Məhkəmə qərarları › İş №2(010)-1738/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1738/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1738/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı "Asan xidmət" mərkəzində Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı "Asan xidmət" mərkəzində Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi " tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildə vəfat etmiş 1933-cü il təvəllüdlü anası X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun anası 1933-cü il təvəllüdlü X5 xx.xx.2021-ci ildə vəfat etmişdir. Anasının ölüm faktını təsdiq edən TTYS tərəfindən verilmiş arayış vardır. O, anasının ölümünün qeydiyyata alınması və ölüm haqqında akt qeydinin verilməsi ilə bağlı 4 saylı "Asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli məktubla ölüm haqqında tibbi arayış təqdim edə bilmədiyi üçün müraciətinə imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhz buna görə də onun məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı "Asan xidmət" mərkəzində Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, maraqlı şəxs məhkəməyə rəsmi məktub ünvanlayaraq həmin işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. X1 isə onun anasıdır. Anası S.İbrahimova xx.xx.2021-ci il tarixdə Şəki şəhərində vəfat etmiş və Şəki şəhərində qohumlarının yanında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, Ərizəçi dayısının arvadıdır. X1 isə ərizəçinin anasıdır. Ərizəçinin anası S.İbrahimova xx.xx.2021-ci il tarixdə Şəki şəhərində vəfat etmiş və Şəki şəhərində qohumlarının yanında dəfn olunmuşdur. iş materiallarına əlavə edilmiş Təcili və təxirsəsalınmaz X12 xx.xx.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, H.Aslanov-6 ünvanına 1933-cü il təvəllüdlü X3 adına çağırış olmuşdur. Vərəqədə qeyd olunur ki, qadın cinsli meyit aşkar olunub. Vərəqədə Ölümün ilkin səbəbi kimi "yaxınlarının deməsinə görə xəstəliyi olmayıb. Qocalıq" qeyd olunub. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun xx.xx.2021-ci ildə ölən X3 ölümünün qeydə alınması haqqında müraciətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. 4 saylı Bakı Asan Xidmət mərkəzi Qediyyat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunda ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 XX.XX.1933-cü ildə Şəki şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə doğulmuş və valideynləri X8 və X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. AR MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası X2 şəhərində yaşadığı ünvanda xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tərəflərindən Təcili yardıma anasının adına çağırış edilmiş, lakin tibbi yardım həkimləri gələnə qədər anası vəfat etmişdir. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə almaq üçün 4 saylı "Asan xidmət" mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin anasının ölümü barədə tibbi şəhadətnamə təqdim edilə bilinmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə anasının ölümü barədə şəhadətnamə almaq üçün lazımdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 1933-cü il təvəllüdlü X3 xx.xx.2021-ci ildə Şəki şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçinin ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 227, 233, 308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1933-cü ildə Şəki şəhərində anadan olmuş X3 xx.xx.2021-ci il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar