Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1725/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı* cavabdehlər Cavabdeh* ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, əsas, faiz və dəbbə pulunun silinməsi, girov predmetlərinin girovdan azad edilməsi, İcra şöbəsinin qiymətləndirmə və digər məcburi hərəkətləri barədə qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı* cavabdehlər Cavabdeh* ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə X* adına bağlanılmış ipoteka kredit müqavilələrinin və digər iddiaçıların adına olan zaminlik müqavilələri fonunda rəsmiləşdirilmiş yuxarıda sadaladığı 25.*2.20*3-cü il H220KK*3-H067*3 hesab nömrəli müqavilə, 24.08.20*5-ci il tarixində H099KK*5- H067*3 hesab nömrəli müqavilə və 26.04.20*6-cı il tarixində H030KR*6- H067*3 hesab nömrəli müqavilənin etibarsız hesab edilməsinə, ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsinə dair, girov predmeti olan İddiaçı2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 7 saylı evin, 34 saylı mənzilin, İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 5 saylı fərdi yaşayış evin və 0,0*479 ha torpaq sahəsinin, İddiaçı3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, «D» yaşayış sahəsi, 2* saylı evin, *07 saylı mənzilin girovdan azad edilməsinə dair, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin qiymətləndirmə və digər məcburi hərəkətləri barədə qərarlarının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh* ASC-nin rəhbərliyi və əməkdaşlarının iddia ərizəsində qeyd etdiyi qanunsuz əməliyyatları aparmaqla kredit adı ilə qanunsuz yollarla pullar mənimsəmələrinə görə prokurorluğa təqdimat verilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı* məhkəməyə rəsmi ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.*.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 5.*.-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçılar tərəfindən iddia ərizəsinin geri qaytarılmasına dair ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.*.9, *52.2-*52.4-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı* cavabdehlər Cavabdeh* ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, əsas, faiz və dəbbə pulunun silinməsi, girov predmetlərinin girovdan azad edilməsi, İcra şöbəsinin qiymətləndirmə və digər məcburi hərəkətləri barədə qərarların ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1725/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1725/2023
10.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver