuşdur. *0. Bakı şəhəri, Maraqlı şəxs Ərizəçi ünvanlanmış 24.0*.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*,*0.2003-cü il tarixii *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfmn 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydə alınması mümkün deyil. Məhkəməyə müraciət etmək tövsiyə edillmişdir. **. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçinin anasıdır. Ərizəçinin atası, onun da həyat yoldaşı İbrahimov Vidadi *9.*2.2025-ci ildə vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən İbrahimov Vüsal oğlu bildirdi ki, ərizəçinin qardaşıdır. Onun X*0 *9.*2.2025-ci ildə vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir.

İşin faktiki halları

*3. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin X2 *9.*2.2025-ci il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, ərizəçinin X2nun *9.*2.2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum anasının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.

Məhkəmənin gəldiyi nəticə

*9. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04.08.*954-cü il təvəllüdlü X5 *9.*2.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. 04.08.*954-cü il təvəllüdlü X5 *9.*2.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar