Məhkəmə qərarları › İş №2(010)-1686/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1686/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1686/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 noyabr 1948-ci ildə anadan olmuş X1nun 02 fevral 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, 13 noyabr 1948-cü ildə anadan olmuş X6 onun doğma atasıdır. X1 02 fevral 2021-ci ildə ölmüşdür. Onlar mərhum X5 qohumların iştirakı ilə Sahil qəsəbə qəbirstanlığında dəfn etmiş olsalar da, həmin vaxt onun ölümü haqqında şəhadətnamə almamışlar. Hal-hazırda zərurət yarandığına görə atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm barədə tibbi sənəd olmadığı üçün onun müraciətindən imtina edilmiş və ona məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. Buna görə də, o, 13 noyabr 1948-cü il təvəllüdlü X1nun 02 fevral 2021-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 oğlu bildirdi ki, mərhum X6 da Ərizəçi atasıdır. X6 02 fevral 2021-cu ildə Bakı şəhərində yaşadıqları evdə ölmüşdür. O, mərhum X3 yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 eyni məzmunlu ifadə verərək, X3 02 fevral 2021-cu ildə Bakı şəhərində ölməsi faktını təsdiqləmişlər. İş materiallarından görünür ki, X6 13 noyabr 1948-cü ildə Laçın rayonunda anadan olmuşdur. İş materiallarında olan 5 saylı Mənzil Kommunal İstismar Səhəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 110 №-li arayışda qeyd olunmuşdur ki, X6 ünvan 1 ünvanında yaşamışdır. İş materiallarında olan Bakı şəhər Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 02 fevral 2021-ci ildə X3 adına ünvan 3 ünvanına çağırış olmuş və həkimlər saat 1724—də çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə Məscidi tərəfindən verilmiş arayışdan görünür ki, həmin qəsəbə sakini X2 03 fevral 2021-ci il tarixdə qardaşı X3 vəfat etməsi ilə əlaqədar müraciət etmiş və mərhum yuyularaq həmin tarixdə sahil qəsəbə qəbiristanlığında dəfn olunmuşdur, Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş qəbirüstü daşından görünür ki, onun üzərində “X6 – 13.11.1948-02.02.2021” sözləri yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin 11 fevral 2021ci il tarixli 05/Q-338/75 №-li məktubundan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün, onun barəsində ölüm akt qeydini tərtib etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 13 noyabr 1948-cü il təvəllüdlü X3 02 fevral 2021-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir… . Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 13 noyabr 1948-cü il tarixdə Laçın rayonunda doğulmuş X3 02 fevral 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar