Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1758/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *5.09.*965-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 26.**.2024-cü il tarixdə Bərdə rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X7 26.**.2024-cü il tarixdə qonaq getdiyi Bərdə rayonunda vəfat etmişdir. O, qohumları ilə birlikdə qardaşını Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn etmişdir. O, qardaşına ölüm haqqında şəhadətnamə almaq məqsədilə ilk olaraq Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qaraşının ölməsi faktını təsdiq edəcək sübutları da ərizəyə əlavə edir. Eyni zamanda, məhkəmə iclasında qardaşının ölməsi faktını təsdiq edəcək şahidləri də olacaqdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi, ölüm faktının müəyyən edilməsi məhkəmədən xahiş olunan şəxs isə onun atasıdır. X7 26.**.2024-cü il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Hadisə baş verdikdən sonra mərhum atasının müdiri mobil telefonla zəng edərək ona məlumat vermişdir. O, daha sonra Bərdə rayonuna yollanaraq, atasının cənazəsini Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığına gətirmiş, elə həmin qəbiristanlıqda da dəfn etmişdir. Mərhum atası Bərdə rayonunda kolbasa sexində işləyirdi və işlədiyi yerə yaxın ərazidə iş yoldaşlari ilə birlikdə yaşayırdı. Müəyyən sağlamlıq problemləri var idi və ürək xəstəliyindən əziyyət çəkirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçi və ölüm faktının müəyyən edilməsinə dair iş qaldırılmış şəxs onun dayılarıdır. Hadisə baş verən gün bacısı mobil telefonla zəng edərək ona məlumat vermişdir. Mərhum dayısı Bərdə rayonunda kolbasa sexində işləmiş və orada kirayə yaşadığı evdə ürəktutmasından vəfat etmişdir. Mərhum dayısı Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn olunmuş və dəfndə özü də iştirak etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Şaumyan rayon (indiki Xətai rayonu) qeydiyyat şöbəsi tərəfindən 27.07.*978-ci il tarixdə verilmiş V-JQ seriyalı, 474769 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi Əliqulu oğlu (atası X5, anası X6) *2.07.*978-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.07.*978-ci il tarixdə 2*70 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 0*.08.20*9-cu il tarixdə verilmiş AZ-T seriyalı, 096829 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X7 (atası X5, anası X6) *5.09.*965ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 30.09.*965-ci il tarixdə 30*2 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*7 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X*7 tərəfindən 27.**.2024-cü il tarixdə verilmiş **374 nömrəli arayışdan müəyyən olunur ki, 26.**.2024-cü il tarixdə *5.09.*965-ci il təvəllüdlü X* ilə bağlı Bərdə rayonu, Bərdə şəhəri, Fizuli küçəsində yerləşən ünvana təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çağırış verilmiş və təcili tibbi yardım briqadası tərəfindən qeyd olunan ünvanda həkiməqədər ölüm müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*7 “Bakı Baş Səhiyyə Mərkəzi” X*7 23 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev *7A, mənzil 29 ünvanında qeydiyyatda olan X4 tibb müəssisəsinə heç bir xəstəliklə bağlı müraciət etmədiyi bildirilmişdir. Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi mərhum qardaşı X7 26.**.2024-cü il tarixdə vəfat etmiş və Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. xx.xx.2025-ci il tarixli, *709574205 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum X2 26.**.2024-cü il tarixdə Bərdə rayonunda evdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum qardaşının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı *5.09.*965-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 26.**.2024-cü il tarixdə Bərdə rayonunda evdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *5.09.*965-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 26.**.2024-cü il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. *5.09.*965-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 26.**.2024-cü il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva