Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1751/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu. Hövsan qəsəbəsi, Dədə Qorqud massivində yaşamış Ərizəçi (X4 əvəzinə səhvən iddiaçı öz adını qeyd etmişdir) 28 iyul 202*-ci il tarixdə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X4 04.*0.*97*-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Lakin onlar uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar. Atası uzun müddətdir ki, vərəm xəstəliyindən əziyyət çəkirdi. 28.07.202*-ci il tarixdə onunla yolda getdiyi zaman halı pisləşmiş, o, təcili tibbi yardım çağırmış, lakin həkimlər gəldikdə atasının artıq vəfat etdiyini bildirmişlər. Ailəsinin mərhumun cənazəsini yudurub, dəfni ilə əlaqədar bütün xərcləri də çəkdiyini bildirmişdir. Lakin xəstəxana ona ölüm fakını təsdiq edən ölüm haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən imtina etmişdir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyindən Suraxanı rayon Qeydiyyat Şöbəsi ona mərhum atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Atasının 28.07.202*-ci ildə vəfat etməsini 7 №li təcili yardım stansiyasının mərhumun dəfn olunması üçün verdiyi arayış təsdiq edir. Mərhum atası barəsində ölüm haqqında şəhadətnamənin alınması vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Tağıyeva Cənnət mərhumun həyat yoldaşı olduğunu və Ərizəçi ilə yol gedən zaman halının pisləşdiyini və xəstəxanaya çatanadək vəfat etdiyini bildirdi. Məhkəmə ərizəçi və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “X7”nin *52 nömrəli, *8.02.2022-ci il tarixli məktubundan görünür ki, 04.*0.*97*-ci il təvəllüdlü X5 28.07.202*-ci il tarixdə “Bakı şəhəri Təcili və X3 Stansiyası”nın həyətində şəxsi avtomobilində vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 04.*0.*97*-ci il təvəllüdlü X2 28.07.202*-ci il tarixdə vəfat etməsi faktını təsdiq edən müvafiq tibbi sənəd olduğundan hazırki işə məhkəmədə baxılmasına zərurət qalmamışdır. Yəni, məhkəmədən təsdiq edilməsi xahiş edilən fakt səhiyyə orqanı tərəfindən müəyyən edilmişdir. AR MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. AR MPM-nin 26*.0.*-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.*-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə, bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Ərizəçi atası – X* 28.07.202*-ci il tarixdə vəfat etməsini təsdiq edən müvafiq tibbi sənəd olduğundan “ölüm haqqında şəhadətnamə”nin alınması ilə bağlı Suraxanı Rayon Qeydiyyat şöbəsinə müraciət etməli, müraciət təmin olunmadığı və ya müraciətinə münasibət bildirilmədiyi təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu tam şəkildə Ərizəçi özünə qaytarılsın. İzah olunsun ki, ərizəçi müvafiq sənədin alınması ilə bağlı Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etməli və müraciət təmin olunmadığı və ya müraciətinə münasibət bildirilmədiyi təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1751/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1751/2022
06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver